“Ailəmə faciə gətirən eks-məmur oğlunun azadlığa buraxılacağını gözləmirdim” - XALQ ARTİSTİ DANIŞDI
Yola saldığımız Novruz bayramı ərəfəsində verilən əfv sərəncamı ilə həbsdən azadlığa çıxanlar arasında xalq artisti, tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olmuş Xalid Mübariz oğlu Mədətov da oldu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü ilə azadlıqdan məhrum edilmiş Xaliq Mədətov yüksək sürətlə idarə etdiyi “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106”-a çırpmış, nəticədə A.Abduallayevin həyat yoldaşı və nəvəsi hadisə yerində ölmüşdü. Ağır bədən xəsarətləri alan gəlini Səadət Abdullayeva isə xəstəxanaya yerləşdirilmiş, eyni zamanada uzun müddət psixoloji sarsıntı içərisində olmuşdu.
Modern.az xəbər verir ki, xalq artisti A. Abdullayev həyat yoldaşının və azyaşlı nəvəsinin qatili olan şəxsin azadlığa çıxmasını gözləmədiyini deyib: “Əfv sərəncamının imzalanması özlüyündə ölkə başçısının humanist addımından irəli gəlir. O şəxsin azad olunmasını televiziyadan eşitdim. Əslində, hadisə baş verəndə prezident bu məsələyə qarışmış, diqqətdə saxlamışdı. Amma indi əfv etdi, nə deyə bilərəm. Yəqin belə məsləhət olub”.
A.Abdullayev deyib ki, X. Mədətov əfv olunduqdan sonra onunla əlaqə yaratmayıb: “Nə özü, nə ailəsindən kimsə zəng vurmayıb. Heç yaxın gələn də olmayıb”.
Qeyd edək ki, 2014-cü il martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini idarə edərkən onu xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106”-a çırpıb. Nəticədə “VAZ-2106”da olan sərnişinlər – xalq artistinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsinə tövsiyyə olunub.
Qəzadan iki gün sonra Xaliqin atası Mübariz Mədətov prezidentin sərəncamı ilə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. Xalid Mədətov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb..
2017-ci ilin martında isə X.Mədətov əfv sərəncamı ilə azadlığa çıxıb.
NUH.az
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
