Bakı metrosunda nəzarətçi əməliyyatı - Xanımlar ixtisara düşdü
Maraqlı12 aprel 2017 12:36
Bakı Metropoliteni QSC daha çox bəylərin üstünlük verildiyi kadr dəyişikliklərinə başlayıb.
BakiPost.az-ın əldə etdiyi məlumata görə, qurum metrostansiyalardakı nəzarətçilərin dəyişilməsi prosesinə start verib. Belə ki, yaxın vaxtlara kimi əsasən xanımların işlədiyi nəzarətçi vəzifəsinə bəylər cəlb olunur. Onlar arasında ali təhsilini yeni başa vuran gənclər və tələbələr üstünlük təşkil edir.
Daxil olan digər məlumata görə, Bakı Metropolitenindən yaş senzi ilə əlaqədar xeyli sayda işçi xaric olunub. Xüsusən də xanım əməkdaşlar işləri ilə vidalaşmalı olublar.
Məlumat üçün bildirək ki, bu ixtisarlar metrodakı kassaların ləğv olunması prosesində də müşayiət olunmuşdu.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti rəhbəri Nəsimi Paşayev BakiPost.az-a açıqlamasında xəbəri təsdiq edib: "Onlar qatarların qəbul edilib yola salınması üzrə nəzarətçidirlər. Onların əsas funksiyası qatarları qəbul edib yola salmaq və o işə nəzarət etməkdir. Doğrudur ki, əvvəllər bu işdə daha çox xanımlar çoxluq təşkil edirdi. Amma bu o demək deyil ki, bəylər yox idi. Bəylər var idi. Sadəcə olaraq xanımlar çoxluq təşkil edirdi. Amma artıq son vaxtlar ora bəylər də cəlb olunur.
Biz neçə ildir ki, xüsusilə "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra yaradılmış təlim-tədris mərkəzində həmin əməkdaşlara xüsusi kurslar keçirik. Öncə iş elanı açıq şəkildə verilir. Xüsusilə də bəylərin ali təhsilli olmaları şərti qoyulurdu. Onlar işə qəbul olmamışdan öncə xüsusi kurs keçirlər. Kursda sertifikat qazananlar həmin işlə təmin olunurlar. Burada əsas məqsədimiz bəylərimizin də xanımlarla bərabər həmin funksiyanı yerinə yetirə bilmələrinin təmin edilməsidir”.
Nəsimi Paşayev qeyd edib ki, həmin bəylərdən ali təhsilli olmalarının tələb olunmasının səbəbi onların gələcəkdə daha da yüksək vəzifəyə təyinat almaları üçün zəmin yaratmaqdır: "Qatarların qəbul edilib yola salınmasına nəzarət bu insanlar üçün ilk pillədir. Onlar daha sonra pillə-pillə yüksələ bilər. Məsələn, stansiya növbətçisi, rəis müavini və ya rəis ola bilərlər. Həmçinin Dispetçer İdarəsində də işləyə bilərlər. Hətta onlar bağlı olduqları hərəkət xidmətinin rəisi belə ola bilərlər. Məlumat üçün bildirm ki, bizim hazırda hərəkət xidmətinin rəisi 20 il öncə metroplitendə nəzarətçi kimi işə başlayıb. Ali təhsilli olduqları halda həmin şəxslərin qarşılarında yüksəlmək üçün hər hansı maneə qalmır. Ona görə də buna daha çox üstünlük vermişik”.
Qeyd edək ki, metroda kart sisteminin tətbiqindən sonra işçilərin sayı azaldılıb və xərclərə qənaət olunub. Bakı Metropoliteni QSC gediş haqqlarının xərcləri ödəmədiyini, lakin hər hansı artımın nəzərdə tutulmadığını bəyan edib.
NUH.az
Oxşar xəbərlər
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
Xəbər lenti
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
