Azərbaycanda 7 milyon insana qarşı böyük haqsızlıq
İqtisadiyyat31 mart 2017 17:13
Azərbaycanda əhalinin böyük əksəriyyəti internet istifadəçisidir. Amma abunəçilər heç də pul verərək istifadə etdikləri internetdən razı deyillər. Bəzi istifadəçilər internetin qiymətindən, bir çox müştərilər isə internetin sürətindən narazıdırlar.
"Sputnik Azərbaycan" xəbər verir ki, Azərbaycan əhalisinin 75 faizi hər gün internetdən istifadə edir Evdə və ya işdə tez-tez "internet ölüb" sözlərini eşidirik. Bəziləri çıxış yolunu müxtəlif dövlət və özəl provayderlərə müraciət etməkdə görsə də, nəticə dəyişmir. Demək olar ki, Azərbaycanda fəaliyyət göstərən istənilən internet provayderi istehlakçılara eyni internet əzabını yaşadır.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycanda internetin keyfiyyəti və qiymətində problemlər olduğunu deyib: "Qonşu ölkələrlə müqayisə edəndə görmək olur ki, bizdə vəziyyət o qədər də qənaətbəxş deyil. Azərbaycanda internet satışı bazarında qiyməti azad rəqabət yox, dövlət provayderi müəyyən edir. Özəl şirkətlər də bu qiymətlərə uyğun olaraq öz qiymətlərini nizamlayır".
"Ötən illərə nəzər salsaq, görərik ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (indiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi — red.) təşəbbüsü ilə dövlət provayderləri qiyməti aşağı salır, özəllər də məcbur olub qiymətləri endirirdilər. İndi də eyni vəziyyətdir. Özəllərə qiymətin baha olduğunu söyləyəndə, deyirlər ki, dövlət provayderləri qiymətləri aşağı salsın, biz də salaq" — ekspert bildirib.
O, hesab edir ki, nazirlik bu məsələyə ciddi nəzarət etməli, qiymət qalxırsa, sürətin də heç olmasa, 2 dəfə artırılmasına nail olmalıdır: "Provayderlər az pul xərcləyərək, çox pul qazanmaq istəyir. Bir çox provayderlər müştəriləri sürətdə aldadır. Məsələn, 4 Mbit/s verməli olduğu halda müştəriyə 2-3 Mbit/s sürət ötürür. Düzdür, bəzən xətlərdə də problem yarana bilər. Bu zaman yaşananlar provayderlərin günahı deyil. Amma Bakı şəhərinin mərkəzində demək olar ki, xətlərdə problem yoxdur. Bakı ətrafında və regionlarda yaranan internet problemində isə provayderlər də, nazirlik də günahkardır".
"Həm dövlət, həm də özəl provayderlərin "Delta Telkom"a böyük məbləğdə borcları var. Hətta borca görə "Delta Telekom" bir çox provayderləri məhkəməyə də verib. "Delta Telekom"a borcunu ödəməyən provayderlərə sürət az verilir, nəticədə onlar da müştərilərə sürəti az ötürür" — deyə Osman Gündüz əlavə edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov da məsələyə münasibət bildirib. O deyib ki, nazirlik bu sahədə dövlət siyasətini həyata keçirən və tənzimləmə funksiyasını yerinə yetirən icra orqanıdır: "Xidmətlərin keyfiyyətinə provayderlər özləri cavabdehdir. Bu, həm dövlət, həm də özəl provayderlərə aiddir. İnterneti istifadəçilərə çatdıran xidmət provayderlərə aiddir. İstifadəçilər istənilən xidmət keyfiyyətindən narazı qaldıqları halda, provayderə rəsmi və qeyri-rəsmi şəkildə narazılığını bildirməlidir".
"Provayderlə müştərilər arasında olan münasibətlər iki tərəf arasında olan xidmət və kommersiya münasibətləridir. Nazirlik buna birbaşa qarışa bilmir. Çünki həmin şirkətlərin özünün kommersiya fəaliyyəti var. Onlar texniki parametirləri, ölçülü interneti hansı qiymətə satmağı özləri müstəqil şəkildə tənzimləyirlər" — nazirlik rəsmisi bildirib. Şöbə rəisi onu da qeyd edib ki, söhbət xətt şəbəkəsindən gedirsə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi nazirliyin nəzdində olan qurum kimi yeni xətlərin çəkilişini davam etdirir: "Bakı və Bakı ətrafında kabel-kanal quyularında normativlərə uyğun infrastrukturu qurmaq üçün iş aparılır. Bu günə kimi o quyularda çoxlu texniki problemlər mövcud idi. Bu da internet siqnallarının ötürülməsi üçün ciddi problemlər yaradırdı".
Onun sözlərinə görə, hazırda "Baktelekom" "Evədək, ofisədək hiberoptik" layihəsini həyata keçirir: "Bu xidmət vasitəsi ilə internet, multimediya və İP telefoniya hiperoptik xətt vasitəsilə bir xətt üzərindən eyni zamanda verilir. Müasir müştərilərin tələbləri budur". T. Məmmədov əlavə edib ki, digər müştərilər kimi, o özü də istifadə etdiyi provayderdən bəzən narazı qalır: "Ümumilikdə bu sahədə olan problemlər nazirliyə bəllidir və birmənalı olaraq diqqət mərkəzindədir. İnfastrukturda aparılan işlər ona yönəlib ki, yaxın gələcəkdə bu problemlər aradan qaldırılsın. Bunlar sadəcə zaman tələb edən işdir".
Qeyd edək ki, ötən ilin əvvəlində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqladığı rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 70 faizdən çoxu (təxminən 76 faiz) internet istifadəçisidir. Onlardan 65 faiz isə genişzolaqli internet istifadə edir. 76 faiz, təxminən 7 milyon insan deməkdir. Belə çıxır ki, Azərbaycanda 7 milyon insan böyük bir haqsızlığın burbanıdır, həm də bunun üçün pul ödəyərək…
NUH.az
Oxşar xəbərlər
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
