BSU-nun professor-müəllim heyəti Ulu öndərin həyatını əks etdirən muzeyi ziyarət edib

26 aprel 2017-ci il tarixdə BSU-nun rektoru, professor Nurlanə Əliyevanın rəhbərliyi ilə universitetin professor-müəllim heyəti Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasında yerləşən Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən “Şöhrət” muzeyini ziyarət ediblər. Qonaqlar eksponatlarla tanış olmazdan öncə muzeyin önündə dahi şəxsiyyətin büstü önünə əklil qoymuş və xatirə şəkilləri çəkdirmişlər.
Qeyd edək ki, “Şöhrət” muzeyində Heydər Əliyevin nəsillərə nümunə olan həyatının bütün dövrlərinə aid zəngin informasiya məzmununa malik qiymətli fotoşəkillər və eksponatlar mühafizə olunur. Muzeydəki unikal sənədlər, arxiv materialları Ümummilli Liderin ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətini, onun şəxsən həyata keçirdiyi və peşəkarlığın zirvəsi sayıla bilən əməliyyatlar haqqında məlumatları əks etdirir. Burada nümayiş olunan ekspozisiyalar şərti olaraq dörd mərhələyə bölünmüşdür: uşaqlıq və gənclik dövrü; Azərbaycan təhlükəsizlik orqanlarında işlədiyi dövr; ölkəyə rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövr; müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü.
Dahi şəxsiyyətin valideynlərinin və uşaqlıq şəkillərinin mühafizə olunduğu bölmə böyük yolun başlanğıcı da hesab oluna bilər. Orada nümayiş olunan eksponatlar Ümmummilli liderin böyük yüksəlişə son dərəcə ağır zəhmət və məşəqqətlər hesabına nail olduğunu göstərir. İkinci bölmə dahi şəxsiyyətin oxuduğu ibtidai məktəb, texnikum, ali təhsil ocağı haqqında qiymətli sənədləri-müxtəlif arayış, atestat diplom və s.- əhatə edir. Burada böyük şəxsiyyətin yalnız əla qiymətlərdən ibarət olan qiymət cədvəlləri də var ki, fikrimizcə, onlar indiki nəslə əsl nümunə ola bilər.
Muzeyin sonrakı bölmələrində Heydər Əliyevi bacarıqlı bir çekist, təhlükəsizlik xidmətinin rəhbəri, dövlət xadimi, siyasətçi, SSRİ dövlətinin rəhbərliyində təmsil olunan şəxs, müstəqil Azərbaycanın qurucusu və memarı kimi xarakterizə edən sənədlər, fotolar, tarixi əşyalar və s. nümayiş olunur.
Muzeyin bölmələrində müstəqil Azərbaycan Respublikasının qurucusunun müxtəlif illərdə aldığı orden və medalların, fəxri fərmanların, dövlət mükafatlarının və s. orijinal və ya surətləri də nümayiş olunur.
Bir sözlə, muzeyə gələnlər burada dahi rəhbərin həyat və fəaliyyəti barədə müfəssəl məlumat ala bilirlər.
BSU-dan gələn nümayəndələr muzeylə tanışlıqdan sonra zalda Ulu öndər haqqında qısa filmə də baxmışlar. Qonaqları muzey əməkdaşları ilə bərabər, akademiyanın rəisi, general-leytenant Əli Şəfiyev müşaiyət etmişdir. Görüşün sonunda BSU-nun rektoru, professor Nurlanə Əliyeva universitetin xatirə kitabına ürək sözlərini yazmışdır. Orada deyilir: “Biz BSU-nun professor-müəllim heyəti Ulu öndər Heydər Əliyevə həsr olunmuş unikal bir muzeyi ziyarət etməklə böyük bir fəxarət duyğuları yaşadıq. Bir neçə gündən sonra Ulu öndərin anadan olmasının 94-cü ildönümü qeyd olunacaq. Bu böyük tarix ərəfəsində möhtərəm prezidentimizin ətrafında daha möhkəm birləşməyi özümüzə müəqddəs bir vəzifə bilirik”.
BSU-nun Mətbuat Xidməti
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- Pezeşkian Xankəndiyə GƏLDİ
4 iyul 2025 10:19
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
4 iyul 2025 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
3 iyul 2025 23:58
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
3 iyul 2025 19:59
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
3 iyul 2025 13:14
- Prezident bu yolun açılışını ETDİ
3 iyul 2025 11:58
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
3 iyul 2025 09:46
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
3 iyul 2025 13:05
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12