Mən o qadınlara nifrət edirəm - Deputat
Siyasət20 aprel 2017 14:00
Milli Məclisin Regional məsələlər və Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvü Tahir Rzayevin "Ölkə.az"a müsahibəsi zamanı "Heç vaxt yürüyən ata qamçı vurmurlar. Əgər qadın evdə kişinin sözünü eşitmirsə, hegemonluq etmək istəyirsə, kişi də əsəbiləşib ona bir söz deməlidir də!" fikirləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət deputatı qadınları atla müqayisə etməkdə ittiham edib. Məsələ ilə bağlı fikir bildirən Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, Tahir Rzayevin deputatlıq mandatı müzakirə olunmalı, həm də o, qadınlardan üzr istəməldir.
Modern.az məsələnin aktuallığını nəzərə alaraq Tahir Rzayevə müraciət edib. Deputat səsləndirdiyi fikirlərin arxasında olduğunu bildirib:
"Bülbül kimi cəh-cəh vurur" fikirlərini də yozaq?..
"Bu, hər zaman işlədilən fikirlərdir. Dahi Nizami Gəncəvi insanları arılarla, qarışqalarla müqayisə edirdi. Eyni zamanda deyirlər "aslanın erkəyi, dişisi olmaz". Bunlar el misallarıdır, aforizmlərdir, qadına şamil olunmur. Mən orada fikrimi aydın ifadə etmişəm. Demişəm ki, yaxşı qadınların hamısı mənim bacımdır, anamdır. Eyni zamanda, demişəm ki, pis, müəyyən nöqsanlara yol verən qadınlar varsa, onlar da bizim vətəndaşlarımızıdır, onları doğru yönəltməliyik. Mənim fikrim yalnız qadınlarla bağlı deyil. Eyni zamanda demişəm ki, sərxoş kişi evə gəlib qadını incidirsə, o, müəyyən tənbehlərə məruz qalmalıdır. Dahilər insanları işlək olmaqdan ötrü qarışqalarla, arılarla müqayisə ediblər. Yaxşı oxuyana deyirlər ki, "bülbül kimi cəh-cəh vurur". İndi durub bu fikri harasa yozmaq doğru deyil. Bu, sadəcə, müqayisədir".
"Mən o qadınlara nifrət edirəm..."
Deputat doğru yolda olmayan qadınlara nifrət etdiyini qeyd edib:
"Qadın 3 uşağını atıb ərli kişiylə qaçırsa, ona nə ad verək? O qadın tənbeh olunmamalıdırmı? Mən bu baxımdan demişəm ki, belə qadınlar kişilər tərəfindən müəyyən sözlərə məruz qalırlarsa, ictimaiyyət arasında onlar barəsində yaxşı fikir söylənilmirsə, demək, qadın səhvdir, cəmiyyət haqlı. Biz belə qadın və kişilərimizi qınaq obyektinə çevriməliyik. Ailədə kişi və qadın münasibətləri normal olmalıdır. Hər iki tərəf ailənin saflığı üçün çalışmalıdır. Ona görə demişəm ki, yüyürək at özünə qamçı vurdurmaz. Bu, el misalıdır. Mən bunu topluma şamil etməmişəm, deməmişəm ki, qadın heyvandır yaxud qadın atdır və s. Mən belə sözü demərəm axı. Bu, mənim ziyalılığıma sığışan da deyil.
Mən yenə də deyirəm, ailəsini sevməyən, onları atıb başqa kişiylə gedən qadınlara nifrət edirəm. Çünki qadın cəmiyyətdir. Qadın təmiz olmasa, cəmiyyət də təmiz olmayacaq. Bu fikirləri bizim babalarımız, dədələrimiz səsləndirib. Mən heç vaxt yaxşı qadınlar haqqında bu sözü demərəm. Onların hamısı mənim anam, bacımdır. Pisləri isə vətəndaş olaraq düz yola, ailəsinə qaytarmalıyıq".
"Tənzilə xanım hamıda qüsur axtarmasın"
T.Rzayev T.Rüstəmxanlının səsləndirdiyi fikirlərdə haqsız olduğunu vurğulayıb:
"Tənzilə xanıma mənim çox böyük hörmətim var. Amma xanımdan bir xahişim var ki, hər şeydə qüsur axtarmasın. Tənzilə xanım, bir deputat söz deyən kimi "bunları məhkəməyə vermək lazımdır", "xalq qarşısında cavab verməlidirlər" kimi fikirlər səsləndirir. Belə şey olmaz axı. Biz cəmiyyətin saflaşdırılmasından ötrü ictimai qınaq yaratmalıyıq. Onlar haqqında fikrimizi bildirməliyik. Yoxsa hansısa deputat bir fikir bildirən kimi onu bəzəyib yamaq vurmaq olmaz. Mən Tənzilə xanımın cəmiyyətdəki rolunu da bilirəm, onu gördüyü işlərə də yüksək qiymət verirəm. Amma bu cür fikirlər səsləndirmək doğru deyil".
NUH.az
Oxşar xəbərlər
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 2025 12:59
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 2025 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 2025 21:34
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 2025 20:03
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 2025 23:44
- İlham Əliyevin Robert Fiko ilə təkbətək görüşü oldu (YENİLƏNİB)
9 dekabr 2025 20:01
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
8 dekabr 2025 22:55
- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
8 dekabr 2025 14:26
Xəbər lenti
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
Video & Fotoqalereya
Video
Fotoqalereya
