- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
“Azəriqaz”ın qaz itkisi açıqlanandan dəfələrlə çox imiş - ŞOK faktlar
İqtisadiyyat28 mart 2017 15:55
Bu günlərdə Dövlət Statistika Komitəsi "Azəriqaz”da ötən il ərzində 144 milyon kubmetr qazın itkiyə getdiyini açıqlamışdı. Lakin bunun ardınca "Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev YAP-ın saytına müsahibəsində qaz itkisinin bundan daha az-cəmi 2.6 milyon manatlıq olduğunu açıqlamışdı.
Nəticədə heç kim baş çıxara bilmədi ki, kim düz deyir - Dövlət Statistika Komitəsi, yoxsa "Azəriqaz”ın rəhbəri?
Virtualaz.org-a daxil olan sənəddən - nüfuzlu "Ernst and Young” beynəlxalq audit şirkətinin "Azəriqaz” İB-da apardığı auditin nəticələrindən məlum olur ki, bu rəqəmlərin heç biri doğru deyilmiş. Və "Azəriqaz”da qaz itkisinin həcmi Dövlət Statistika Komitəsinin açıqladığından dəfələrlə çox-ildə 700 milyon kubmetr təşkil edirmiş. Bu, Albaniya kimi kiçik ölkənin illik qaz tələbatının az qala hamısı, Gürcüstan və Ermənistanın qaza olan tələbatının isə üçdə biridir.
Verilən qazın 19 faizi hara yoxa çıxır
"Ernst and Young” şirkəti "Azəriqaz”da auditi ötən il aparıb, hesabat dövrü 2013-2015-ci illəri, habelə 2016-cı ilin bir qismini əhatə edib. Auditin nəticələrinə əsasən "Azəriqaz”da xərclər xammal və materialların alınmasında, nəqliyyat xərclərində və təmir işlərində şişirdilir. İstehsalat Birliyində əsas probemli sahələr aşağıdakılardır: 2013-2015-ci illər ərzində "Azəriqaz”da qaz təchizatı və sərfiyyatı arasında uyğunsuzluq (balansın pozulması, yaxud qaz itkisi) 17 faizdən 19 faizə qədər artıb. Hər il qaz şəbəkəsində 508 mindən çox sızma qeydə alınır ki, bunun 76 faizdən çoxu ya aradan qaldırılmır, ya aşkara çıxarılandan azı 90 gün sonra aradan qaldırılır. Sızmalar nəticəsində cəmi qaz itkisi 611 milyon kubmetr təşkil edib.
Satınalmalarda korrupsiya: qiymətlər 20 faiz şişirdilir
"Azəriqaz”a istehlak olunan qaza görə borcu yaranan 691 min abonent olsa da onların 80 faizinin qaz təchizatı kəsilməyib. Hansı ki, bu, qanuna ziddir. Audit nəticələrinə əsasən "Azəriqaz” İB tabe olduğu SOCAR-ın satınalmalara dair tenderlərin keçirilməsi barədə təlimatlarını pozur. Alınan mal və materialların qiyməti orta bazar qiymətini 20 faizdən çox aşır, yəni xərclər azı 20 faiz şişirdilir. Habelə "Azəriqaz” İB-nin indiki istehsalat və idarəçi kadrlarının sayı onun tələbatını xeyli aşır. Qaz təchizatı və istehlakı arasında balansın pozulması dünya üzrə ən yaxşı praktikanı 38 dəfədən çox ötüb keçir.
"Ernst and Young” müəyyən edib ki, "Azəriqaz” İB-də qaz itkilərinin, abonentlərə ötürülən qazla yığılan vəsaitin arasında uyğunsuzluğu araşdırmaq üçün faktor analizi həyata keçirilmir, itkilərin yaranmasının səbəbləri araşdırılmır. Auditin nəticələrinə əsasən ölkənin qaz operatorunun orta illik debitor borcu 200 milyon manatdan çoxdur, üstəlik "Azəriqaz”da debitor borclarla iş üzrə təsdiqlənmiş prosedur mövcud deyil.

Qaz itkisinin əsas səbəbi-sızmalar
Audit çərçivəsində şirkət 2016-cı l mayın 10-dan 16-na qədər "Azəriqaz”la birlikdə pilot layihə həyata keçirib. 121 abonenti olan çoxmərtəbəli binaya və 38 abonentə malik fərdi yaşayış sahəsinə verilən qazla sərf olunan qaz həcmi arasında uyğunsuzluq araşdırılıb. Məlum olub ki, çoxmərtəbəli binada sərf olunan və sayğac göstəriciləri ilə qeydə alınan qaz həcmi ilə "Azəriqaz”ın bu binaya verdiyi qaz həcmi arasında 8.5 faiz, fərdi abonentlərə verdiyi qazla istehlak olunan qaz həcmi arasında isə 15.27 faiz fərq var. Bu fərqin əsasən 3 amildən yarandığı müəyyən edilib. Bunların arasında əsas rolu qaz sızmaları oynayır. (İtkilərin 90 faizə qədəri qaz sızmalarının payına düşüb). İkinci amil sayğac cihazlarının xətası və üçüncüsü temperatur korreksiyasının aparılmamasıdır. Audit şirkəti "Temizqaz” MMC ilə birlikdə həmin fərdi yaşayış sahəsində sızmaları aradan qaldırıb və nəticədə qaz itkisi cəmi 1.43 faizə düşüb.
İldə 700 milyon kubmetr qaz itkisi

"Hazırda "Azəriqaz” İB-nin şəbəkəsində ildə 508 mindən çox qaz sızması qeydə alınır və bu zaman sızmaların cəmi 23.6 faizi vaxtında aradan qaldırılır. Sızmalar nəticəsində illik qaz itkisi 700.8 milyon kubmetr təşkil edir” - audit nəticələrində deyilir. Hesabata əsasən sızmaların cəmi 2.4 faizi yeraltı borularda baş verir, lakin itkilərin 676 milyon kubmetri məhz bu sızmalar nəticəsində yaranır. Aşkar olunan sızmaların aradan qaldırılması qaydası təsadüfi müəyyən edilir, bu zaman sızmalardan nə qədər qaz itkisi yarandığı hesablanmır. Hazırda Bakı şəhərində metal qaz borularının cəmi 6 faizi (36.2 km) elektro-kimyəvi mühafizəyə malikdr. Həmin elektro-kimyəvi mühafizə stansiyalarının 29-dan 3-ü işlək deyil.
Audit müəyyən edib ki, "Azəriqaz” İB-ni smart sayğaclarla təchiz edən ITRI şirkəti indiki şərtlər və təchizatla heç ayda 8.5 min sayğacı yoxlamağa imkan vermir. Hansı ki, ayda azı 32.2 min sayğac yoxlanılmalıdır. Sayğacların vaxtında yoxlanılmaması nəticəsində qaz itkisi daha 5.32 milyon kubmetr artacaq.
Personal sayı şişirdilib
"Ernst and Young” bildirir ki, "Azəriqaz”ın təşkilatı strukturu da optimal deyil, personalın azı 27 faizi ixtisar oluna bilər. İstehsalat Birliyinin özündə və strukturlarında bir-birini təkrarlayan vəzifələr, şöbələr və nə işlə məşğul olduğu bilinməyən vəzifəlilər geniş yayılıb. Şirkət "Azəriqaz”ın ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin də SOCAR müəssisələrinin ən yaxı praktikalarına uyğun gəlmədiyini bildirir.

Audit nəticələrinə əsasən "Azəriqaz” İB-nin qeyri-profil strukturu olan Təmir-Tikinti İdarəsinin həyata keçirdiyi təmir işlərində problemlər meydana çıxır, idarənin personal sayı normadan artıqdır, təmir işləri zamanı boşdayanmalar, işçilərin bir-biri ilə razılaşdırılmamış fəaliyyəti kimi problemlər yaranır.
Qapalı tenderlər, sayğacların alınmasında 20 faizlik şişirtmə
Şirkət müəyyən edib ki, 2016-cı ildə "Azəriqaz” tərəfindən satınalmaların 97 faizi qapalı tenderlərlə həyata keçirilib, bu da qiymətlərin şişirdilməsi riski yaradır. Tenderlərin 73 faizinə mal-material resurslarını istehsal edənlər yox, həmin resursları alıb satanlar dəvət olunur ki, bu da satınalma qiymətlərinin şişməsinə gətirib çıxarır. Məsələn, SOCAR tərəfindən tərtib olunmuş strategiya 8.7 milyon manat dəyərində "Elster” mexaniki qaz sayğaclarının və "İTRON” smart-sayğacların tenderdən kənar alınması qaydasını müəyyən edir. Lakin "Azəriqaz”ın bu sayğacları birbaşa istehsalçı şirkətdən və ya onların rəsmi dilerlərindən almasına dair heç bir sənəd yoxdur. Sayğacların alınması zamanı qiymətlər faktiki olaraq 20 faiz şişirdilib.
Podratçılardan biri xərci düz 38 dəfə şişirdib
Hesabatda o da deyilir ki, podratçıların müsabiqədən kənar seçilməsi ayrı-ayrı xidmətlərin haqqının bazar qiymətindən hətta 38 dəfə yüksək olmasına gətirib çıxarıb. "Ernst and Young” bildirir ki, "Azəriqaz” İB əsaslı tikinti və təmir işləri üçün baş podratçı kimi "Global Services” şirkətini seçir. Əslində isə bu işlər SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutuna sifariş verilə bilərdi. Çünki həmin institutun baş mühəndisi tikinti və təmir işlərini görmək üçün İnstitutun texniki və kadr potensialının tam kifayət etdiyini deyib. Nəticədə işlərin "Global Services”ə sifariş verilməsi nəticəsində təmir-tikinti xərcləri həmin İnstitutun təklif etdiyi qiymətlərdən 22 faiz artıq olub. "Sentra” adlı podratçı isə "Azəriqaz”ın sifarişini bazar dəyərindən düz 38 dəfə baha yerinə yetirib.
"Ernst and Young” şirkətinin audit hesabatında "Azəriqaz” İB-də hökm sürən korrupsiya, təsərrüfatsızlıq və yarıtmaz idarəçilik barədə başqa sensasion faktlar da yer alır.Bakı Post
NUH.az
Oxşar xəbərlər
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
1 may 2026 21:31
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 2026 19:59
- Yeni Klinika - Azərbaycanda ƏSL MÖCÜZƏ
26 aprel 2026 21:22
- Ramanada Ramiz Mehdiyevin 32 hektar bağı əlindən alındı
23 aprel 2026 13:02
- -Əvəzsiz podoloq mifi- yaradan Sevda Alibekovnanın keçmişini və bu gününü qaranlıq məcraya sürükləyən səbəblər — Digah sakinlərinin dedikləri
23 aprel 2026 11:34
- Zahid Oruc : Əsl enerji təkcə yerin altında və Göylərdə deyil, insanların ideallarında, iradəsində və birliyindədir
22 aprel 2026 23:40
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
Xəbər lenti
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
02 may 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
