İcra başçısı şəhidin həyat yoldaşını həbs etdirmək istəyir

“İcra başçısı Vidadi İsayev məni həbs etdirmək istəyir”.
Bunu cebhe.info-ya Laçından olan məcburi köçkün, Qarabağ döyüşçüsü, şəhid Zöhrab Ələkbərovun həyat yoldaşı Yasəmən İsmayılova deyib.
Y.İsmayılova bir neçə dəfə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin qəbuluna getdiyini, lakin icra başçısının onu qəbul etməkdən imtina etdiyini deyib.
“Novruz bayramından sonra üç dəfə icra hakimiyyətinə getdim. Vidadi İsayevlə görüşmək istəyirdim. Aztəminatlı ailəyəm, özüm də xəstə. Məqsədim bu idi ki, icra başçısı həkimin mənə yazdığı dərmanları almaqda yardım etsin, ya da aidiyyatı yerlərə, şəxslərə bu barədə göstəriş versin. Dərmanlar çox bahadır, almağa maddi imkanım yoxdur. Amma icra başçısı məni dinləməmiş, problemin nə olduğunu bilmədən görüşmək istəmədi. Heç kabinetinə getmək üçün icra hakimiyyətinin qarşısındakı “polis səddi”ni keçə bilmədim. Üçüncü dəfə gedəndə binanın qarşısında dayanmış polisə xatırlatdım ki, prezident şəhid və qaçqın ailələrinə yardım üçün bütün aidiyyatı qurumlara göstəriş verib. Vidadi İsayevin niyə məni qəbul etməkdən imtina etməsini soruşdum. Heç nə demədilər. Bu barədə prezidentə ərizə yazacağımı dedim, dedim ki, dövlət başçısına yazacağam ki, Vidadi İsayev heç şəhid ailələrini qəbul etmir, digər vətəndaşları necə qəbul edə bilər? Maraqlıdır ki, icra başçısı niyə prezidentə hörmət etmir, onun əmr və göstərişlərini yerinə yetirmir?”, - deyə Y.İsmayılova qeyd edib.
Şəhidin həyat yoldaşının sözlərinə görə, aprelin 10-da polis mayoru evlərinə gəlib: “Ayın 10-da polis mayoru evimizə gəldi, mənə dedi ki, guya icra başçısını söyüb, təhqir etmişəm, buna görə Vidadi müəllim məni məhkəməyə verəcək. Amma mən bilirəm ki, qabaqdangəlmişlik edirlər ki, heç yana şikayət yazmayım. Məni həbs etdirmək istəyirlər. Qəbula getmək istəyənləri həbs edirlər? Bu, hansı qanunda var? Sonradan yenə polis idarəsindən çağırdılar, bildirdilər ki, prezidentə müraciət etməyim, problemi öz aramızda həll edək”.
Qeyd edək ki, Yasəmən İsmayılovanın həyat yoldaşı Zöhrab Ələkbərov 1992-ci ildə Laçında Qaladərə adlanan yerdə gedən döyüşlərdə həlak olub. Şəhidin ailəsi Bərdə rayonunda yaşayır.
NUH.az
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
4 sentyabr 2025 13:56
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
4 sentyabr 2025 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
4 sentyabr 2025 09:59
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
3 sentyabr 2025 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
3 sentyabr 2025 14:36
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
3 sentyabr 2025 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
3 sentyabr 2025 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
3 sentyabr 2025 10:31
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
3 sentyabr 2025 02:18
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin CAVABI
03 sentyabr 11:13
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57