“İndi əsas vəzifə səhiyyə sistemində çalışanların peşəkarlığını daha da artırmaqdır” - Mehriban Əliyeva
Azərbaycan birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko ilə görüşüb.
APA-nın məlumatına görə, M. Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə qurulan əməkdaşlıqdan, bu təhsil ocağının Bakıdakı filialının fəaliyyətindən danışıb, filialin yaradılması ilə bağlı layihənin çox uğurlu olduğunu deyib. Son illərdə ölkəmizin səhiyyə sistemində mühüm işlərin görüldüyünü, bu sahədə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan Azərbaycanın birinci vitse-prezidenti bildirib ki, indi əsas vəzifə səhiyyə sistemində çalışanların peşəkarlığını daha da artırmaqdır. M. Əliyeva bu baxımdan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətinin əhəmiyyətinə toxunub və burada təhsil alan tələbələrin gələcəkdə Azərbaycanın səhiyyə sisteminə töhfələr verəcəyinə əminliyini ifadə edib. “Təhsil və səhiyyə bütün ölkələrdə prioritet sahələrdir” deyən Azərbaycanın birinci vitse-prezidenti ölkəmizdə bu sahələrə göstərilən dövlət qayğısını vurğulayıb. Bu gün Azərbaycanda dünyanın aparıcı ali təhsil ocaqlarının filiallarının fəaliyyət göstərdiyini qeyd edən M. Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə əməkdaşlığı genişləndirmək üçün yaxşı perspektivlərin olduğunu bildirib. P. Qlıboçko Azərbaycanın birinci vitse-prezidenti ilə görüşməkdən məmnun olduğunu vurğulayıb, bu ali təhsil ocağının Bakı filialının fəaliyyətinə verdiyi qiymətə görə minnətdarlığını bildirib. Universitetin nüfuzlu professor və müəllim heyətinin Bakıdakı filialda tələbələrə dərs keçdiyini deyən P. Qlıboçko filialda olduğunu, tələbələrlə görüşdüyünü və onların burada təhsil almaqdan məmnun qaldıqlarını diqqətə çatdırıb. Rektor bildirib ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının çox müasir maddi-texniki bazası var. P. Qlıboçko filialda III kursdan VI kursadək təhsil alan tələbələrin universitetdə strukturlaşmış imtahan verəcəklərini və bunun tələbələrin peşəkarlığının artırılması üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Sonda qonaq M. Əliyevaya xatirə hədiyyəsi təqdim edib.
NUH.az
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 2024 18:04
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 2024 17:47
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 2024 13:11
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 2024 13:28
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 2024 11:42
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 2024 12:09
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 2024 16:39
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 2024 12:47
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 2024 12:00
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
9 may 2024 23:03
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 18:03
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 17:47
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 13:00
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42