- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
“Qərb Universitetinin başlıca məqsədi...” - Rektordan ilk müsahibə
“Universitetdə illik təhsil haqlarının aşağı salınması barədə qərar gələcək tələbələr üçün keyfiyyətli təhsilin daha əlçatan olması baxımından çox əhəmiyyətlidir”
İnnovativ layihələri ilə seçilən Qərb Universiteti istər akademik, istərsə də infrastruktur bazasını möhkəmləndirir və bu təhsil ocağının yeniliklərə açıq olduğu artıq təsdiqlənib. "Qafqazinfo" universitetdə hansı işlərin aparıldığı, tələbələri hansı yeniliklərin gözlədiyi barədə yeni rektor, elmlər doktoru Andris Leitasın müsahibəsini təqdim edir.
- Qərb Universiteti ölkənin ilk özəl universitetlərindən biridir. İllər ərzində universitetin keçdiyi yol barədə artıq xeyli məlumatınız var. Universitetin keçmişini necə xarakterizə edərdiz, nə kimi nailiyyətlər əldə edilib?
- Hər şeydən öncə onu deməliyəm ki, Qərb Universiteti üçün yenilənmə, yeni dövrün çağırışlarına doğru irəliləmək bütün dövrlərdə prioritet olub. Ümumiyyətlə, təhsil sistemi real praktikanı qabaqlamalıdır. Məhz bu yanaşmanın nəticəsidir ki, Qərb Universiteti daim yeniliklərlə seçilib, bir çox istiqamətlər üzrə flaqman kimi çıxış edib.
Qərb Universiteti UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, Qara Dəniz Ölkələri Universitetlər Şəbəkəsinin, Beynəlxalq İnzibati Elmlər İnstitutunun və “Atlas” Beynəlxalq Turizm Assosiasiyasının üzvüdür və dünyanın bir çox nüfuzlu təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
Bu günə qədər universitet çoxlu sayda beynəlxalq layihələrdə iştirak edib və akademik proqramlarını təkmilləşdirib. Universitet akademik çevrədə böyük nüfuza malikdir və bakalavr pilləsi ilə yanaşı magistr və doktorantura səviyyəsində də çox spektrli tədris proqramı təqdim edir.
Bu gün bu proses bir qədər diversifikasiya edilib, yeni-yeni əməkdaşlıq platformalarına çıxış əldə olunub. Başlıca məqsədimiz təhsilin yeni tələblərə uyğun formalaşdırılması və bugünkü iş bazarına uyğun kadrların yetişdirilməsindən ibarətdir.
- Universitetin təhsil keyfiyyətini onun məzunlarının karyera uğurları göstərir. Aydın məsələdir ki, məşğulluq bu gün dünyanın bütün ölkələrini narahat edən problemdir. Sizcə Qərb Universitetini bitirən gənclər öz karyeralarında nə qədər uğurlar əldə edə bilirlər və bu uğurların əsasında nələr dayanır?
- Yüksək nizam-intazam, şəffaf təhsil sistemi və obyektiv qiymətləndirmə ilə yanaşı, xarici dillərin yüksək səviyyədə tədrisini qeyd etməliyəm. Prioritetlərimizdən biri odur ki, tələbələrimiz ən azı üç xarici dili yüksək səviyyədə mənimsəsinlər. Bu, onlara müxtəlif elm sahələri ilə bağlı xarici dillərdə olan ədəbiyyatlarla tanış olmağa, daha geniş spektrdə bilik və bacarıqları mənimsəməyə imkan yaradır.
Universitetin siyasəti ondan ibarətdir ki, milli iqtisadiyyatın tələb etdiyi peşəkar mütəxəssislər hazırlasın. Bunu uğurla həyata keçirmək üçün biz əmək bazarını diqqətlə təhlil edirik və təlim proqramlarımızı tələblərə uyğunlaşdırırıq.
Qeyd edim ki, universitetin tələbələri haqqında hərtərəfli məlumat İnformasiya Bazasına toplanır və hər il yeni qəbul olunan tələbələr haqqında məlumatlar yenilənir. Bu 1999-cu ildən fəaliyyət göstərən Tələbə Xidməti Mərkəzi tərəfindən edilir. Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafı və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və universitetin çoxsaylı məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir. Mərkəz tələbə və məzunlara ixtisaslarına uyğun iş yerləri əldə etməkdə yardım edir. Mərkəzin təşəbbüsü ilə tez-tez təşkilatların, şirkətlərin, xarici ölkələrin nümayəndələri ilə tələbələrin görüşləri keçirilir, müxtəlif sahələrə dair təlimlər, treyninq və seminarlar təşkil olunur. Yarandığı gündən bəri Mərkəz yüzlərlə məzun və tələbəyə işə düzəlməkdə yardımçı olmuşdur.
Universitetimiz istehsalat təcrübəsinin ən yüksək səviyyədə təşkili üçün tədbirlər də görür. Tələbələrin Milli Məclis, bir sıra nazirlik və komitələrdə, AMEA-nın institutlarında, aparıcı banklarda və digər tanınmış şirkətlərdə təcrübə keçmələrini təmin edir.
Universitetin karyeralarında çox böyük nailiyyətlər əldə etmiş xeyli sayda məzunu var. Onlar Azərbaycanda, eləcə də beynəlxalq qurumlarda mühüm vəzifələr tuturlar. Məsələn, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, ADA Universitetinin prorektoru, BP-in Houston ofisində aparıcı hüquq müşaviri, AZAL-ın Parisdəki nümayəndəliyinin rəhbəri, “Microsoft” şirkətinin baş meneceri, Azərbaycan-Amerika Şurasının direktorlar şurasının üzvü və Texas ştatında bu təşkilatın vitse-prezidenti kimi karyerasında uğur qazanmış çox sayda gənc məhz Qərb Universitetinin məzunudur.
Universitetin təhsil proqramları ABŞ və Avropanın aparıcı tədris ocaqlarının mütəxəssisləri ilə birgə işlənib hazırlanıb. Bu proqramlar daimi olaraq yenilənir və yeni dövrün çağırışlarına uyğunlaşdırılır. Nüfuzlu xarici universitetlərdən mütəxəssislər mühazirələr üçün mütəmadi olaraq universitetimizə dəvət olunur.
- Ümumilikdə, universitetin beynəlxalq portnyorluq əlaqələri hansı səviyyədədir?
- Hazırda Qərb Universitetinin beynəlxalq şəbəkəsi Koventri, Suonsi, Lodz, Tomas Bata, İndiana, Kanzas, Notinqem Trent və Kent Universitetləri, həmçinin Saloniki ATEİ, Viana do Castelo Politexnik İnstitutu və 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Universitetin beynəlxalq fəaliyyətinə birgə və ya ikitərəfli əməkdaşlıq sahəsində magistr kursları, müqavilələrin artikulyasiyası və inkişafı, Erasmus - tələbə mübadilə proqramı və akademik mobillik daxildir.
Biz daim səmərəli və davamlı əməkdaşlıq üçün yeni partnyorlar axtarışındayıq. Belə qlobal yanaşma tələbə-müəllim heyətimizə elmi bacarıqlarını inkişaf etdirmək, beynəlxalq təcrübə ilə təmin olunmaq imkanları yaradır.
Qərb Universiteti Avropanın nüfuzlu universitetləri ilə birgə həyata keçirdiyi tərəfdaşlıq layihələri çərçivəsində ikili diplomlar da təqdim edir. Belə ki, Universitet 2015-ci ildən Böyük Britaniyanın “Koventri”, 2016-cı ildən bu ölkənin Sinqapurda yerləşən “London Biznes və Maliyyə Məktəbi”, İsveçrədə yerləşən Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS), Çexiyanın “Newton College” Universitetilə birlikdə ikili diplom layihələrini həyata keçirir. Yəni tələbə təhsilin bir hissəsini Qərb Universitetində, bir hissəsini isə tərəfdaş universitetdə almaqla bir təhsil müddətinin sonunda iki diplom əldə edir.
Eyni zamanda Avropanın bir sıra ölkələrində yay məktəbləri, müxtəlif kurslar və qısamüddətli proqramlar təşkil olunur ki, bütün bunlar da tələbələrimizə xarici dilləri daha yaxşı səviyyədə mənimsəmək, dünya görüşlərini artırmaq baxımından yeni imkanlar açır.
- Səhv etmirəmsə, universitet yeni istqamətlər üzrə də kadrlar hazırlayacaq. Söhbət hansı yeni ixtisaslardan gedir?
- Bəli, ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq yeni ixtisaslar üzrə kadrların hazırlığı indiki dövrün çağırışı kimi qarşımızda durur. Məhz növbəti tədris ilindən etibarən universitetimizdə yeni ixtisaslar üzrə kadr hazırlığına başlanacaq. Konkret olaraq deyim ki, bakalavr səviyyəsi üzrə “İstehlak mallarının ekspertizası və marketinqi”, “Meşəçilik”, “Yer quruluşu”, “Torpaq və şəhər kadastrı”, “Memarlıq”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Mühasibat uçotu və audit”, “Sənayenin təşkili və idarə olunması”, “Tarix”, “Fəlsəfə” ixtisasları üzrə növbəti tədris ili üçün qəbul aparılacaq.
Universitetdə mühəndislik istiqaməti üzrə də yeni ixtisaslara qəbul elan edilib. Belə ki, növbəti tədris ilindən etibarən “Mexanika mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi”, “Cihazqayırma mühəndisliyi”, “Elektronika, telekomunikasiya və radiotexnika mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi”, “Poliqrafiya mühəndisliyi”, “Sistem mühəndisliyi” və s. ixtisaslaşmalar üzrə də tədris aparılacaq.
Magistratura səviyyəsi üzrə də yeni ixtisaslar yaradılıb. Növbəti tədris ilindən başlayaraq digər istiqamətlərlə yanaşı “Psixologiya” və “Ekologiya” ixtisaları üzrə magistr təhsili almaq istəyənlər də Qərb Universitetini seçə bilərlər.
- Bildiyimizə görə universitetdə müasir laboratoriyaların qurulması istiqamətində işlər aparılır.
- Bəli, müasir laboratoriyalar bu günün tələbidir. Qərb Universiteti də bu istiqamətdə yenilənməni, maddi-texniki bazanın möhkəmləndirilməsini daim diqqətdə saxlayır. Xüsusilə mühəndislik istiqamətləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyaların formalaşdırılmasına başlanılıb və bu laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Mexatronika və robototexnika mühəndisliyi, maşınqayırma, həmçinin meşəçilik, ağac emalının texnologiyası ixtisasları üzrə də laboratoriyaların təşkilinə start verilib. Xüsusilə qeyd edim ki, ağac emalı ilə bağlı əldə olunacaq qurğular ölkədə ilk dəfə Qərb Universitetində tətbiq olunacaq.
Yaxın vaxtlarda universitetdə genetik analizlərin aparılmasına imkan verən laboratoriyanın qurulması məqsədilə cihaz və qurğuların alınması üçün müvafiq xarici şirkətlərlə danışıqlar müsbət nəticələnib.
Ekologiya mühəndisliyi sahəsi üzrə qurulmaqda olan laboratoriyanı da xüsusilə vurğulamaq istərdim. Burada aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.
- Bu yaxınlarda Qərb Universitetinin yeni imtahan modelinə keçidi barədə məlumatın maraqla qarşılandığını deyə bilərik. Mümkünsə, bir qədər bu barədə.
- Bəli, bu yenilik artıq həyata keçirilməyə başlanılıb. Artıq universitetdə təhsil alan tələbələr bundan sonra imtahan modelini özü müəyyən edə biləcək. Dəyişikliyə əsasən tələbələr semestr boyu keçdikləri fənlər üzrə, müvafiq kursun formatına uyğun olaraq təklif olunan imtahan modellərindən birini seçərək imtahan vermək şansı əldə edəcəklər. Mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modellərinə “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar daxildir. Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik biliklərin də mənimsəməyə imkan verir.
Əlavə edək ki, bir müddət öncə edilmiş dəyişikliyə əsasən tələbələrin biliklərinin qiymətləndirilməsində Qərb Universiteti daha bir yeniliyə imza atmışdı. Belə ki, hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur.
- Zəngin kitabxana tədrisin keyfiyyətinə təsir edən amillərdəndir. Bəs Qərb Universitetinin kitabxana fondu nə qədər zəngindir?
- Hazırda universitetin kitabxanası 55.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxanada təkcə ingilis dilində 16 000-dən çox ədəbiyyat mövcuddur. Belə ki, universitetdə BMT-nin Sosial İnkişaf üçün Tədqiqat İnstitutunun (UNRISD), BMT-nin Ümumdünya Turizm Təşkilatının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanaları yaradılıb. Universitetin kitabxana fondunun zənginləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi, müasirləşdirilməsi istiqamətində ardıcıl işlər aparılır. Hazırda onlarla nüfuzlu beynəlxalq təşkilatdan kitabxana fonduna ədəbiyyatlar daxil olur.
Eyni zamanda dünyanın aparıcı nəşriyyatlarının elmi və informasiya resurslarının ən böyük aqreqatoru olan EBSCO şirkəti ilə bu yaxınlarda əməkdaşlıq əlaqələri qurulub, bu əməkdaşlıq nəticəsində universitetin professor-müəllim heyəti, tələbələri müxtəlif sahələrlə bağlı mövcud ədəbiyyatlarla, eləcə də yeni çap olunan kitablarla tanış olmaq imkanlarını genişləndirəcəklər.
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 2026 11:47
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 2026 11:21
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 2026 11:13
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 2026 22:48
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 2026 13:37
- Prezident təqaüdü nə qədərdir (SİYAHI) - Fəlsəfə DOXTURU 200 m, Qarabağ veteranı 80 manat
10 may 2026 17:34
- Prezident sakinlərlə görüşdü, Zangilan City Park Hotelin təməlini qoydu (YENİLƏNİB)
10 may 2026 13:46
- Nazir bu instituta direktor təyin etdi
8 may 2026 18:41
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
