Ramiz Mehdiyevdən Ostrovski söhbəti...

Hər kəsə faydalı ola biləcəyini və insanların bəd əməllərdən çəkinəcəyini xüsusi qeyd edən moderator.az saytı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin öz Facebook səhifəsində paylaşdığı statusu cəmiyyətə təqdim edib.
Statusun qısa məzmunu belədir:
“Nikolay Ostrovskinin “Polad necə bərkidi” kitabı nəşr edildikdən sonra müəllif çoxlu məktublar almışdır.
Bunların içərisində belə bir məktub da var idi:
– Mən köhnə oğruyam. Bir dəfə oğurladığım çantanın içindən sizin “Polad necə bərkidi” kitabı çıxdı. Mən bu kitabı oxuduqdan sonra xəcalət çəkdim və birdəfəlik oğurluğu buraxdım. Namusla həyatımı yeni səhifədən başladım”.
Sözün düzü, əgər bu statusu hansısa xırda bir məmur, dini icma rəhbəri, yaxud yazıçı-şair paylaşsaydı qətiyyən təəccüblənməz və yəqin ki, mövqeyimi bildirməzdim. Mən inana bilməsəm də, ancaq saytda statusun müəllifi kimi kifayət qədər siyasi və dövlət idarəetmə təcrübəsi olan hörmətli Ramiz müəllimin adı göstərilib.
Amma yenə inana bilmirəm ki, bu statusu Ramiz Mehdiyev paylaşıb. Amma istənilən halda bu status bir impuls oldu ki, fikirlərimi cəmiyyətlə bölüşüm.
Doğrudanmı, statusun müəllifi düşünür ki, hansısa köhnə rüşvətxor, korrupsioner “Nikolay Ostrovskinin “Polad necə bərkidi” əsərini oxumaqla köhnə peşəsindən əl çəkə bilər?
Əgər problem belə asan həll olunsaydı, onda korrupsiyaya qarşı mübarizə aparmaq üçün məmurlara sadəcə Ostrovskini oxutmaq bəs edərdi…
Nə isə, mövzudan yayınmayaq, keçək moderator.az saytının yaydığı statusa…
Sözün düzü, söhbət moizədən, kitabdan, maarifçilikdən, kamil insan yetişdirmək fəlsəfəsindən, dindən, imandan, təriqətdən…düşəndə məni gülmək tutur və yadıma “Quran oxumaqla donuz darıdan çıxmaz”, “Molla aşı gördü Quran yadından çıxdı” kimi müdrik misallar düşür. Böyük mütəfəkkir Mirzə Fətəli Axundov deyirdi ki, moizə oxumaqla cəmiyyət düzəlsəydi, Sədi və Hafiz Şirazilərin 100 minlik beytləri İranı çoxdan düzəltmişdi.
Əlbəttə mən kitabın, dinin, maarifçiliyin rolunu danmaq fikrində deyiləm. Ancaq Ostrovskini oxumaqla korrupsiyanın kökünün kəsiləcəyini də düşünmürəm.
Adicə bir misal çəkum. Metronun girişində quraşdırılmış sadə bir mexanizm olan saxlayıcı qurğular – turniket olmasa təssəvvür edirsiniz nə baş verər?
İmanlı-imansız, imkanlı-imkansız, ziyalı-ziyasız, kəndli-şəhərli, sünni-şiyə-vəhabi…fərq etməz orda elə bir dəhşətli vəziyyət yaranar ki, qarşısını Quran oxumaqla da almaq olmaz. Milyonlarla sərnişinin ən çoxu 1-2 faizi gediş haqqını könüllü ödəyər. Bir müddətdən sonra o 1-2 faiz də yəqin ki, əriyib kütləyə qoşular. Yəqin xırda bir dəmir parçasının-mexanizmin fövqəladə gücünü az-çox təsəvvürünüzə gətirə bildiniz…
Ona görə də cəmiyyəti nəinki Ostrovskilərin kitabları ilə, heç səmavi kitablarla da düzətmək, idarə etmək mümkün deyil. Cəmiyyəti və dövləti dəmir kimi qanunlarla, mexanizmlərlə idarə etmək lazımdır.
Gözəlliyin dünyanı xilas edəcəyi isə şair sözüdür…
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Ramiz Mehdiyevin arvadının ŞƏRAB ZAVODU
27 avqust 2025 11:12
- Dağıstanda 36 yaşlı azərbaycanlı saxlanılıb – guya Ukraynaya məxfi sənəd aparırmış
21 avqust 2025 16:43
- Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEOMÜSAHİBƏ
30 iyul 2025 23:08
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 2025 10:56
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
5 avqust 2025 22:16
- Ramiz Mehdiyevin qızı UDUZDU
24 iyul 2025 10:46
- Prezident media nümayəndələrini təltif etdi (SƏRƏNCAM)
22 iyul 2025 01:24
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
2 iyul 2025 13:46
- Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ağsu RİH-nin başçısı Rövşən Bağırovun əməllərini görmür ?
3 iyul 2025 13:02
- Rusiyada yaşayan azərbaycanlı kişilər 4 ARVAD ala BİLƏCƏK – ŞƏRTLƏR
20 iyun 2025 09:54
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin CAVABI
03 sentyabr 11:13
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57