Amerika kəşfiyyatına 40 min səhifəlik məxfi informasiya ötürən agent – “Qırmızıların qənimi”
O, 1972-ci ildə ABŞ-ın Bonndakı səfirliyinə gizli məktub göndərib, Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib. Səfirlik əməkdaşları Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək vəzifəli əməkdaşı Riçard Kuklinskinin məktubuna dərhal reaksiya veriblər. Bir neçə günlük araşdırmadan sonra Polşa ərazisində Kuklinski ilə ABŞ səfirliyinin iki əməkdaşının gizli görüşü keçirilib.
Kuklinski müvafiq təlimatlar aldıqdan sonra Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimi fəaliyyətə başlayıb. Bu fəaliyyətin müqabilində ona yüksək “qonorar” vəd edilib.
Qeyd edək ki, 1930-cu ildə Varşavada anadan olan Kuklinski əvvəlcə Polşada ali hərbi təhsil alıb, daha sonra təhsilini SSRİ-də Voroşilov adına Hərbi Akademiyada davam etdirib.
Qısa müddət ərzində Kuklinski hərbi karyerasında böyük uğurlar əldə edib və o, sosialist blokuna daxil olan Polşanın Silahlı Qüvvələrinin Baş Qərargahında yüksək vəzifəyə təyinat alıb.
Məhz bu vəzifədə xidmət edərkən Kuklinski 1968-ci ildə Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının Çexoslovakiyaya yeridilməsində iştirak edib. “Dunay” əməliyyatı və “Praqa baharı” kimi tarixə düşən bu hadisələr Kuklinskinin siyasi baxışlarını dəyişib. 1994-cü ildə qələmə aldığı xatirələrdə Kuklinski “Dünay” əməliyyatı haqqında təəssüratlarını aşağıdakı kimi bölüşüb:
“Bu əməliyyatda iştirak edən qoşunların əsas hissəsi SSRİ-dən idi. Hadisələrin canlı şahidi kimi onu deyə bilərəm ki, sovet hərbçilərinin təcavüz ehtirası qədərindən də artıq idi. Mən bu hadisədən sonra belə qənaətə gəlmişdim ki, SSRİ istənilən vaxt, sosialist blokuna daxil olan istənilən ölkədə öz siyasi maraqlarını təmin etmək üçün Praqa hadisələrini düşünmədən təkrar edə bilər. Bu, məni hədsiz dərəcədə narahat edirdi...”
Kuklinskini narahat edən digər bir məsələ Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Boleslav Xaxo ilə qeyri-rəsmi söhbətləri olub. General bu söhbətlərdə Kuklinskiyə SSRİ-nin qərb məsələlərinə görə istənilən vaxt Polşa ilə hərbi konfliktdə girəcəyinə şübhə etmədiyini bildirib.
Bu narahatlıqlar 1972-ci ildə Kuklinskini gələcək planları ilə bağlı yeni qərarlar verməyə məcbur edib və yuxarıda qeyd etdiyimiz kimi o, ABŞ-ın Bonndakı səfirliyi vasitəsi ilə Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa başlayıb. 1981-ci ilə qədər Amerika kəşfiyyatına işləyən Kuklinski Mərkəzi Kəşfiyyat İdarəsinə 40 min səhifədən artıq məxfi məlumatlar ötürüb. Bu, Kuklinskinin agent kimi məhsuldarlığının əsas göstəricisi olub. ABŞ rəsmiləri Kuklinskini qəhrəman kimi qəbul ediblər, onu Mərkəzi Kəşfiyyat İdarəsinin ən uğurlu və ən məhsuldar agenti kimi dəyərləndiriblər. 1982-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Keysi ABŞ prezidenti Ronald Reyqana ünvanladığı məktubda Rıçard Kuklinski haqqında yazıb: “Son 40 ildə Rışard Kuklinski kimi kommunizmə zərbə vuran ikinci bir şəxs olmayıb. O qırmızıların qənimidir...”
Bu “zərbə”lərə görə Kuklinski Reyqan tərəfindən ABŞ-ın ən yüksək dövlət mükafatlarından biri sayılan “Distinguished Intelligence” medalı ilə təltif edilib.
Kuklinski agent kimi fəaliyyət göstərərkən onu hansı təhlükələr gözlədiyini də yaxşı anlayıb. Bu ərəfədə onun haqqında müəyyən, ancaq sübuta yetirilməyi mümkün olmayan şübhələr də yaranıb. Nəhayət, 1981-ci ildə Kuklinski özünün və ailəsinin təhlükəsizliyini təmin etmək üçün Amerikaya qaçıb.
1984-cü ildə Polşa Hərbi Tribunalı polkovnik Rıçard Kuklinskiyə qiyabi ölüm cəzası hökmü çıxarıb. Bununla da onun Polşaya qayıtması mümkünsüz olub.
Kommunist rejiminin süquta uğraması Kuklinskinin Polşaya yollarını açıb. 1999-cu ildə Polşa NATO-ya üzv olduqdan sonra hərbi tribunalın 1984-cü ildə çıxardığı hökm ləğv edilib, o, tam bəraət alaraq Polşaya qayıdıb.
Hələ Amerikaya qaçmazdan əvvəl Kuklinski ilə bağlı diqqət çəkən məqamlardan biri də onun son dərəcə zəngin həyat sürməsi olub. O, sonralar bununla bağlı açıqlamalar da verib:
“Mən Varşavada böyük ev tikdirmişdim, bir neçə şəxsi avtomobilim var idi. Sözsüz ki, bu diqqətdən yayına bilməzdi və bunlar maaş hesabına da ola bilməzdi. Mərkəzi Kəşfiyyat İdarəsi mənim işimi yüksək qiymətləndirirdi və işimin qarşılığında mənə kifayət qədər yüksək məbləğlər verilirdi. Əslində burada qeyri-adi bir şey görmürəm. Ən əsası odur ki, mən Amerikaya göndərdiyim məxfi hərbi informasiyalarla öz vətənimi, Polşanı qırmızıların təcavüzündən qoruyurdum...”
Vaxtilə Polşada “vətən xaini” kimi ittiham olunan Kuklinskiyə sonralar elə Polşada da yüksək qiymət verilib. 2016-cı ildə Polşa prezidenti Andjey Duda polkovnik Rıçard Kuklinskini ölümündən sonra briqada generalı rütbəsi ilə təltif edib.
Qeyd edək ki, Kuklinski 2004-cü ildə, 73 yaşında Varşavada vəfat edib. /Musavat.com/
- Onlara Qarabağ Universitetində vəzifə verildi (SİYAHI)
29 may 2024 18:56
- Davamlı sülhə yönəlmiş addımları alqışlayırıq - Bayden
25 may 2024 18:32
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
17 may 2024 19:55
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
4 may 2024 22:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
3 may 2024 13:04
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident onları təltif etdi - Siyahı
01 iyun 14:43
- YAŞAT” Fondu və “Nar” şəhid övladlarını təbrik etdi - Foto
01 iyun 14:38
- 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01 iyun 12:50
- Bakıda 139, Tbilisidə 200 ambulans fəaliyyət göstərir...
31 may 16:41
- Prezident icra başçısını işdən çıxardı
31 may 16:30
- Elxan Nəcəfov nazir oldu
31 may 12:38
- Doğuşda öldüyü deyilən uşaqları 33 il sonra qarşılarına çıxdı - Fotolar
31 may 10:51
- Lalə Şövkət deputatlığa namizəd olacaq? - Oğlu danışdı
30 may 20:08
- Zahid Orucdan SENSASİON ÇIXIŞ- Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək ..
30 may 17:34
- Milli Xalça Muzeyinə direktor təyin olundu
30 may 16:29
- Lalə Şövkət siyasətə qayıdır? - Yeni hərəkat yaradıldı
30 may 16:14
- Keçmiş həyat yoldaşı Anar Məhərrəmovu yenidən məhkəməyə verdi
30 may 11:50
- Prezident müraciət ünvanladı
30 may 11:40
- NAR-ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
30 may 09:49
- Onlara Qarabağ Universitetində vəzifə verildi (SİYAHI)
29 may 18:56
- Əvəz Ələkbərovun oğluna vəzifə verilib
29 may 16:02
- General-mayor ehtiyata buraxıldı
29 may 14:17
- Barəsində açıq cinayət işi olan Gündüz Əliyev xarici ölkəyə necə gedib-gəlir? - MÜƏMMA
29 may 14:13
- Prezident Xocalıda evləri bir-bir gəzdi - Video
29 may 11:11
- Bakıda stadionu satanlara cəza istənildi: Dələduzluğa kim rəhbərlik edib?
28 may 16:46
- Mustafa Abbasbəyli işdən çıxdı - Yeni vəzifəyə getdi
28 may 16:35
- Azərbaycanın keçmiş müdafiə naziri vəfat etdi (FOTO)
28 may 12:55
- Prezident Ağdamda dörd kəndin təməlini qoydu
28 may 12:49
- Azərbaycanda Müstəqillik Günü qeyd olunur
28 may 11:05
- Hərbçimiz su kanalında boğuldu
27 may 16:44
- Eminlə Alyona 2-ci dəfə evləndi
27 may 16:28
- “Müharibə veteranlarına verilən 80 manatı qaldırın
27 may 16:13
- Leyla Əliyeva Berlin zooparkında - Fotolar
27 may 12:09
- Putin Özbəkistanda - Görüntülər
27 may 08:30
- İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir (YENİLƏNİB)
26 may 18:44