Bolqarıstanın vitse-prezidenti İliana Yotova Bakı Slavyan Universitetində olub
6 may 2017-ci il tarixdə Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliana Yotova Bakı Slavyan Universitetində olub. Qonağı Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və digər rəsmi şəxslər müşaiyət edib. Rəsmi qonaq universitetin girişində təntənəli şəkildə duz-çörəklə qarşılanıb, onun şərəfinə universitet tələbələrindən ibarət rəqs ansamblı Bolqarıstan və Azərbaycan rəqsləri ifadə edib.
Sonra nüfuzlu qonağı BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib, Azərbaycan Respublikası ilə Bolqarıstanın tarixi dostluq əlaqələrinin olduğunu bildirib və həmin münasibətlərin tarixin sınaqlarından keçdiyini nəzərə çatdırıb. O, ölkənin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun rəhbərliyi altında Bolqarıstanın bir sıra dini-mədəni obyektlərində təmir-bərpa işlərinin aparıldığını, arxeoloji qazıntılara şərait yaradıldığını, azərbaycanlı tələbələrin bolqar dilini, mədəniyyətini öyrəndiyini və bolqar tələbələrin də dilimizi milli-adət ənənələrmizi öyrəndiyini vurğulayıb. BSU-nun rektoru N.Əliyeva xanım İ.Yotovanın gərgin iş qrafikinə baxmayaraq, fürsət tapıb BSU-ya gəlməsini Azərbaycanla Bolqarıstan arasında tarixi-mədəni münasibətlərimizin yeni mərhələdə davamı kimi dəyərləndirib. Universitet barədə qonağa məlumat verən N.Əliyeva Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğala məruz qalması nəticəsində BSU-nun dörd yataqxanasında üçündə Qarabağdan qaçqın düşmüş insanlar yaşadığını bildirib.
Sonra Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Qarabağ problemi, torpaqlarımızın işğalı barədə qonağa daha müfəssəl məlumat verərək, problemin həllini üzərinə götürmüş Minsk Qrupunun passiv mövqe tutmasını da diqqətə çatdırıb.
Bolqarıstanın vitse-prezidenti xanım İ.Yotova çıxışında səmimi qarşılanmaya görə rektor Nurlanə Əliyevaya və universitetin tələbə-müəllim heyətinə dərin minnətdarlığını bildirib. O, sonra Azərbaycan Respublikasının müstəqillik qazandıqdan sonra Bolqarıstanla daha intensiv münasibətlər saxladığını bildirərək, dövlətimizin başçısının bu sahədə ciddi işlər gördüyünü qeyd edib. İ.Yotova 10 il deputat kimi AŞPA-da çalışdığını Azərbaycanın yaşadığı Qarabağ probleminə dərindən bələd olduğunu da diqqətə çatdırıb. Vitse –prezident eyni zamanda Avropada, o cümlədən Bolqarıstanda yaşanan miqrant problemlərinə də toxunub.
İ.Yotova BSU-nun Bolqarıstanın ali məktəbləri ilə sıx əlaqə saxlamasından məmnun olduğunu bildirərək, bu əlaqələrin gələcəkdə daha genişlənməsi arzu etdiyini dilə gətirib. O, Bakı Slavyan Universitetinin Bolqarıstan ali məktəbləri ilə qarışılıqlı münasibətlərində xoş məramlı səfir olmağa hazır olduəunu da vurğulayıb.
BSU rəhbərliyi ilə vitse prezident arasında hədiyyə mübadiləsindən sonra qonaqlar universitet rəhbərliyinin müşaiyəti ilə Bolqar dili Tədris və Mədəniyyət Mərkəzində olublar. Vitse –prezident Mərkəzdə saxlanan xatirə kitabına ürək sözlərini yazıb.
Sonra vitse –prezident Akt zalında universitetin tələbə-müəllim heyəti ilə görüşüb. İ.Yotova onları maraqlandıran sualları cavablandırıb.
BSU-nun Mətbuat xidməti
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
1 mart 2026 21:47
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
