İslam həmrəyliyi ilinə töhfə
Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarı ilə Şərqin görkəmli söz ustadı Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində nəşr olunmuşdur.
Türkə və türklüyə xüsusi məhəbbəti ilə seçilən ölməz sənətkarın qəzəlləri ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim olunur. Qeyd edək ki, Hafiz Şirazinin əsərləri hələ orta çağda dünyaya yayılmış, əlyazma nüsxələri dünyanın ən mötəbər kitabxanalarında qiymətli sənət nümunələri kimi qorunmuşdur. Azərbaycanda da bütün zamanlarda bu böyük sənətkara xüsusi məhəbbət və rəğbətlə yanaşılmış, onun irsi öyrənilmiş, şeirlərinə nəzirələr yazılmışdır. Yeri gəlmişkən qeyd edək ki, şairin əsərlərini ilk dəfə toplayıb divan şəklinə salan da orta çağ Azərbaycan şairi Şah Qasım Ənvər (1494-cü ildə vəfat etmişdir) olmuşdur.
XX əsrdə Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi kimi nəhəng söz ustalarımız onun yaradıcılığından bəzi poetik nümunələri dilimizə çevirmişlər. Ancaq Hafiz Şirazi Azərbaycanda nə qədər sevilsə də, onun əsərləri küll halında indiyədək dilimizə çevrilməmişdir. Fikrimizcə, bunun əsas səbəbi Hafiz şeirinin poetik ruhunun, bədii siqlətinin tərcümədə saxlanmasının mütərcimlər üçün çətin olmasıdır. Şairin əsərlərinin tərcüməsi ilə ilk dəfə nisbətən əhatəli şəkildə tanınmış şərqşünas alim Əbülfəzl Hüseyni məşğul olub. O, şairin 117 qəzəlini, bəzi saqinamələrini, qitələrini, rübailərini, bir məsnəvisini və bir çox şahbeytlərini dilimizə çevirmişdir.
Ancaq onu qeyd etməliyik ki, Hafiz ilk növbədə qəzəl şairidir. Bu qəzəllər onu dünyada tanıdıb, ona “lisan ül-qeyb” təxəllüsü qazandırıb. Onların sayını dəqiqləşdirmək mümkün olmasa da, Seyid Əbdürrəhman Xəlxalinin hazırladığı “Divane-Xacə Hafiz Şirazi” (Tehran 1928) adlı tənqidi mətndə onların sayı 496, Hüseyn Pəjmanın “Divane-Xacə Şəmsəddin Məhəmməd Hafez Şirazi” (Tehran 1939) kitabında isə 581 göstərilmişdir. Bəziləri bu rəqəmi hətta minə çatdırırlar.
Fikrimizcə, bu kitab Azərbaycan Respublikasında Hafiz yaradıcılığı ilə bağlı boşluğu müəyyən qədər dolduracaq. Kitabı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev çapa hazırlamışdır. Nəşrin üstünlüyü ondan ibarətdir ki, burada hər bir qəzəlin sonunda farsca-ərəbcə sözlərin lüğəti verilmiş, geniş şərh yazılmışdır. Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva kitaba rəy vermişdir. Kitabın elmi redaktoru, fil.ü.e.d., professor Rafiq Novruzovdur.
Kitab Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli sərancamı ilə elan olunmuş İslam Həmrəyliyi ilinə töhfə olaraq nəşr edilmişdir.
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
5 mart 2026 13:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
1 mart 2026 13:43
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
