Bakıda polislərin ağlasığmaz əməlləri ifşa oldu - NAZİR 7 NƏFƏRİ İŞDƏN QOVDU
Bakı şəhəri, Nizami rayon Dövlət Yol Polisi (DYP) şöbəsində ciddi qanun pozuntuları aşkarlanıb.
BakiPost.az xəbər verir ki, qurumda xidmət aparan polis əməkdaşları Daxili İşlər Nazirliyində qeydiyyatda olmayan rabitə vasitələri ("ratsiya”) ilə təchiz edilib.
Yol polisi əməkdaşları xidmət aparan zaman qanunu pozan sürücülər və qayda pozuntuları ilə bağlı məruzələri yalnız bu rabitə vasitəsi ilə həyata keçirirmişlər.
"Əməliyyat”lar zamanı çoxlu sayda nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb, burada isə müəyyən vəsait ödənildikdən sonra avtomobillər sərbəst buraxılıb.
İnandırıcı olmaq üçün sürücülərə qeydiyyatda olmayan buraxılış vərəqələri verilib. Əslində isə cərimə meydançasına aparılan avtomobillərin buraxılması üçün alınan pullar haqda şöbənin rəisi və onun yaxın ətrafından başqa heç kim xəbərdar olmayıb. Yəni alınan pullar rəsmiləşdirilməyib, şəxsi ciblərə gedib. Araşdırma zamanı məlum olub ki, bütün bunlarla yanaşı Nizami rayonu ərazisində rəhbərliyə məruzə olunmadan reydlərin aparılması da qanunsuz olaraq həyata keçirilib. Bu reydlər zamanı da həmin rabitə vasitələrindən istifadə olunub. Məlumata görə, şöbədə çalışan, yol-patrul xidməti aparmaq səlahiyyəti olmayan polis zabitləri – "kabinet işçiləri”, həmçinin, təqaüddə olan sabiq DYP əməkdaşı da həmin reydlərə cəlb olunurmuş. Bu proses 2017-ci ilin mart ayına qədər davam edib. 2017-ci ilin mart ayının əvvəllərində isə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin əməkdaşları qeyd olunan pozuntuları aşkar edərək, təhqiqata başlayıblar. Aparılan təhqiqatların nəticəsi olaraq, əmrlərin icraçısı olan 7 əməkdaş daxili işlər orqanlarından xaric edilib. Onlar arasında iki zabit və bir nəfər polkovnik-leytenant rütbəli (Bəhram Mədətov) şəxs də var. Bu qanun pazuntularında bir başa məsuliyyət daşıyan şöbənin rəisi, polkovnik-leytenant Firdovsi Yusifov isə hələ öz vəzifəsində qalır. Bu məqam isə işdən çıxarılan polis əməkdaşlarının narazılığına səbəb olub. Onlar qanun pozuntularını məhz rəisin göstərişi və tələbi ilə həyata keçirdiklərini bildiriblər. Son məlumatlara görə, artıq rəis polkovnik-leytenant Firdovsi Yusifovun barəsində yoxlamalar aparılır, onun yaxın günlərdə postuyla vidalaşacağı gözlənilir. Məsələ ilə bağlı əlavə materialımız olacaq.
NUH.az
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
