Daha bir böyük şair də belə getdi...
Hüseynbala Səlimov
Əslində bu yazı bir-iki həftə öncə yazılmalı idi, çünki Rusiyanın ən sonuncu böyük şairlərindən biri olan Y.Yevtuşenkonun torpağa tapşırılmasından artıq bir neçə həftə keçib. Amma həm macal olmadı, həm də yazının “dəmi” gəlmədi, çünki yazmaq üçün yazının da “dəmi” gəlməlidir. Bəzən elə olur, ha çalışırsan istədiyin yazını yazasan, amma alınmır ki, alınmır... Bəli, Yevtuşenkonun təqdimata ehtiyacı yoxdur, tanıyanlar tanıyır, tanımayanların isə bundan sonra onu tanımasına heç bir ehtiyac və ya zərurət yoxdur... Əslində bu adamla bağlı məni ədəbiyyatdan tamam fərqli şeylər düşündürür. Elə onun vəfatı da məndə digərlərinin diqqətini elə də özünə çəkməyən duyğular oyatdı. Bəli, Rusiyanın sonuncu böyük şairi öz vətənində deyil, ABŞ-da vəfat etdi. Düşünürəm ki, bu da müəyyən qədər siyasi nəticələr çıxarmağa imkan verən detal ola bilərdi. Rusiyada ABŞ-a və yaxud da Qərbə qarşı neqativ münasibətin üstünlük təşkil etdiyi məqamda bir daha deyirəm ki, Rusiyanın sonuncu şairi ABŞ-da vəfat etdi... Y.Yevtuşenko çoxdan yaşamaq üçün ABŞ-ı seçmişdi. Amma gəl ki, nə dəfndə iştirak edən adi insanlar, nə də sanballı ədəbiyyat və mədəniyyət simaları bunun fərqinə varmadılar. Olsun. Biz də məsələnin üstündə çox dayanmayacağıq, çünki Rusiya bunsuz da olduqca təzadlı ölkədir və təsadüfi deyil ki, rusların daha bir böyük şairi hələ iki yüz il bundan əvvəl ölkəsini elə beləcə səciyyələndirmişdi: “ağılla dərk olunmayan və arşınla ölçülməyən”... Həm də bütün bunlar haqda bir daha düşünərkən Rusiyanın daha bir böyük şairinin – M.Lermontovun misraları yadıma düşür: “Əlvida, çirkli Rusiya! Ağaların və qulların ölkəsi...”... Nə isə... Qayıdım ən əsas mətləbə. Əgər fikir verdinizsə, mən Y.Yevtuşenko haqqında bir neçə dəfə “Rusiyanın sonuncu böyük şairi” ifadəsini işlətdim. Bu bəlkə də mübahisəli görünə bilər. Deyə bilərlər ki, əcəba, nə olub, rusların daha şairi yoxdurmu və yaxud da olmayacaqmı? Yox, var və sonra da olacaqdır. Hətta ola bilsin, onlar Y.Yevtuşenkodan daha talantlıdırlar və yaxud da ki, talantlı olacaqlar... Amma “böyük şair” ifadəsi həmişə bir qədər fərqli məzmun kəsb edib bizim üçün. Rusların bir deyimi var, amma onu dilimizə çevirə bilmirəm. Ona görə də elə rusca verəcəm həmin cümləni: “Poet v Rossii bolşe çem poet...”. Bax, “böyük şair” ifadəsini bu anlamda işlədirik... Bu mənada Y.Yevtuşenko sonuncu böyük şair idi. Ona görə ki, illərin prizmasından baxanda görürsən ki, şairlər despotik hakimiyyətlərlə, mürtəce rejimlərlə, müstəbidlərlə savaşa-savaş böyüyüblər. A.Puşkinlə bağlı məşhur və çoxunun bildiyi detal var. Deyilənə görə, A.Puşkin çarın “Qiyam günü şəhərdə olsaydınız kiminlə olardınız?” sualına belə cavab veribmiş: “Dostlarımla...”... Mənə həmişə elə gəlib, bu bircə kəlmə A.Puşkini insanların gözündə heç onun yaradıcılığından az ucaltmır... Bax, “böyük şair” deyəndə bunu nəzərdə tuturdum – qoy, bunu bir daha deyim... Məhz buna görə bəzi ölkələrdə şairlərə dövlət və siyasət adamlarından daha çox heykəl qoyurlar... Məhz buna görə insanlar böyük şairlərin timsalında dövrün vicdanını görüblər. Amma çoxlu başqa şairlər olub ki, ədəbi istedadı böyük olub, gəl, insan və şəxsiyyət kimi kiçik olublar... Məni sırf yaradıcılıq - ədəbiyyat meyarları ilə ictimai meyarları qarışdırmaqda qınaya bilərlər, deyərlər ki, ədəbiyyat bir şeydir, həyat və ictimai mövqe isə tamam başqa... Amma mən belə düşünmürəm. Fikrimi bir az da izah edim. Məsələn, demokratik ABŞ-da sırf ədəbiyyat nəzərindən çox istedadlı şair və yazıçılar olub. Amma onlar haqqında çox az adam böyük şair kəlməsini işlədir. Bir daha deyirəm ki, akademik ədəbiyyat baxımından bəlkə də o adamlar böyükdür, amma “böyük şair” və yaxud “böyük yazıçı” deyillər, bir az da aydın olsun deyə, xatırladım ki, məsələn, J.P.Sartra “Avropanın vicdanı” deyirdilər... Elə özümüzdən də götürək. Azərabycanda da çox istedadlı yazarlar var, amma Ə.Cavad və yaxud da A.İldırım yoxdur. Düzdür, hələ bütün şanslar əldən verilməyibdir, ədəbi istedadların böyük ictimai fenomenə, böyük ictimai fiqura çevrilmək şansı hələ də qalır. Bizim ölkəmizdə ilk belə şans istiqlalın əldə edilməsi zamanı oldu. Həmin illər bir neçə yazar üçün sanki “ulduz saatı” oldu. Düşünmək olar ki, artıq bütün şanslar əldən verilibdir. Yox, belə deyil, daha bir şans da vardır – bu da AZADLIQ nəğməkarı olmaqdır...
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
