Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız - SİYAHI
Hadisə15 aprel 2017 15:54
İstər dünya, istərsə də yerli sənət adamlarının həyatına, yaradıcılığına son qoyan xəstəliklərdən biri, ən dəhşətlisi xərçəngdir. Əsrin bəlası olan bu xəstəliyə qurban gedən məşhurlarla yanaşı, onunla mübarizə aparan və bu bəlaya qalib gələn məşhurlar da az deyil.
big.az bu xəstəlikdən dünyasını dəyişən, mübarizə aparan və qalib gələn məşhurların siyahısını təqdim edir:
Xalq artisti, görkəmli muğam ifaçısı Ağaxan Abdullayev uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib. Bir neçə dəfə əməliyyat edilsə də, 2016-cı il dekabrın 25-də 66 yaşında vəfat edib.
Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu qaraciyər xərçəngindən əziyyət çəkib. Bir müddət müalicə alan sənətkar 2015-ci il dekabrın 21-də 69 yaşında vəfat edib.
Xalq artisti, Rus Dram Teatrının aktrisası Nataliya Tağıyeva xərçəngdən əziyyət çəkib. Bir neçə dəfə müalicələr alan aktrisa 2005-ci ildə 51 yaşında dünyasını dəyişib.
Xalq şairi, görkəmli dramaturq Vaqif Səmədoğlu da xərçəngdən əziyyət çəkən və bu xəstəliyə məğlub olan məşhurlar sırasındadır. Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də 75 yaşında dünyasını dəyişib.
Səməd Vurğun ailəsinin digər üzvü, Vaqif Səmədoğlunun böyük qardaşı Yusif Səmədoğlu da xərçəng xəstəliyindən əziyyət çəkib. 1998-ci il avqustun 17-də 62 yaşında vəfat edib.
Azərbaycanın əməkdar artisti, Musiqili Teatrın aktrisası Xanım Qafarova süd vəzisi xərçəngindən əziyyət çəkib. O, 2014-cü il iyulun 11-də, 47 yaşında vəfat edib.
Tanınmış rejissor Şahin Zəkizadə də xərçəng (qan xərçəngi-leykoz) xəstəliyindən vəfat edən məşhurlardandır.
Əməkdar artisti, tanınmış aktyor Firuz Xudaverdiyev də xərçəng xəstəliyindən vəfat edib. Firuz Xudaverdiyev Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə əməkdar artisti fəxri adına layiq görülüb. F.Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, “Pəncərədə işıq”, “Biz qayıdacağıq”, “Günaydın mələyim” və s. ekran əsərlərində çəkilib.
Həmçinin əməkdar artist Hamlet Qurbanov, Tələt Rəhmanov, “Bir cənub şəhərində” filmində oynadığı Həsən rolu ilə uğur qazanan Məcid Dadaşov, aktrisa Vəfa Fətullayeva, Şahmar Ələkbərov, Əlibala Əsgərov, rejissor Fikrət Əliyev, xalq artisti, görkəmli xanəndə, Akademik Opera və Balet Teatrının solisti Rübabə Muradova da xərçəng xəstəliyindən əziyyət çəkənlər sırasındadır.
Xəstəliyə qalib gələn məşhurlar xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Şükufə Yusubovanın da bu xəstəliyindən əziyyət çəkdiyi deylir. Bu barədə mətbuatda az xəbərlər yayılsa da, xalq artistinin bir neçə il əvvəl ağır əməliyyat edildiyi məlumdur.
Xalq artisti, Azərbaycanın görkəmli opera müğənnisi, "Şöhrət" və "Şərəf" ordenli Xuraman Qasımovanın da, uzun illər əvvəl süd vəzisi xərçəngindən əziyyət çəkdiyi deyilib.
Həmçinin əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva da xərçəngdən əziyyət çəkdiyi və bu xəstəliyə qalib gəlib.
Xalq artisti, tanınmış televiziya diktoru Rafiq Hüseynov 2013-cü ildən ağciyər xərçəngindən əziyyət çəkir. Türkiyədə əməliyyat edilən Rafiq Hüseynovun ağciyərinin üzərində şiş götürülüb. Hazırda ciddi müalicə alan Rafiq Hüseynov özünü normal hiss edir.
Əməkdar artist, sevilən aktrisa Kübrabəyim Əliyeva uzun illər süd vəzisi xərçəngindən əziyyət çəkir. Ağır əməliyyatlar keçirən Kübra Əliyevanın müalicələri hazırda da, davam etməkdədir.
Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova süd vəzisi xərçəngindən əziyyət çəkib. Uzun illər əvvəl Moskvada ağır əməliyyat edilən Hicran Nəsirova hazırda səhnədədir və sənət fəaliyyətini davam etdirir.
Əməkdar artist Coşqun Rəhimov da neçə illərdir qalxanabənzər vəzinin xərçəng ilə mübarizə aparır. Aktyor üç dəfə əməliyyat olunub və hazırda vəziyyəti normaldır.
Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva da müsahibələrinin birində onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi. Aşıq Samirənin sözlərinə görə, o, 7-8 il öncə həkimlərin səyi nəticəsində xərçəngə qalib gəlib.
Tanınmış aparıcı, bir sıra xeyriyyə işlərinin təşkilatçısıs Hacı Nuran (Hüseynov) bir neçə ildir ki, limfaqranulematoz xəstəliyi ilə (ağciyər xərçəng) ilə mübarizə aparır.
Aktrisa-aparıcı Zümrüd Qasımova da xərçəng xəstəliyə qalib gəlməyi bacarıb. 2010-cı ildən bəri döş xərçəngi ilə mübarizə aparan Zümrüd Qasımova bu xəstəliyin ailəsində irsi olduğunu bildirib. 17 ildir ki, amansız xərçənglə mübarizə aparan aparıcının vəziyyəti hazırda yaxşıdır.
Əməkdar artist Kəmalə Müzəffər də xərçəng xəstəliyi ilə mübarizə aparan məşhurlardandır. Onun sifətində bazalioma (ən çox yayılan dəri xərçəngi-red) aşkarlanıb. Əməliyyat keçirən aktrisa, mütəmadi olaraq həkim müayinə və nəzarətindən keçir.
Qeyd edək ki, xərçəng xəstəliyi hüceyrələrdə DNT-nin (Dezoksiribonuklein turşusu) zədələnməsi nəticəsində hüceyrələrin anormal və sistemsiz şəkildə böyüməsi və çoxalması nəticəsidə meydana gəlir. Hər gün vücudumuzda (DNT-də) təqribən on min mutasiya prosesi getsə də, immun sistemimiz hər millisaniyədə vücudumuzu yoxlayır və xərçəng xəstəliyi törədə biləcək hüceyrələri məhv edir. Xərçəng xəstəliyi bədənimizdə olan hüceyrələrin sistemsiz bir şəkildə çoxalması və digər toxumalara təsir etməsi nəticəsində yayılır.
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
