10, 15, hətta 20 ilin icra başçıları; kimlər karyerasını eyni vəzifədə davam etdirir - SİYAHI
Azərbaycanda uzun müddətdiricra başçısı postunda çalışan xeyli məmur var, Bir neçə dəfə işlədikləri rayonları dəyişən həmin məmurların eyni vəzifədəki stajları 10, 15, hətta 20 ilə çatır.
Modern.az saytı eyni vəzifədə ən azı 10 il çalışan icra başçıları ilə bağlı kiçik bir araşdıma apararaq, onların kimlər olduğunu dəqiqləşdirməyə çalışıb.
Beləliklə,
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 13 ildir eyni vəzifədə çalışır. ÖncəSamux Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsini tutmuş Ş.Məmmədov 26 dekabr 2005-ci tarixindən Ağcabədiyə rəhbərlik edir.
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin bu vəzifədəki stajı 10 ili əhatə edir.
Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev də 10 ildir region rəhbəridir. O, 2007-ci ildən 2012-ci ilədək Xızıda, 2012-ci ildən hazırki vaxtadək Beyləqanda icra başçısıdır.
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin eyni vəzifədəki staşı 11 ilə çatıb. Əvvəllər Yardımlı və Masallı rayon İcra hakimiyyətlərinə rəhbərlik etmiş Q.Ağayev 14 aprel 2012-ci il tarixindən Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev 12 ildir bölgə rəhbəridir. 2005-2011-ci illərdə Tərtər rayonuna rəhbərlik etmiş V.İsayev 3 mart 2011-ci ildən Bərdədə çalışır.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin eyni vəzifədəki iş staşı 11 il təşkil edir. 2006-2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış M.Quliyev artıq 6 ildir Biləsuvarda rəhbər post tutur.
Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 2006-cı ildən bu postda çalışır ki, onun da məmur stajı 11 ili əhatə edir.
Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov da 11 ildir bu vəzifədə işləyir.
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov 2006-cı ildən (11 il) bu rəhbər postu tutur.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısıŞəmsəddin Xanbabayevhəmkarları ilə müqayisədə daha stajlıdır. Onun rayona rəhbərlik etmək karyerası sovet dövründən - 1980-cı ildən başlayır. O zaman Ordubad rayon Partiya Komitəsinin birinci katibi təyin edilmiş Xanbabayev 3 il sonra - 1983-cü ildə Naxçıvan şəhər Partiya Komitəsinin birinci katibi postuna gətirilib. 1992-ci ildə isə Naxçıvan Muxtar Respublikasının Baş naziri olub.
Şəmsəddin Xanbabayev 23 oktyabr 2004-cü il tarixindən Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Artlq 13-cü ildir ki, Xaçmaza rəhbərlik edir.
Xızı rayon İcra Hakimiyyəti başçısı Xəzər Aslanov artıq 11 ildir karyerasını eyni vəzifədə davam etdirir. O, Xızıdan əvvəl Yardımlı rayonunun icra başçısı olub.
İmişli rayon İcra Hakimiyyəti başçısı Vilyam Hacıyev13 ildir məmurluq karyerasını icra başçısı postunda davam etdirir. İki il (2004-2006) Göygöl rayonuna, 6 il (2006-2012) Samux rayonuna rəhbərlik edib. 14 aprel 2012-ci il tarixindən isə İmişli rayonunda çalışır.
Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da uzun illərdir bu vəzifədə işləyən məmurlardandır. O, 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayon İcra hakimiyyətlərinin başçısı vəzifəsində işləyib. 26 aprel 2011-ci il tarixindən Qobustana rəhbərlik edir. Adil Məmmədovun icra başçısı karyerası 23 ildir davam edir.
Qubadlı rayon icra Hakimiyyətinin başçısı Malik İsaqov 2001-ci ildən eyni vəzifəni tutur, bu isə 16 il edir.
Qusar rayon icra Hakimiyyətinin başçısı Şair Alxasov bu vəzifəyə 18.12.2007-ci il tarixində təyin edilib. Şair müəllim 10 ildir icra başçısı işləyir.
Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov da 10 ildir eyni vəzifəni tutur. O, 2007-ci ildən Lerikə rəhbərlik edir.
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev 24 avqust 2005-ci il tarixindən rəhbər posta təyinat alıb. 6 il Qobustan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan İ.Vəliyev 2011-ci ildən Neftçalada işləyir. O, artıq 12 ildir icra başçısıdır.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov 16 ildir eyni vəzifəni daşıyır. Əvvəlcə Göyçayda, sonra Şamaxıda rəhbər post tutub. 2011-ci ildən isə Sabirabadın icra başçısıdır.
Hazırda Samux rayonuna rəhbərlik edən Alı Qocayev 12 ildir icra başçısı postunda çalışır. 2005-2012-ci illərdə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 18 aprel 2012-ci il tarixində isə Samux rayon İcra Hakmiyyətinə təyinat alıb.
Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun eyni vəzifədəki iş stajı 22 ilə çatır. O, 1995-2002-ci illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy rayon İcra Hakimiyyəti başçısı olub. 28.06.2007-ci ildən Şabran rayonuna rəhbərlik edir.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov 10 ildir bu vəzifədə işləyir.
Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov 12 ildir rayon rəhbəridir. O, əvvələr Zərdab və Göyçay rayon İcra hakimiyyətlərinə rəhbərlik edib. 27 yanvar 2015-ci ildən bəri Ucar rayon İcra Hakimiyyətinin başçısıdır.
Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 10 illik karyerası boyunca iki rayona rəhbərlik edib. 27 dekabr 2007-ci ildən -1 sentyabr 2009-cu ilədək Qax rayonunun icra başçısı olub, hazırda isə Zaqatalaya rəhbərlik edir.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev da iki yerdə icra başçısı işləyib ki, bu da 12 ili əhatə edir. O, 5 may 2005-ci il tarixdən 14 dekabr 2007-ci il tarixinədək Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 14 dekabr 2007-ci il tarixində isə Zərdaba rəhbər təyin edilib.
Elmar Vəliyevin icra başçısı kimi iş stajı 13 ildir. O, 2004-cüildən 2011-ci ilə kimi Yevlax şəhər İcra Hakimiyyətinin başçısı olub. 18 fevral 2011-ci il tarixindən isə Gəncə şəhər İcra Hakimiyyətinin başçıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə 22 ildir rəhbər postda çalışır. Belə ki, o, 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olub. 2001-ci ilin yanvar ayından Bakı şəhərinin meri vəzifəsini tutur.
Zakir Fərəcov 12 ildir icra başçısı işləyir. 2005-2015-ci illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2 sentyabr 2015-ci il tarixindən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısıdır.
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 21 ildir icra başçısıdır. 1996-2002-ci illərdə Kürdəmirə, 2002-2006-cı illərdə Cəlilabada, 2006-2011-ci illərdə Neftçalaya, 2011-2012-ci illərdə Astaraya rəhbərlik edib. 14 aprel 2012-ci ildən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutur.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 10 ildir icra başçısı postunda çalışır. 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa rayonuna rəhbərlik edib. 2011-ci il may ayının 23-də Şəkiyə təyinat alıb.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov 18 aprel 2005-ci ildən eyni vəzifəni tutur ki, bu da 10 ili əhatə edir.
Süleyman Mikayılov da uzun müddətdir icra başçısı vəzifəsində çalışır. 2001-2005-ci illərdə Yardımlı rayon İcra Hakimiyyətinin, 2005-2010-cu illərdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı olub. 4 mart 2010-cu il tarixindən Qaradağ rayon İcra Hakimiyyətinin başçısıdır.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev 17 ildir eyni vəzifədə çalışır - 2000-2006-ci illərdə Xətai rayonuna rəhbərlik edib. 26.09.2006-cı ildən hal-hazıra kimi Yasamal rayon İcra Hakimiyyətinin başçısıdır.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 2003-cü ilin aprel ayında Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayından isə Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısıdır.
Asif Əsgərov 2006-2009-cu illərdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı, 2009-2015-ci illərdə isə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2 sentyabr 2015-ci il tarixindən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısıdır. Onun icra başçısı kimi karyerası 11 ildir davam edir.
İlqar Abbasov isə 13 ildir icra başçısıdır. 2004-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 21 dekabr 2005-cı il tarixindən indiyə kimi Suraxanı rayon İcra Hakimiyətinin başçısıdır.
Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov 25 yanvar 1995-ci il tarixindən bu vəzifədə çalışır – 22 illik karyera...
Hazırda Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Eldar Əzizov 17 ildir icra başçısı postunu tutur. O, 2000-ci ilin iyun ayında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub. 2015-ci ilin sentyabr ayından Səbail rayonuna rəhbərlik edir.
Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov26 sentyabr 2006-cı il tarixindən bu vəzifəni daşıyır – 11 ildir.
NUH.az
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 2026 12:13
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 2026 20:00
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 2026 09:53
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
