“Heydər Əliyev bu işə 50-ci illərdən başlayıb” - Mədət Quliyev
Mayın 3-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində "Heydər Əliyev -Dövlət Təhlükəsizlik Orqanlarının ilk azərbaycanlı generalı" ümumrespublika konfransı keçirilib.
"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, konfransda çıxış edən DTX sədri, general-leytenant Mədət Quliyev bildirib ki, dövlət müstəqilliyi uğrunda şərəfli mübarizədə müstəsna rolu olan Heydər Əliyev bütün sahələrdə silinməz iz qoyub: "Ulu öndər gələcək nəsilər üçün xüsusi məktəb yaradıb. Azərbaycanın xüsusi xidmət orqanlarının formalaşmasında müstəsna rolu olub. Cəmi 23 aylıq müstəqillik yaşayan Azərbaycan 1920-ci ildən sonra Moskvaya tabe edildi. Azərbaycan təhlükəsizlik orqanlarında ölkəsini ürəkdən sevən Heydər Əliyev kimi şəxsiyyətlər də var idi. Əməlliyyat müvəkkili vəzifəsindən DTK sədrinə, leytenant rütbəsindən generala kimi yüksəlmişdir. Ömrünün 25 ilini təhlükəsizlik sistemindəki işinə həsr edib. Gələcək Azərbaycan üçün milli kadrlar yetişdirmişdir. Bu işə 50-ci illərdən başlamışdır. Azərbaycanın tarixi şəxsiyyətlərini məhv edən qüvvələr ona qarşı çıxmışdır. Təzyiqlərə baxmayaq, Heydər Əliyev bu siyasəti davam etdirmişdir. Bir çox şəxsiyyətləri həbsdən, təqibdən qorumuşdur. Onun təhlükəsizlik əməkdaşlarına tövsiyyələri bu gün də öyrənilir.
Xalqın təkidli tələbi ilə 1993-cü ildə Naxçıvandan Bakıya gələrək dövlət idarəçiliyini öz öhdəsinə götürmüşdür. Bundan sonra Azərbaycan dövlətinin bütün sahələri, polis, təhlükəsizlik sistemi formalaşdırıldı".
M.Quliyev bildirib ki, konfransda iştirak edın gənclər bu mövzuda məruzə hazırlayacaq və münsiflər heyəti tərəfindən seçilən şəxslər mükafatlandırılacaq.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında bildirib ki, Heydər Əliyev artıq 14 ildir aramızda yoxdur, amma onun yaratdığı siyasi məktəb Azərbaycanı inkişaf etdirir: “Ümumilli lider həyatlnda bir çox mühüm işlərə imza atmışdır. Amma onun ən böyük işi qurucusu olduğu Azərbaycandır. Azərbaycan rəsmi olaraq 1991-ci il oktyabrında müstəqil olsa da, Heydər Əliyev 1970-ci ildən bu istiqamətdə fəaliyyət göstərmişdir. Sovet dövründə dövlət aapratını, təhlükəsuzlik sistemini milliləşdirmişdir. Ali məktəblərin sayı artırılmış, yüzlərlə gənc Rusiya və Ukraynada təhsil almağa göndərilmişdir. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi yaratmışdır ki, bundan sonra Sovet ordusunda Azərbaycan zabitlərinin sayı artdı. Bu amil sonradan müstəqil Azərbaycanın ordusu qurulanda özünü göstərdi".
Ə.Həsənov bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təhlükəsizlik xidməti milliləşib və milləti təhlükələrdən qoruyab sistemə çevrilib: “Xalqın milliləşməsi mövzusunda əsərlər yazıldı, amma digər ölkələrdə olduğu kimi şəxslər təqib olunmadı. Əksinə, ali məktəblərdə təbliğatı aparıldı.
Amma bir neçə il öncə bəzi dırnaqarası generallar Heydər Əliyevin siyasətini davam etdirmək əvəzinə, Azərbatcanın təhlükəsizlik sisteminin nüfuzunda xüsusi ilə hazırlanmış Anti-Azərbaycan qüvvələrinin vura bilmədiyi zərbəni vurdular. Sizin keçmiş sələfləriniz ziyalı ailəsində dünyaya gəlsələr də, nə peşəkar çekist, nə də ziyalı ola bildilər. Onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmağa yaramırdı.
Heydər Əliyevin uğurlu siyasəti bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizin strareji yol xəritəsi hazırlanıb. Cənab prezidentin dediyi kimi Azərbaycan heç zaman bugünkü kimi güclü, müstəqil olmayıb".
Murad Əhməd





- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
4 mart 2026 11:23
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
