Bizə deyirlər ki, bu söhbət yuxarılara çatmasın” – Məmur maşınıyla öldürülən gəncin atası
Pirallahı rayon İcra Hakimiyyətinin əməkdaşı, Yeni Azərbaycan partiyası Pirallahı rayon Təşkilatının sədri Manaf Manafovun xidməti avtomobili ilə 7 ay öncə törədilən və ölümlə nəticələnən yol qəza hadisəsinin istintaqı barədə prezident İlham Əliyevə müraciət ünvanlanıb..
Bu barədə BakiPost.az-a hadisə zamanı dünyasını dəyişən Tariyel Rzaquliyevin atası Cəmşid Rzaquliyev məlumat verib.
Bildirib ki, 7 ay ərzində hadisə ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciətlər etdiyini və bir cavab ala bilmədiyini bildirir. Övladını itirən ata qəzanı şəxsən Manaf Manafovun törətdiyini düşünür: “2016-cı ilin sentyabrın 2-si saat 19:25 radələrində Pirallahı rayonu İcra Hakimiyyətinin işçisi Manaf Manafovun xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı avtomobil tək oğlum Tariyel Rzaquliyevi Qala-Dübəndi yolundakı piyada keçidi üzərindən keçərkən vururaq öldürüb. Azyaşlı qızı ailəsi ilə birlikdə başsız qalıb.
Tariyel böyrək çatışmazlığından əziyyət çəkirdi. On il öncə çətinliklə də olsa İranda ona böyrək köçürtdürmüşük. Onun həyatda qalması üçün düz on il İran-Azərbaycan yollarında qalmışıq. Bizi ən çox ağrıdan şey həyatda qalması üçün çəkdiyi o qədər acı və məhrumiyyətlərin bir məmurun müştəbehliyi və qudurğanlığı səbəbindən boşa çıxması oldu. Onlar başda Manaf Manafov olmaqla hadisəni törətdikdən sonra maşını saxlamayaraq eyni sürətlə də hadisə yerindən uzaqlaşıblar. Sonradan nə fikirləşiblərsə, iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər. Oğluma dərhal ilkin yardım etmək əvəzinə telefonla kömək çağırıb, oradan uzaqlaşıblar. Bunu görən hadisə yerinin yaxınlığındakı N saylı hərbi hissənin zabitləri hərbi hissənin sanitar maşını ilə oğlumu götürüb aparıblar. Sonra da özlərinin dediklərinə görə meyidi yarı yolda təcili yardım maşınına köçürdərək Mərdəkənda morq deyilən bir yerə çatdırıblar. Bütün bu proseslər baş verdiyi zaman hadisəni törədənlərdən heç kim onlarla olmayıb.
Ən dəhşətlisi isə odur ki, hadisəni törədən Manaf Manafov gəlib ailəmizə bir başsağlığı da vermədi”.
Zərərçəkən istintaqın işindən narazı olduğu üçün məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir: “İstintaqın işi ümumilikdə 7 ay vaxt aparıb.
Bu müddət ərzində işin gedişatı ilə bağlı istintaqa təqdim etdiyimiz 17-yə kimi dəlillərə rəğmən, istintaq sükan arxasında olan şəxsin həqiqətən də Manaf Manafovun sürücüsü Bağış Baxşiyevin olduğuna bizi inandıra bilməyib.
Bu səbəbdən də sükan arxasında ya Manaf Manafovun özünün, ya da istintaqa və bizə adı bəlli olmayan üçüncü şəxsin olması ilə bağlı şübhələrimiz öz qüvvəsində qalır.
Lakin bizi ən çox narahat edən digər məsələ isə, hadisədən bu qədər vaxt keçməsinə baxmayaraq, Manaf Manafov haqqında YAP mərkəzi aparatına (şəxsən cənab Əli Əhmədova, cənab Siyavuş Novruzova, aparat rəhbəri Mahir Abasəliyevə, Bakı rayonlarının əlaqələndiricisi Misirxan müəllimə) və şəxsən Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanova etdiyimiz çoxsaylı müraciətlərdən sonra onun haqqında heç bir ölçü götürülməməsidir.
Rayon ərazisində baş vermiş ölümlə bağlı bu hadisənin iştirakçısı olan məmur bu günə kimi Vasif İmanov tərəfindən himayə edilərək vəzifəsində saxlanılır.
Biz hadisənin Pirallahı rayonunda baş verdiyini və həmin rayonun icra başçısı da daxil olmaqla icra strukturlarının bu məsələdə laqeydliyini görüb oğlumun üç mərasimində Vasif İmanovun qəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir Səfixanov, köməkçisi, yerli polis və prokurorluğun başçıları da iştirak edirdi. Danışıq zamanı icra başçısı hər vəhclə cinayəti törədənlərin müdafiəsi yönündə çıxışlar edirdi. O bu hadisənin yuxarılara çatmamasını məsləhət edir. Guya ailəyə maddi köməklik göstərilməsini özü də daxil omaqla hadisəni törədənlərə tövsiyyə edirmiş.
Vasif İmanovun öz iş otağında qurduğu “məhkəmə”də hadisə zamanı maşında olanlardan icra hakimiyyətinin işçisi Niftəliyev Həsəni danışdırarkən onun qorxudan titrədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov, hətta bizim yanımızda onu kobud şəkildə təhqir də etdi. Bütün bunlar sükan arxasında Manaf Manafovun olması ehtimalını daha da gücləndirdi.
Cənab prezident, sizdən oğlu öldürülmüş bir ata olaraq, artıq dərəcədə xahiş edirəm ki, Manaf Manafovun etdiyi hərəkətləri nəzərə alıb, onun belə bir ali vəzifədə qalmaması məsələsinə və bu hadisədə əsl cinayətkarın üzə çıxarılmasının sürətləndirilməsi yönündə müvafiq göstəriş verəsiniz”.
NUH.az
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 2026 19:39
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
