- 9-cu sinifdə oxuyan oğlan 8-ci sinif şagirdi olan sevgilisini və qonşusunu öldürdü
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
“İlham Əliyev soruşdu ki, burda azərbaycanlı var?” - Sahib Ələkbərov

Bu gün “Tour de Azerbaijan” başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, yarışdan sonra qaliblər və rəsmilər media nümayəndələrinin suallarını cavablandırıb:
Neylands Krists (İsrail, 4-cü mərhələnin qalibi): “Bu gün yarışa başlayanda mərhələnin qalibi olmağı planlaşdırırdıq. Buna da splinterlərin vasitəsilə edəcəyimizi düşünürdük. Son dövrənin 2-ci döngəsinə girəndə ayaqlarımda hələ yetərincə güc qaldığını hiss etdim və nəticədə sürətimi artırıb, finişi birinci keçdim”.
Edvin Avila (ABŞ, 2-ci yer): “Bu ay ərzində 2-ci dəfə yaşıl köynəyə sahib oluram. Buna görə çox şadam”. Salazar Rodriges (İtaliya, 3-cü yer):Hələ gəncəm. İrəlidə məni böyük uğurlar gözləyir. Bu köynəyə yiyələnməyim komanda üçün yaxşı nəticədi. Ancaq hələ daha böyük uğurlar üçün çox addım atmalıyıq”.
Kiril Pozdnyakov (Azərbaycan, yarışın qalibi): “Qalib gəldiyim üçün şadam. Bu qələbə mənim üçün önəmlidi. Çünki məhz Azərbaycanda qalib gəldim. Qələbə yalnız 1 fərdin adına yazılmır. Bu, bütün komanda üzvlərinin səyi nəticəsində reallaşır. Sözsüz, İsmayıllıda böyük fərqlə qalib gəlməyim imkan verdi ki, növbəti mərhələlərdə daha rahat çıxış edim. Çünki vaxta görə rəqiblərimi çox qabaqlayırdım. Nəticədə yekunda çempion oldum. 2012-də “Çin turu”nda yaxşı çıxış etməmişdim. Çünki bu çox çətin yarışdı. Ümid edirəm ki, bundan sonra Çində uğur qazanacam. Yaxın gələcəkdə Sloveniya və Slovakiyada turlara qatılacağıq. Yaxşı komandamız var. Fiziki hazırlığım da qaydasındadı. Həmin yarışlarda da uğur qazanacağımıza inanıram”.
Sahib Ələkbərov (Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti):
“Qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bildik. Çox yaxşı yarış oldu. İlk dəfə “Azərbaycan turu” ilə bu qədər dəyişkən hava ilə üzləşdik. Yağış da yağdı, dolu da. Amma təbiət hadisəsi tura rəng qatdı. Əsas odu ki, komandalar həvəslə bu yarışda çıxış etdi. Gördüyünüz kimi, mərhələlər üzrə fərqli qaliblərimiz oldu. Yarışın texniki direktoru Roland Hoferə, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikova, polisimizə, yerli icra hakimiyyətlərinə və jurnalistlərə minnətdarlığımı bildirirəm. Ağsu mərhələsi ilk dəfə tura salınmışdı. “Süpürgə” maşınından soruşdum ki, dolaylarda neçə velosipedçiyə yardım etdiyini soruşdum. O da yalnız birinə kömək etdiyini söylədi. Çox gözəl mənzərələr “Eurosport” tərəfindən nümayiş etdirildi. Düşünürəm ki, dolaylar velosipedçilərin də xoşuna gəldi. Azərbaycanı dünyaya tanıtmaq mənasında daha bir addım atdıq. “Azərbaycan turu”na daha bir mərhələnin artırılması müzakirə olunur. İdmançılar Pirquludan qayıdandan sonra dincəlməyə getdi. Biz isə qonaqlarla Xızı dağlarına yollandıq. Həmin marşrut qonaqlarımızın çox xoşuna gəldi. Bu yollar yarış üçün çox əlverişlidi. Kəskin enişlər və yoxuşlar, sərt döngələr var. Gələn il çox maraqlı yarış baş tutacağını düşünürəm. Bu nəticəni gözləyirdim. Komandamız gəncləşib və bu üzdən müəyyən çətinliklərlə üzləşmişik. Ancaq şadam ki, Pozdnyakov ümidlərimizi doğrultdu. Bu, hələ başlanğıcdı. Bu heyətlə daha böyük uğurlara imza atacağıq. Buna qədər iki dəfə komanda şəklində qalib gəlmişdik. Mənim üçün hər bir uğur şirindi. 6 pro-kontinental komandanın iştirak etdiyi yarışda, təcrübəli rəqiblərlə mübarizədə Kirilin 1-ci yeri tutması böyük uğurdu. Kiril məsuliyyətini hiss edən idmançıdı. Ona böyük ümidlərim var. Ancaq velosiped idmanı yalnız fərdi mübarizədən ibarət deyil. O, bu uğura təkcə özü yox, komanda üzvlərinin yardımı nəticəsində nail olub. Başqa beynəlxalq yarışlar da keçirməliyik. Amma ilk növbədə idmançılarımızı yetişdirməli və bazamızı inkişaf etdirməliyik. Bunun üçün müəyyən maliyyə vəsaiti tələb olunur. Dövlət dəstəyi çox böyükdü. Belə dəstək olmasaydı, bu miqyasda yarış keçirə bilməzdik. Amma hər şeyi ölçüb-biçməliyik. Hədəflərimizi doğru müəyyənləşdirməliyik. İrəliyə doğru addım-addım gedirik. “Sinerji Bakı”nın heyətinə güclü legionerlər cəlb oluna bilər. Biz bütün variantlara baxırıq. Amma biz ilk növbədə özümüzküləri yetişdirməliyik. Artıq “Sinerji Bakı”nın 6 velosipedçisindən 5-i Azərbaycan vətəndaşıdı. 2015-ci ilin mayında prezident Veloparka gələndə heyətdə azərbaycanlı idmançı olub-olmadığını soruşdu. Mən də 16 idmançıdan 12-sinin yerli velosipedçi olduğunu dedim. Ölkə başçısı buna çox sevindi. Gənc velosipedçilərimiz yetişməkdədi. Bu yaxınlarda yeniyetmələr Polşadan yarışdan qayıdıb. İlk dəfə bu turnirdə iştirak etmələrinə baxmayaraq çox yaxşı çıxış ediblər. İsmayıllıdakı velosiped zavodu bu ildən fəaliyyətə başlayacaq. Avadanlıqlar iyunda ölkəmizə gətiriləcək. Həmin aydan yerli velosipedçilərin istehsalına başlanacaq. Bir neçə aya 28 adda 5000-dən artıq velosiped istehsal olunacaq. Velosipedlərin ümumi adı “İsma” olsa da, hər birinin fərqli adları da olacaq. Uşaqlar üçün nəzərdə tutulan velosiped “Ceyran” adlanacaq. “Qartal” adlı velosiped də istehsal edəcəyik. Hər şeyə kompleks yanaşmışıq. İstehsaldan əvvəl bazar mühiti ilə maraqlandım. Ötən il 77 min velosiped idxal olunub. Gənc qızlarımız martın 8-də velosipedlə yürüş keçirdi. Qadınlar arasında komanda da yaradılıb. BMX komandası da yaradılır. Gənc biznesmenlər bununla bağlı bizə müraciət edib. Əvvəl biz kiməsə müraciət edirdik, indi bizə müraciət edirlər. Bu, çox sevindirici haldı. 4 il əvvəldən velosiped yollarının salınması üçün müəyyən işlərə start verilib. Sumqayıtdan Novxanıya 8 km velosiped yolları çəkilib. Gəncə, Bərdə, Şəmkir və başqa bölgələrimizdə də velosiped yolları salınıb. Bakıda bu məsələ yetərincə mürəkkəbdi. Amma bu məsələ müzakirə olunub. Artıq Milli Parkda velosiped kirayəyə götürüb sürmək olar”.
Aleksandr Qusyatnikov: “İlk dəfə deyil ki, bu yarışda qonaq oluram. Yarış yüksək səviyyədə keçdi. Növbəti dəfə təşkilatçıların kateqoriyanı yüksəltmək haqda düşünəcəklərini fikirləşirəm. Bunun üçün hər cür imkanınız var. Əminəm ki, yaxın zamanlarda “Azərbaycan turu”nun kateqoriyası yüksələcək”.
Roland Hofer: “Çox yaxşı və gərgin mübarizə şəraitində keçən yarış izlədik. Hər mərhələdə çoxlu ötüşmələr izlədik. Sevindirici haldı ki, qəzalar az oldu. Bu da velosipedçilərin inkişafından xəbər verir. İdmançılar otellərdən çox razı qaldı. Azərbaycan velosipedçisinin qalib gəlməsi fantastik oldu. Bu veloturda mülayim hava şəraiti keçdi. Ümumilikdə “Azərbaycan turu” haqda çox müsbət fikir formalaşıb. Fürsətdən istifadə edib, onu da bildirmək istərdim ki, dünən rəsmi şəxslər haqda tura əlavə olunacaq mərhələnin yollarına baxdıq”
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 2025 01:02
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 2025 21:06
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 2025 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 2025 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 2025 15:19
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 2025 11:50
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 2025 10:58
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 2025 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 2025 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 2025 22:09
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 01:02
- 9-cu sinifdə oxuyan oğlan 8-ci sinif şagirdi olan sevgilisini və qonşusunu öldürdü
15 oktyabr 00:25
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 23:16
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 22:19
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 21:06
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 20:39
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57