Az.Tv-nin Ukraynadakı müxbirinin adı qara siyahıda: Alışanov niyə susur?

O, heç kimi saymır. Ukraynada yaşayan və fəaliyyət göstərən nüfuzlu azərbaycanlıları belə öz əməlləri ilə Azərbaycan dövlətindən, dövlətçiliyindən uzaq salıb. Bu ölkədə yaşayan azərbaycanlı ziyalılar, iş adamları, hətta sıravi vətəndaşlar belə dəfələrlə Az.TV sədri hörmətli Arif Alışanova müraciət ediblər, bu adamın o boyda Milli Televiziyaya ləkə olduğunu deyiblər, amma hələ də tədbir görülmür...
Söhbət AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovdan gedir. O Aslanovdan ki adı rəsmən terrorçu elan edilmiş FETO-çulardan tutmuş ən ağlasığmaz qalmaqallara qədər nə də desən, hallanır.
Kiyevdəki mənbəmizin dediyinə görə, Aslanovun FETO-çu camiyə ilə ilk əlaqəsi Ukrayna Gənc Azərbaycanlıları İttifaqının yaranmasıyla başladı. Məhz Bakıdan, Elnur Aslanov və Ceyhun Osmanlıdan maddi dəstək alan Aslanov Az.TV-nin Ukraynada onunla birgə çalışan operatoru Anar Tahirovu bu quruma sədr gətirə bildi. Tezliklə bu və ya digər tədbir adı altında azərbaycanlı tələbələri bir araya gətirən nurçuların Bakıdan hörmətli qonaqları da gəlməyə başladı. Həmin vaxtlar millət vəkili olan Ceyhun Osmanlı demək olar ki, ayda bir dəfə Elnur Aslanovun göstərişiylə yolunu Kiyevdən salmağa başladı. Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin iştirakı və xəbəri olmadan elan edilən, ilk vaxtlar qeydiyyatdan keçmədiyi halda fəaliyyət göstərən bu ictimai təşkilat məhz Elnur Aslanovun patronajlığı fəaliyyət göstərirdi. Nurçu sektasının Ukrayna nümayəndələri Ukraynadakı dövlətinə sadiq azərbaycanlı gəncləri müxtəlif üsullarla yolundan çıxarmağa çalışır, onlarda dövlətlərinə inamsızlıq yaratmaq üçün hər cür əmələ əl atırlar. Əslində A. Tahirov xaraktercə iddiasız, loru dildə desək “tikansız” adamdır. O məhz Mövsüm Aslanovun “zibilinə düşmüşdü” və indiyəcən də bu sektadan çıxa bilmir. Mövsüm Aslanovun iddiası və niyyəti barədə isə artıq hər kəs məlumatlıdır. Gizlin deyil ki, o, vaxtı ilə burada səfir olan, hazırda Diaspor Komitəsinə rəhbərlik edən Nazim İbrahimova, o cümlədən dostu Elnur Aslanova qarşı olan şəxslərə qarşı barışmaz mövqedədir və əlinə keçən hər fürsətdən, hər adamdan buna qarşı istifadə edir. Məhz onun fəaliyyəti ucbatından Az.TV-də Ukrayna azərbaycanlılarının fəaliyyəti tam işıqlandırılmır. Elə bir qədər əvvəl Ukrayna azərbaycanlıları cənab Arif Alışanova müraciət edərək onun barəsində tədbir görməsini xahiş etmişdilər. Hətta cənab sədri Kiyevə dəvət edərək baş verənləri, real vəziyyəti öz gözüylə görməsini xahiş etmişdilər.
Əslində onun hərəkətləri barədə Bakıda artıq xəbərdar idilər. Bir tərəfdən də rəsmi Bakının FETO olaylarına həssas yanaşması göz önündə. Bizdə olan məlumata görə, Aslanovun adı artıq qara siyahıdadır. Və bu məsələdən Arif Alışanovun da xəbəri var.
FETO məsələsinə qayıdacağıq. İndi isə bir qədər əvvəl baş vermiş başqa bir hadisəni xatırlayaq. Yadınızdadırsa, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov şəhərində xoşagəlməz münasibətlə üzləşmişdi. Beləki səfir Azər Xudiyev, AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Mövsüm Aslanov və yerli diaspora liderlərindən biri Xarkovda pivəxanada yeyib-içiblər. Daha sonra isə bər sərxoş olublar. Həmin məkanın sahibi azərbaycanlıları oradan zorla çıxarıb.
Pivəxana sahibi səbəb kimi onların həddən çox içkili vəziyyətdə olmasını göstərib.
Kiyevdəki mənbəmizin dediyinə görə, əslində səfirin belə vəziyyət düşməsinin səbəbkarı da məhz Aslanov olub. O, sanki səfirə tələ qurub, gözdən salaraq özündən asılı vəziyyətə gətirmək istəyib. Yəni onun niyyəti də elə bu imiş Həmin xəbərin Azərbaycanda tirajlanmasını da özü təşkil edib. Hətta öz adınının hallanmasına baxmayaraq.
Düzdür, hörmətli səfir sonradan deyilənləri təkzib etmişdi. Amma Xarkovdakı pivəxanada baş verənlər barədə istər Ukrayna, istərsə də Azərbaycan mətbuatı çeşidli xəbərlər yaymışdı. Bundan sonra ümumiyyətlə bu məsələyə toxunmaq istəməmişdilər, sanki yaddan çıxmasını arzulamışdılar.
Mənbənin dediyinə görə, olduqca ziyalı adam olan səfirin özü də Aslanovdan yaxa qurtarmaq istəyir. Çünki gözəl bilir ki, reputasiyası ancaq qalmaqal yaratmaq, Ukraynadakı azərbaycanlıları bölmək olan Az.TV müxbiri ilə sıx ilişkilər onun imicinə böyük ziyan vuracaq.
İndi yenidən qayıdaq nurçu məsələsinə. Daha bir maraqlı məqama. Aslanovun adının qara siyahıda olması Bakıda heç kimə sirr deyil. Kiyevdəki mənbəmizin dediyinə görə, təkcə sonuncu müraciət yox, ümumiyyətlə AzTV-nin Ukraynadakı nümayəndəsinin yalan və şərlərindən təngə gələn diaspor nümayəndələrinin Arif Alışanova onun vəzifəsindən geri çağırılması ilə bağlı son 6-7 ildə dəfələrlə etdikləri kollektiv müraciətlər son anda nurçuların köməyilə nəticəsiz qalıb. Mövsüm Aslanov isə deyir ki, “hər şeyi boş verin, Arif müəllimin kürəkəni Orxan Əkbərov mənim dostumdur, mənə heç kim heç nə edə bilməz”. Hələ onu da deyir ki, “mənim arxamda Elsevər (Az.TV sədrinin müavini Elsevər Dünyamalıyev) dayanıb. Hər il Ukraynada qonağım olur. Nəyi var hörmətin edirəm”.
Bir sözlə adam Az.TV rəhbərliyinə çamur atmaqla özünü təmizə çıxarmaq istəyir.
Maralı məqamlardan biri də bu nurçu çetesinin yenə də Kiyevdə at oynatmasıdır. Təsəvvür edin, Milli Məclisin eks-deputatı, artıq bir neçə ildir Ukraynada biznesini genişləndirən Ceyhun Osmanlı tez-tez Kiyevə səfərlər edərək məxfi görüşlər keçirir. Bu barədə yerli Azərbaycan icması səfir Azər Xudiyevə də mesajlar göndərərək, Azərbaycan dövlətinin də terrorçu qurum kimi tanıdığı FETO camiyyəsinin bu üzvlərindən uzaq durmasını xatırladıblar. Əslində Azər Xudievin olduqca saf və səmimi olmasından məharətlə istifadə edilməsi buna zəmin yaradıb. Cənab səfirin də onların kimliyindən, fəaliyyətindən xəbəri var, məlumatlıdır.
Bu arada Ukraynadakı azərbaycanlılar cənab Alışanovdan bir neçə suala da cavab verməsini rica edirlər:
Hörmətli sədr, adı qalmaqallarda hallanan müxbirinizin fəaliyyətini yoxlamaq istərdinizmi?
Adı Azərbaycan iqtidarının belə düşmən siyahısında olan FETO hörgütüylə hallanan müxbirinizin Kiyevdəki işləklərindən xəbəriniz varmı?
Doğrudanmı o nəhənglikdə və tarixi olan bir telekanalın Ukraynada təmsil etməyə başqa bir müxbiri yoxdur?
Axı bu Az.TV-dir Azərbaycan dövlətinin simasıdır…
Hidayət Əliyev
NUH.az
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 2025 01:52
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 2025 22:03
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 2025 12:22
- Putindən Trampa ŞOK TƏLƏB - Rus dili RƏSMİ dil olsun
17 avqust 2025 00:45
- Çilingərin milyarder oğlu: -Razin uşağı- dünyanı necə fəth etdi?
15 avqust 2025 17:13
- Puqaçova Rusiya vətəndaşlığından imtina etdi
14 avqust 2025 23:49
- Bu il 501 azərbaycanlı Türkiyədə mənzil alıb
14 avqust 2025 01:22
- Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
13 avqust 2025 13:06
- AZƏRBAYCAN DİLİ MÜTƏXƏSSİSLƏRİ OXU VƏ YAZI STANDARTLARINA CAVAB VERMİRLƏR
12 avqust 2025 22:16
- Bu dəfə çırpınan Qara dəniz deyil, HƏKƏRİ-dir ... - VİDEO
12 avqust 2025 10:30
- Çin və Hindistan RAZILIĞA GƏLDİ
20 avqust 08:39
- Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
20 avqust 08:26
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 01:52
- Pezeşkian İrəvandan Minskə getdi
20 avqust 01:15
- NAR nüfuzlu Stevie mükafatına layiq görüldü
20 avqust 00:55
- Fransa Azərbaycana yeni səfir təyin etdi
19 avqust 23:37
- Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 22:14
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 15:32
- Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
19 avqust 14:38
- Prezident The Goldman Sachs Group Inc şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul etdi (FOTO)
19 avqust 12:01
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 10:43
- Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
19 avqust 10:06
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 09:41
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 00:34
- Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir (FOTO)
18 avqust 23:47
- Trampla Zelenski Ağ Evdə görüşdü (YENİLƏNİB)
18 avqust 22:25
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 21:38
- Pezeşkian İrəvandadır - Foto
18 avqust 16:34
- Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18 avqust 16:15
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 12:22
- Azərbaycanın bütün bölgələrində və Bakıda QOYUN və KEÇİ-lər AZALIB
18 avqust 11:30
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 10:16
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 09:58
- Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər saxlanıldı
18 avqust 09:43
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 09:30
- Zelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi...
18 avqust 09:09
- Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşdü
18 avqust 00:06
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
17 avqust 21:53
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 17:29
- Sabah Avropa liderləri Trampla görüşəcək
17 avqust 17:24