Məmur övladlarının insan ölümünə səbəb olduğu qəzalar - SİYAHI
Bu gün tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcov idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili ilə 24 yaşlı qızı vurub. Hadisə yerindən qaçan sürücünü polis əməkdaşları saxlaya bilib.
Bu nə ilk, nə də sonuncu belə hadisədir. Ümumiyyətlə, son illərdə biznesmen övladlarının, məmur balalarının törətdiyi qəzalarda çoxlu sayda sadə vətəndaş həyatını itirir. Bu qəzalara səbəb nədir? Ehtiyyatsızlıq, yüksək sürət, yoxsa özbaşınalıq?
"Qaynar" vəzifə sahiblərinin və biznesmen övladlarının törətdiyi qəzaları nəzərinizə çatdırır.
Xatırlayırsınızsa bir neçə il öncə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini olan Mübariz Mədətovun oğlu Xalid Mədətov "Mercedes-Benz G-55" markalı avtomobilini yüksək sürətlə idarə etdiyi üçün qəza törətmiş və hadisə nəticəsində Azərbaycan Respublikasının xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi dünyasını dəyişmişdi. Bu cinayət cəzasız qalmadı. Xalid Mədətov vəzifəsindən uzaqlaşdırıldı, oğlu isə həbs olundu, lakin bir müddət əvvəl amnistiya ilə sərbəst buraxıldı.
Mübariz Mədətov
2016-cı ildə Respublika Klinikasının keçmiş baş həkimi, Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olmuş Yuzasif Kərimovun oğlu Rəhim Kərimov “Real” Məhdud Məsuliyyətli Müəssisəyə məxsus olan "Mercedes-Benz S350" markalı avtomobili ilə yol hərəkət qaydasını kobud şəkildə pozaraq qəzaya səbəb olub və məhkəmə hakimi olan Elbəy Allahverdiyevin oğlu, ADA-nın 3-cü kurs tələbəsi olmuş Rüfət Allahverdiyev hadisə zamanı həyatını itirib.
Rüfət Allahverdiyev
Mətbuatda bir vaxtlar “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyindəki Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovun oğlu Vüqar Səfərovun idarə etdiyi "Hyundai Tucson" markalı avtomobili içkili halda, yüksək sürətlə idarə etdiyi üçün idarəetməni itirərək "Lada 2107" markalı avtomobillə toqquşması və Ləzgiyev Ceyhun Novruz oğlunun dünyasını dəyişməsi ilə bağlı xəbərlər yayılsa da, İlyas Səfərov oğlunun belə maşını olmadığını iddia etmişdi.
İlyas Səfərov
Qubada bələdiyyə sədri olmuş Elxan Əliyevin oğlu Bəhram Əliyev idarə etdiyi "Mersedes" markalı avtomobillə 45 yaşlı sakin İmran Vaqif oğlu Əliyevi vurmuş, piyada hadisə yerində dünyasını dəyişmişdi.
Ötən ilin may ayında Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu Nicat Abdullayev avtoxuliqanlığa görə həbs edilib. 20-yə yaxın yol polisini arxasınca aparan gəncin içkili olduğu məlum olub.
Nicat Abdullayev
Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyevin oğlu İdris Hənifəyevin idarə etdiyi "Galendewagen" markalı avtomobillə ABŞ səfirliyinə məxsus GMC markalı maşın toqquşmuş və səfirlik əməkdaşı yüngül xəsarət almışdı.
Bu siyahını uzatmaqla bitirmək mümkün deyil. Məmur balalarının törətdiyi qəzalara nəzər yetirsəniz hamısında bahalı avtomobil olduğunu görərsiniz. Bu avtomobillər haradandır, hansı qazancla əldə edilib onsuz da hamımız bilirik. Hətta prezident İlham Əliyev də dəfələrlə məmurlara öz övladlarının, ailə üzvlərinin hərkətəlrinə nəzarət etməyi tapşırıb, qanunları pozan məmur övladlarının cəzalandırmasını tələb edib. İndiyədək bir neçə məmurun övladı və qohumu cəzalandırılıb, özləri işdən çıxarılıb. Lakin görünür digərləri bundan nəticə çıxartmayıb...
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 2026 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 2026 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
