Dəyanət Rzayev niyə intihar edib? - Yaxınları danışdı/VİDEO
Hadisə14 may 2017 14:17
ARB TV-də efirə getmiş "Yolun sonu" verilişində intihar etmiş mərhum psixoloq Dəyanət Rzayevin həyat hekayəsindən bəhs edilib. Proqramda mərhumun ailəsi ilə yanaşı, iş yoldaşları da onun barəsində danışıblar.
Şərqiyyə Rzayeva (anası): "3-cü bacısı anadan olanda həmişə deyirdi ki, mən istəyirdim qardaşım olsun. Elə oldu ki, bu qız oldu. Küsmüşdü, incimişdi bizdən. Xəstəxanaya gələndə, bacısını göstərib dedim ki, Dəyanət, bax. Baxanda o qədər xoşuna gəldi ki. 18 nömrəli məktəbə gedirdi. Özü 1-ci sinifdə, bacısı isə 2-ci sinifdə oxuyurdu. Bir də gördük ki, Dəyanət qaça-qaça tək gəldi. Atası dedi ki, bacın hanı? Dedi ki, mən tez çıxmışam, görmədim. Dedi ki, bəs necə gəldin sən? Əmisinin həyətdə iti var idi. Dəyanət balaca boyu ilə, gedirdi restorandan ət gətirirdi. Ölüm mənə yaraşardı, ona yox. Mən yaşlı idim, o, cavan. Bu düz deyil. Deyirdi ki, ana yox, mən cavan gedəcəm. Deyirdi ki, mən bir də evlənsəm, necə baxarsan? Deyirdim ki, normal. Həyatda hər şey ola bilər. Sonuncu dəfə üzük üçün gələndə görüşdük. Dedi ki, ana, sənə pul lazım deyil? Hər gözümün qabağına gələndə ürəyim az qalır partlasın. Gözləri bağlı, ağzı bağlı”.
Mehriban Rzayeva (bacısı): "Eyni mahnılara qulaq asırdıq. Elə bir şeylər var idi ki, eyni idi bizdə. Halım olmayan da gəlib, qabağımda oynayırdı. Çox şıltaqlıqları var idi. Çox istəyirdi məni, yaxın idik. Həyatda insanlara baxışım dəyişib. Böyük bir boşluq var. Heç nə zamanla düzələn deyil. Çantasında yem var idi pişiklər üçün. Mənə deyirdi ki, maşını saxla pişik gördüm. Ona gedib yem verirdi. İşinə gəlmişdim. Həmişəki kimi liftə qədər ötürüb, öpüb qucaqladı. Son vaxtlar məni daha çox sıxıb, qucaqlayır, öpürdü. Nişanlı idi, istədiyi var idi. Toyu olmalı idi, bu yaxınlarda. 5 gün telefonlara cavab vermirdi. Söndürmüşdü telefonları. Anamla getdik evinə. Açmırdı qapını heç kimə. Axırıncı dəqiqələr də, biz qapını açanda hiss elədim ki, biz onu belə tapacağıq”.
Elmir Əkbər (psixoloq): "10 il bundan qabaq İçərişəhərdə, Qız qalasının yaxınlığında çox yığcam, sadə, bir otaqlı yerdə başlamışdıq fəaliyyətə. Kaş yenə elə şərait olardı, amma bunlar olmazdı. Sonralar mənə Dəyanətlə vaxt keçirmək çətin gəlirdi. Çünki mən də görürdüm, bu özü də görürdü ki, bu insan bundan sui-istifadə edir. Bunu qəbul etmək çox çətin gəlirdi. Onun mərhəmətindən istifadə edirdilər. Onun ətrafında olan insanların böyük bir qismi yırtıcı təbiətli insanlar idi. Dəyanət özünə pul xərcləmirdi. Dəyanət sevdiyi insanlar, canlılar üçün yaşayırdı. Dəyanət müqəddəs yazılarda kı, kəlamları deviz kimi götürmüşdü ki, siz himayə götürdüklərinizin qarşısında borclusunuz. O bilirdi ki, hansı küçənin, hansı tinində kimsəsiz yaşlı qadınlar, kişilər yaşayır, kimin harada, nə problemi var. Evlərə qapı-qapı döyürdü, kimin nə canlısı var idisə onun yeməyini verirdi. Onun xətrini çox istəyən insanlar onla yavaş-yavaş az-az danışırdı. Özünü əlçatan eləmişdi. Dəyanəti istədikləri an tapa bilərdilər, yalvara bilərdilər. Birdən deyirdi ki, bilirəm yalandan edir, amma nə edim, adam özünü aşağılayır. Çox adamlar onun əlinin altından gəlib-keçmişdilər. Onlar bunu bağışlaya bilmirdilər ki, Dəyanət bilir ki, onlar əslində kimdilər. O qeyri-peşəkarlar, dələduzlar, yırtıcı ruhlu insanlar onlar hamısı onun sənətinin, peşəsinin, insaniyyətinin qabağında baş əymiş insanlar idi”.
NUH.az
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
Xəbər lenti
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
Video & Fotoqalereya
Video
Fotoqalereya
