BSU təmsilçiləri Slavyan universitetlərinin II Forumunda iştirak ediblər
Bakı Slavyan Universiteti 26-28 aprel 2017-ci il tarixdə Kişinyovda Moldova Respublikası Slavyan Universitetinin təşkilatçılığı və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (МФГС) maliyyə dəstəyi ilə həyata keçirilən Slavyan Universitetlərinin II Forumunda nümayəndə heyəti ilə təmsil olunub.
NUH.az xəbər verir ki, tədbirdə Slavyan universitetləri ilə yanaşı, Rusiyanın bir sıra qabaqcıl universitetlərinin, Moldovanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov da iştirak edib.
Qeyd edək ki, Forumun keçirilməsində əsas məqsəd MDB ərazisində fəaliyyət göstərən Slavyan universitetlərinin Birlik ərazisində reallaşmaqda olan təhsil, “Şəbəkə universiteti”, o cümlədən ikili diplom layihələrinə daha sıx cəlb olunmaqdan, Slavyan universitetləri arasında mütəmadi olaraq informasiya-məlumat mübadiləsinin təmin edilməsindən, tələbə və müəllim mübadiləsi proqramlarının reallaşdırılmasından, fəaliyyət göstərdiyi ölkələrin şəraitinə uyğun bu tipli universitetlərin inkişaf perspektivlərinin müəyyən olunmasından və s. ibarətdir.
Plenar iclasda BSU-nun tədris işləri üzrə prorektoru, prof. Telman Cəfərov çıxış edərək “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təmsil etdiyi ali təhsil müəssisəsində həyata keçirilən layihə və islahatlar haqqında məlumat vermiş, ölkədə rusdilli təhsilin genişləndiyi və eləcə də Şərqi Avropa, Balkan ölkələri, yunan-slavyan dünyası ilə Azərbaycanın siyasi-diplomatik, humanitar əlaqələrinin və əməkdaşlığının möhkəmləndiyi bir şəraitdə Bakı Slavyan Universitetinin rolundan və əhəmiyyətindən danışıb.
“Bugünkü keyfiyyətli təhsil sabahın təhsilli elitasıdır” adlı Dəyirmi masada çıxış edən Pedaqoji fakültənin dekanı, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru prof. Flora Naciyeva BSU-da müxtəlif ixtisaslar üzrə pedaqoji kadr hazırlığı proqramları və təcrübəsindən, xarici universitetlərlə müştərək elmi nəşrlərlə bağlı layihələrdən danışmış, rəhbərlik etdiyi fakültədə “Xarici dil müəllimliyi (rus dili üzrə)” ixtisasında tədrisin xüsusiyyətləri, danışıq kurslarının təşkili barədə məlumat vermişdir.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin III kurs tələbəsi, fakültə TEC-in sədri Suqra Miralayeva müxtəlif nominasiyalar üzrə təşkil olunmuş müsabiqələrdə fəallıq göstərmiş, Forumda iştirak edən tələbələr adından “Sputnik Moldova” Teleradio Şirkətində və Mətbuat konfransında çıxış etmişdir. O, “Ölkəmin gələcək müqəddəratı məndən də asılıdır” mövzusunda müsabiqədə iki nominasiya üzrə qalib olub.
Moldova Respublikasında Etnoslararası Münasibətlər Bürosunun binasında keçirilən Bağlanış mərasimində Azərbaycan təmsilçiləri büronun diplom və hədiyyələri ilə mükafatlandırılıblar.
NUH.az
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30



