Ciddi korrupsiya ittihamları ilə üzləşib, ancaq hələ də işinin başındadır...
Bakı Lift-Təmir İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov neçə gündür keçmiş qudasının və kürəkəninin mətbuatda barəsində açıqladığı korrupsiya faktlarına baxmayaraq “işinin başındadır”. Hərçənd ki, onun işdən azad edildiyi barədə şaiyələr müxtəlif saytlarda yayılmışdı.
Virtualaz.org saytının əməkdaşı Bakı Lift-Təmir İstehsalat Birliyi ilə əlaqə saxlayıb, Qüdrət Şükürovdan keçmiş qohumlarının onun barəsində irəli sürdüyü korrupsiya iddialarına, o cümlədən OTİS şirkətinin Rusiyadakı törəmə şirkəti “Otis Lift”lə 2013-cü ildə bağlanmış müqavilədən milyonlarla dollar “otkat” aldığı barədə yazdıqlarına şərh almağa çalışıb. Lakin onu iş yerində tapmaq mümkün olmayıb. İstehsalat Birliyindən deyiblər ki, bu, heç də Qüdrət Şükürovun işdən azad edildiyi barədə şaiyələrin gerçək olması mənasını vermir. “O, işinin başındadır, ancaq hazırda ərazidədir”-İstehsalat Birliyinin əməkdaşı telefonla bildirib.
Lift-Təmir İstehsalat Birliyinin texniki şöbəsinin rəisi Əli Hənifəyev isə direktorun əvəzindən onun barəsində irəli sürülmüş ittihamların əsassız olduğunu bildirmək məsuliyyətini üzərinə götürüb. Hənifəyev virtualaz.org-a bildirib ki, bütün bu ittihamlar “ailə-məişət münaqişəsi” kontekstində qisas olaraq mətbuata çıxarılıb və “heç bir əsası yoxdur”. “Qüdrət müəllim özü də artıq mətbuatda açıqlama verərək barəsində deyilənlərin uydurma olduğunu deyib. İndi bu məsələdən hamı yazır, o da təkdir, hamıya cavab verə bilməz ki...”-şöbə rəisi əlavə edib.

Əli Hənifəyev deyib ki, Bakı Lift-Təmir İstehsalat Birliyi statusuna görə şəhər İcra Hakimiyyətində aşağı yerlərdən birində olan strukturdur. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə birbaşa tabedir. Birliyin rəhbər işçilərinin təyinatı və işdən azad edilməsi Bakı şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətindədir. Şəhər başçısı isə hələlik Şükürovun işdən azad edilməsi barədə hansısa qərar verməyib.
“Biz İstehsalat Birliyinin fəaliyyətinə aid hansısa məsələ ilə bağlı suallara həmişə cavab verməyə hazırıq. Bu məsələnin isə idarənin fəaliyyətinə dəxli yoxdur, ailə-məişət münaqişəsi zəminində ortaya atılıb”-Hənifəyev deyib.
Bəs Bakı Lift-İstehsalat Birliyinin “Otis-Lift” şirkəti ilə bağlanan müqavilədən iddia edildiyi kimi milyonlarla dollar “otkat”ın alınması, Qüdrət Şükürovun həmin pula İstanbulun “Koru-Florya” elit yaşayış kompleksində iki 4 otaqlı mənzil alması barədə deyilənlər necə olsun? Bunlar ki, birbaşa lift idarəsinin maliyyə-təsərrüfat fəaliyyətinə dəxli olan ciddi korrupsiya ittihamlarıdır.

İstehsalat Birliyinin şöbə rəisi deyir ki, bu da “boş şeydir”, çünki belə korrupsiya faktı olsaydı lazımi orqanlar indiyə qədər onu çoxdan üzə çıxarmışdılar. Hənifəyev bir daha xatırladıb ki, İstehsalat Birliyinin rəhbərinin barəsində qərar vermək səlahiyyəti şəhər rəhbərliyinə aiddir və onlar hansı qərar verəcəklərsə o da olacaq.
Xatırladaq ki, Şükürovun keçmiş qudası Rafail Əsgərov onun İstanbulda “Koru-Florya”dan 1.7 milyon dollara iki mənzil aldığına şəxsən şahidlik etdiyini bildirir. Əsgərov mütəlif istansiyalara göndərdiyi məktubunda yazır ki, 2013-cü ilin aprelində qudasının təklifi ilə onunla birlikdə Moskvaya gedib. Şükürov orada “Otis lift”in baş direktoru Vardan Avakyanla görüşərək müqavilə bağlayıb. Daha sonra İstanbula uçub və “Koru-Florya”dan iki mənzil alıb. Mənzillərin pulunu isə “Otis Lift”in Andrey adlı əməkdaşı “otkat” olaraq köçürmüşdü...
NUH.az
- Hörmüz tamamilə bağlandı
27 mart 2026 20:31
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
