Nazirliyin şöbə rəisi arvadını bıçaqladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Bayram Mikayılov həbs edilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, B.Mikayılov paytaxtın Xətai rayonunda arvadı Gülnarə Cəbrayılovanı mübahisə zəminində bıçaqlayıb. Bu barədə saytımıza G.Cəbrayılovanın vəkili Vasif İsrafilov məlumat verib. Belə ki, bu il yanvarın 26-da B.Mikayılov arvadının avtomobilinin qarşısını kəsərək onu öldürməklə hədələyib. Bir saata yaxın davam edən mübahisəyə kənar şəxslər sakitləşdirmək üçün müdaxilə edib. Bu zaman şöbə rəisi B.Mikayılov bıçaq çıxararaq onu vurub. Ətrafdakı şəxslər yaralı qadını maşına oturdaraq xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra onların həyatını xilas etmək mümkün olub. Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 211.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Bu gün, yəni mayın 5-də B.Mikayılov təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib və saxlanılaraq Xətai rayon Müvəqqəti Saxlanma Yerinə təhvil verilib.
***
Qeyd edək ki, bir ay öncə mediada yaşlı kişinin təhqir edilərək alçaldılması barədə video yayılmışdı. Həmin məlumatda qeyd olunurdu ki, Saatlı rayon sakini Elşən Allahyarov direktor B.Mikayılovun qəbuluna gəlib, orada isə aşağılayıcı sözlərlə təhqir olunub. Nazirlik isə bu məlumatı təkzib edərək görüntülərin B.Mikayılovun otağında çəkilmədiyini bildirmişdi. *** Bayram Mikayılov “Qafqazinfo” ilə əlaqə saxlayaraq arvadını bıçaqlamadığını və polis tərəfindən saxlanılmadığını bildirib. "Keçmiş həyat yoldaşımın əmisi, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılov məni hədələyir, şantaj edir. Bütün bunlar da onun işləridir". Vəkil Vasif İsrfailov “Qafqazinfo”ya açıqlamasında qarşı tərəfin yalan danışdığını qeyd edib. Vəkil bildirib ki, B.Mikayılov barəsində təxminən yarım saat əvvəl Xətai rayon məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə proses keçirilib. Hakim B.Mikayılovun dövlət işçisi olmasını nəzərə alaraq onun barəsində həbs-qətimkan tədbiri seçməyib. B.Mikayılov hazırda istintaqı aparılan cinayət işində təqsirləndirilən şəxs olaraq qalır. İşi Xətai RPİ-nin müstəntiqi Şahsurvar Əliyev aparır. Murad Əhməd
NUH.az
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
