- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
BSU-nun Mətbuat Xidməti “etibarlı mənbəyə” sərt cavab verdi
Cəmiyyət5 may 2017 10:01
Mətbuatdan məlum olduğu kimi, Bakı Slavyan Universiteti son günlər çox sıx qrafiklə işləyir.
Demək olar ki, hər gün BSU-da mühüm bir tarixi hadisə ilə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən əlamətdar beynəlxalq tədbirlər, o cümlədən respublikamızın dünyada daha yaxşı tanıdılmasina istiqamətlənmiş elmi-pedoqoji fəaliyyətlə bağlı geniş tərkibli yığıncaqlar, konfranslar, müzakirələr keçirilir. Təkcə aprelin son günlərində və mayın əvvəlində keçirilən bəzi tədbirləri sadalamaq yerinə düşər ki, mənzərə aydın olsun: Aprelin 20-də yazıçı, tərcüməçi, etnoloq, arxeoloq, şərqşünas Lev Nikolayeviç Qumelevun 105 illiyinə həsr olunmuş tədbir, 21-də Azərbaycan filologiyası və jurnalistika fakültəsinin təşkilatçılığı ilə “Müasir filologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransı, 24-də “Sabah” qrupuna qəbulla əlaqədar tədbir, yenə həmin Tələbə Gənclər Təşkilatının hesabat seçki yığıncağı, aprelin 25-də BSU-da “İnformasiya müharibəsini necə udmalı?” mövzusunda dəyirmi masa (Müstəqil Araşdırmalar Mərkəzi ilə Təhsil Naziliyinin birgə layihəsi əsasında), 26-da universitetin professor-müəllim heyətinin Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyinə səfəri, 28-də Bakı Slavyan Universiteti və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika Elmi Konfransı, yenə həmin günlərdə BSU tələbələrinin “Tələbə Baharı” adlı 2-ci bədii yaradıcılıq festivalı, mayın1-də Mircavadın “Panslavyanizm” mövzusunda seminarı, mayın 3-də BSU-nun müəllim və tələbə heyəti ilə birgə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasında Heydərv Əliyevə həsr olunmuş konfransda BSU tələbələrinin iştirakı və nəhayət, Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VIII Beynəlxalq Elmi Konfrans...
Siyahını istənilən qədər uzada bilərdik. Buraya şənbə günü baş tutacaq Bolqarısta Respublikasının vitse-prezidenti İlyana Yotovanın BSU-da qəbulunu və tələbələrlə görüşünü və s. əlavə edə bilərdik. Amma... BSU-nun belə bir gərgin iş rejimində çalışdığı, ölkə təhsilini inkişafı üçün əlindən gələni etdiyi, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına, mədəniyyətimizin dünyada təbliğinə öz töhfələrini verdiyi vaxtda yenə bir-iki sayt haqqımızda heç bir əxlaqi normaya sığmayan yazılar verməkdə davam edib. Onlar bu şər-böhtanlara ciddi görkəm vermək üçün özlərindən saxta imzalar , saxta adlar, saxta ünvanlar belə uydurmaqdan çəkinməmişlər.
Bu saytlardan birinə, guya, İxtiyar Hüseynov adlı bir şəxs müraciət edərək, “universitetin fasadının sökülüb bərpa edilməsindən yana dəhşətli dərəcədə narahatlıq keçirdiyini bildirib”. Guya, bu İxtiyar Hüseynovun övladı da haçansa burada təhsil alıb. Kimdir bu İxtiyar Hüseynov? Onun bir ünvanı, yeri, yurdu yoxmu? Onun bu universitetdə təhsil alan övladı kim olub, hansı illərdə oxuyub? Məsələn, mən eyni müvəffəqiyyətlə sabah yazaram ki, Vəli Əliquliyev dedi ki, filan saytın redaktoru vələdzinadır. (Nə çoxdur Vəli Əliquliyev, kim gəlsə deyəcəm, səni yox başqasını deyirəm.) Təbii ki, bu İxtiyar Hüseynov da yalan, uydurma bir addır... (Əks halda, sayta şikayət yazınca, birbaşa bizə müraciət edərdi, fikrini bildirərdi) Görünür, ataları Stalin dövründə millətin seçilmişlərini satanların balaları bu gün də saxta və anonim imzalarla təzədən 37-ni bərpa etmək, xalqın üzdə olan adamlarını repressiyaya məruz qoymaq istəyirlər. Keçməyəcək! Ümummili Lider Heydər Əliyevin qurduğu və bu gün müdrik Prezident İlham Əliyev tərəfindən idarə olunan müstəqil, azad Azərbaycanda şərə, böhtana, başqasını qaralamağa yer yoxdur və olmayacaq. İndi görək özünün və övladının ünvanı, siması bəlli olmayan İxtiyar Hüseynov adlı “valideyn” nə yazır: “Mənim övladım buranı universitet kollecə çevrilməzdən qabaq bitirib”. Adama deyərlər ki, övladın buranı bundan xeyli əvvəl biritiribsə, sənin bu gün universitetlə heç bir əlaqən yoxdursa, onun kollecə çevrilməyini haradan bilirsən, a kişi qırığı? Simasız İxtiyar Hüseynovun sonra bir qədər də irəli gedir, ürəyini, daha doğrusu çürük palanın içini açıb tökür: “…Açığı bu universitetin fasadını bəzəyən mozaikaya hər dəfə baxdıqca zövq alırdım “. Görünür, bu İxtiyar Hüseynov adlı adamın, işi-gücü olmayıb, hər gün bura gəlib universitetin qabağında dayanıb o mozaikaya baxmaqla zövq alırmış. “Mozaikanın sökülməsini mətbuatdan öyrəndim, ilk ağlıma gələn söz barbar oldu (sonra bu adam “barbar” sözünün mənasını da izah edir). Bu yaxınlarda təsadüfən universitetin yanından keçəndə (bayaqdan hər gün gəlib mozaikaya baxıb zövq alırdı, indi oradan təsadüfən keçib?) elə bildim ki, buranı köçürüblər. Universitetin girişi tikinti meydançasına bənzəyirdi.” Lap yaxşı, burada nə pis iş var? Tikinti – abadlıq işinin aparılmasının nəyi bu İxtiyar Hüseynovun xoşuna gəlmir? Universitet təmir olunur, müasir tələblərə uyğun tədris ocağına çevrilir, internet, vay-fay sistemi ilə təchiz edilir, lift quraşdırılır, bu İxtiyar Hüseynovun xoşyuna gəlmir. 14-15 slavyan ölkəsi ilə əlaqələrə malik olan, demək olar ki, bütün il boyu xarici qonaqları qəbul edən universitetin təmir olunması niyə İxtiyar Hüseynovu belə yandırır? Niyə universitetin inkişafı, guya, övladı haçansa burada oxumuş, indi universitetlə heç bir əlaqəsi olmayan İxiyatrı belə qıcıqlandırır? Ona görə ki, onun “mustafası” var, yal axtarır. Arzusuna çata bilmədiyindən içindəki çirkabı rektorla yanaşı, prorektorlar Rafiq Novruzovun, Telman Cəfərovun da üstünə tökməklə içindəki yanğını soyutmaq istəyir. Bu adam universitet haqqında bir kəlmə belə yaxşı söz dilinə gətirmir: BSU-nun xarici ali məktəblərdə fəaliyyət göstərən müxtəlif mərkəzlər vasitəsilə dilimizi, mədəniyyətimizi təbliğ etməsi, slavyan ölkələri ilə Azərbaycan arasında körpü rolunu oynaması, təlim-tərbiyənin keyfiyyətcə yaxşılaşmasına xidmət edən beynəlxalq layihələrdə iştirakı, universitetdə sessiyalar vaxtı imtahanların tam şəffaf keçirilməsi, imtahan dövründə universitet qapılarının ölkə medisının üzünə açılması, bircə nəfər tələbənin belə narazılıq etməməsi və s. kimi bütün nümunəvi məsələlərə gözünü yumur. Təbii ki, yuxarıda qeyd etdiyimiz kimi, İxtiyar Hüseynov imzası qondarmadır, bu yazının kim tərəfindən sifariş verildiyini, kimin qəzəbinin ifadəsi olduğunu və tula payı arzusu ilə yazıldığını yaxşı bilirik. Ancaq bu şəxs şər və böhtandan ibarət olan bu yazısını çap etdirdiyi saytların rəhbərliyindəki dost-tanışlarını da zərbə altında qoyduğunu bilmirmi? Tutaq ki, sabah biz bu saytı məhkəməyə verib, İxtiyar Hüseynov adlı şəxsin kimliyinin araşdırılmasını tələb etdik, təbii ki, həmin adam kölgədən çıxıb məsuliyyəti üzərinə götürməyəcək. Bu halda sayt rəhbərləri cavab verməli olacaq. Biz mətbuata olan hörmət və ehtirama görə hələlik bu addımı atmırıq, lakin lazım gəldiyi halda çox şeyi açıb tökə bilərik. Kimin hansı mesajla bizə müraciət etdiyini də xatırladarıq... Qaldı, yenidən gündəmə gələn mozaika məsələsinə. Məlum olduğu kimi, BSU-nun fasadındakı mozaika uzun illər ərzində öz keyfiyyətini itirmiş, onun hazırlandığı rəngli daş parçalarının bəziləri qopub düşmüş və bəziləri də qəzalı vəziyyətdə idi. Onlar qapının üzərində və gediş-gəlişin çox olduğu səki tərəfdə olduğu üçün daim təhlükə yaradırdı. Təmir zamanı mozaikanın da təmir edilməsi, düşmüş daşların yenisi ilə əvəz edilməsi və möhkəmləndirilməsi qərara alınmışdı. Məsəənin kökünü bilməyən bəzi jurnalistlər lazımsız hay-küy qaldıraraq tarixi mozaika ətrafında şou yaatmağa çalışdılar və müəyyən mənada bua nail də olduıar. Lakin bu gün təmir işləri sonab yetməkdə, mozaika yenidən insanların üzünə açılmaqdadır. Bu sadəcə olaraq universitetdə gedən təmir işlərinin tərkib hissəsidir. Hörmətli naməlum İxtiyar Hüseynov bundan sonra yenidən gəlib həmin mozaikanın qabağında dayanıb istədiyi qədər zövq ala bilər. Bu günlərdə iş tam yekunlaşacaq. Bir sözlə, BSU-nun mətbuat xidməti olaraq həmkarlarımızdan bir daha qərəzsiz olmağı, hadisələrə obyektiv yanaşmağı, həqiqəti yazmağı xahiş edirik. BSU-nun mətbuat xidməti olaraq, bu işdə həmkarlarımıza istənilən yardımı göstərməyə hazır olduğumuzu bildirirk. Yetər ki, etibarsız, yalançı İxtiyar Hüseynovların adından istifadə etməyəsiniz.
Oxşar xəbərlər
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 2026 14:31
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 2026 11:25
- Rixard Raşi Azərbaycana gəldi
12 may 2026 23:19
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 2026 11:05
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 2026 23:10
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 2026 13:13
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
Xəbər lenti
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
Video & Fotoqalereya
Video
Fotoqalereya
