Çinli mütəxəssislər kümçülərlə görüşüb
Azərbaycanda ipəkçiliyin bərpası və sürətli inkişafı ilə bağlı ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir.
"Qafqazinfo" xəbər verir ki, qeyd olunan tədbirlər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” şirkətindən 6000 qutu yüksək keyfiyyətli barama toxumları tədarük edilib, Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş, barama toxumlarından 99-100 faiz səviyyəsində çıxış alınaraq, yüksək keyfiyyətli barama qurdları əldə edilib və bölgü əsasında 01-03 may 2017-ci il tarixlərində Ağcabədi, Ağdam, Bərdə, Yevlax, Zərdab, Ağdaş, Göyçay, Ağsu, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Kürdəmir, Ucar, Goranboy, Füzuli, Tərtər rayonlarının, 05-07 may 2017-ci il tarixlərində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şəmkir, Ağstafa, Tovuz, Qazax, Cəlilabad və Masallı rayonlarının kümçülərinə əvəzi ödənilmədən paylanılıb.
2017-ci il üçün nəzərdə tutulmuş həcmdə barama istehsalını təmin etmək üçün ümumilikdə respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli barama qurdları ilə təmin edilib, “Şəki İpək” ASC ilə kümçülər arasında yaş barama məhsulunun tədarükü barədə müvafiq müqavilələr bağlanılıb, barama qurdlarının paylanılması zamanı baramaçılara ipəkqurdunun bəslənməsinə dair tövsiyə xarakterli bukletlər, metodiki vəsaitlər, yaddaş vərəqələri və digər maarifləndirici materiallar paylanılıb. Hazırda bölgələrdə tut ipəkqurdlarının bəslənilməsi prosesinə başlanılıb.
Müqavilənin şərtlərinə uyğun olaraq Çin Xalq Respubli- kasının “Shandong Guangtong Silkworm Eggs Co” şirkətinin əməkdaşı ölkəmizə dəvət olunmuş və Nazirliyin mütəxəssisləri ilə birlikdə bölgələrdə ipəkqurdlarının bəslənilməsi prosesinin gedişi ilə yerində tanış olmaq, barama qurdlarının becərilməsində qarşıya çıxan çətinliklərin həll edilməsində kümçülərə metodiki və əməli köməklik göstərilməsini təmin etmək məqsədi ilə 12-21 may tarixlərində Ağcabədi, Ağdam, Füzuli, Tərtər, Bərdə, Yevlax, Goranboy, Zərdab, Ucar, Ağdaş, Göyçay, Ağsu, Kürdəmir, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Cəlilabad, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şəmkir, Ağstafa, Tovuz və Qazax rayonlarda səfərdədilər.
Qeyd edilən rayonlarda yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə tut ipəkqurdu paylanılmış kümçülərlə görüşlər keçirilib, ipəkqurdunun saxlanılma və yemlənmə şəraiti ilə tanış olunub. Həmçinin kümçülərə ipəkqurdunun bəslənilməsi, zərərverici və xəstəliklərə qarşı qarşı mübarizə tədbirləri, yemləmə qaydaları, saxlanma şəraiti və s. ilə bağlı məsləhət və tövsiyələr verilib.
NUH.az



- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
11 sentyabr 2025 23:02
- Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
9 sentyabr 2025 13:13
- Putin Çində Paşinyanla görüşüb
31 avqust 2025 20:33
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
1 iyul 2025 23:27
- Ukraynanın Zərifə Əliyeva adına İrpen Xarici Dillər Liseyinin əməkdaşları ilə görüş..
7 iyun 2025 22:09
- Bu gün məhkum valideynlər həbsxanada uşaqları ilə görüşüb
1 iyun 2025 10:38
- Prezident İlham Əliyev Antalyada Avropa Şurasının Baş katibi ilə görüşüb
12 aprel 2025 13:24
- Ərdoğan almaniyalı həmkarı ilə görüşüb
5 fevral 2025 23:30
- Tənzilə Rüstəmxanlı media nümayəndələri ilə görüşüb
5 fevral 2025 19:57
- Şeyxülislam Vatikanın katibi ilə görüşüb
15 dekabr 2024 19:53
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
- Millimiz Gürcüstana 0:6 uduzdu
06 fevral 18:34
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
06 fevral 17:47
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
06 fevral 17:40
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
06 fevral 08:45
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
