Günün qəhrəmanları: Oğluna yas saxlaya bilməyən ata, pul üçün əyilməyən sədr, atasından borc alan nazir
Tədqiqatçı-alim Nəsiman Yaqublu AXC-nin 99-cu il dönümündə Cümhuriyyət qurucularının şəxsi xarakterləri barədə maraqlı yazı hazırlayıb.
"Qaynarinfo" xəbər verir ki, Nəsiman Yaqublu bu barədə facebook hesabında yazıb. Sözügedən yazını təqdim edirik:
28 May İstiqlalından 99 il ötməsinə baxmayaraq, biz hər zaman bu istiqlalı yada salırıq və xatırlayırıq. Həqiqətən də, XX əsr tariximizin ən şərəfli mərhələsi məhz bu dövrdür. Çünki bu dövrdə xalqımız 114 min kvadrat kilometrlik bir əraziyə sahib idi və Qarabağ adlı qondarma problemi isə həll etmişdi. Təbii ki, o dövdə əldə etdiyimiz uğurların sayı daha çoxdur. Bu istiqlalın məna və əhəmiyyətindən araşdırma aparanlar isə yalnız tarixi baxımdan və arxiv sənədlərindən çıxış edib dövrü araşdırıblar. Yəni Zaqafqaziya Seymi dağıldı, hər üç respublika müstəqilliyini elan etdi və s. Lakin burada bir məqama diqqət edilməyib: bəs bu istiqlalı elan edən qurucuların xarakterləri, şəxsi keyfiyyətləri necə olub? Axı bu ciddi tarixi hadisənin baş verməsində onların davranış və xarakterlərindən, vətən istiqlalı naminə birləşə bilmək cəhdlərindən çox amillər asılı idi. Həqiqətən də, 28 May istiqlalını elan edən, reallaşdıran insanların şəxsi xarakterləri haqqında az məlumatımız var. Əslində, 28 May İstiqlalı həm də bu şəxsiyyətlərin xarakterindən yaranıb və tariximizin qızılı səhifəsini təşkil etməkdədir. Hazırda yazıb yekunlaşdırmaq mərhələsində olduğum "Cümhuriyyət qurucuları" kitabım əsasında hazırladığım məqaləni oxuculara təqdim etməkdə məqsədim bu təkrarsız insanları xalqımıza bir daha tanıtmaqdır. Yəni bu insanlar ən ağır və çətin məqamlarda belə vətəni sevmək hissləri ilə yanaşı, həm də xarakterlərinin göstəricisi olaraq 28 May İstiqlalını elan etdilər: cümhuriyyət qurdular. Yəni dünyaya nümunə ola biləcək bir cümhuriyyəti ancaq belə sağlam, mətin və möhkəm xarakterli insanlar yarada bilərdi. Həmin insanlarla bir az da yaxından tanış olaq.
Məhəmməd Əmin Rəsulzadə (Azərbaycan Milli Şurasının Sədri, Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu).
1-ci məqam: 1918-ci ildə M.Ə.Rəsulzadənin oğlu dünyasını dəyişir. "Azərbaycan" qəzetinin müvəqqəti redaktoru olmuş Xəlil İbrahim yazır ki, Rəsulzadə Azərbaycan məsələsi ilə bağlı Tiflisə getməli olduğundan oğlunun yas mərasimində bir saatdan artıq otura bilmədi.
2-ci məqam: 1920-ci ildə M.Ə.Rəsulzadə həbs edilir və bəzi bolşeviklər onun güllələnməsini tələb edirlər. Belə məqamda həbsxanaya gəlib onu xilas etmək istəyən Stalinə Rəsulzadə deyir ki, mənim neçə vaxt idi ki, gizlənməkdə məqsədim məqam gözləyib sizi devirmək idi. Çünki siz bizim məmləkəti işğal etmisiniz (diqqət edirsinizsə, ölüm təhlükəsi altında olan Rəsulzadə yenə özünü yox, Azərbaycanı düşünür və Stalindən də onu xilas etməsini xahiş etmir).
3-cü məqam: Sovet dövləti Rəsulzadənin yanına bir emissar göndərərək,ondan sovet hökuməti əleyhinə mübarizəsini dayandırmağı və bunun müqabilində Azərbaycana qayıdıb sakit və rahat həyat yaşaya biləcəyinə təminat verəcəyini çatdırır. Lakin Rəsulzadə bu təkliflərlə razılaşmır və deyir: "Sonuncu rus əsgəri Poylu körpüsünü keçib vətənimdən çıxmayana qədər mübarizəmi dayandırmayacağam".
Nəsib bəy Yusifbəyli (Azərbaycan Xalq Cümhuriyyəti dövründə Baş nazir).
1-ci məqam: Nəsib bəy Yusifbəylinin Baş nazir olarkən atasının ona yazdığı məktubdan: "Əziz oğlum, çox səbir etdim, amma yazacağam. Sıxıntı çəkərək, borc altına girərək səni yüksək təhsillə təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin Maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin göndərdim, sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhurriyyətimizin Maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin. Həmişə göndərirdim. Mənə aid olan torpağın bir parçasını satmışdım. Həmin pullardan göndərirdim. Bu gün isə Baş nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olmusan. Yenə bağının qamışını mən alım?"
2-ci məqam: Azərbaycan işğal ediləndən sonra Nəsib bəy Yusifbəyli Yevlax-Kürdəmir arasındak; yolda bolşeviklərin əli ilə qətlə yetirilir. Onun balaca əl çamadanında çoxlu pulun və qızılın olduğunu düşünən qatillər axtarıb heç nə tapmır. Çamadanda onun dəyişək paltarının və diş fırçasının olduğunu görüb təəcüblənirlər. Yəni Baş nazir hökumət xəzinəsindən özünə yol pulu da götürməyib.
Əlimərdan bəy Topçubaşov(Azərbaycan Parlamentinin Sədri).
1-ci məqam: Ə.M.Topçubaşov mühacirətdə ağır vəziyyətdə yaşayanda Polşa hökuməti ona ayda 100 dollar həcmində yardım verəcəyini vəd edir. Bir müddət keçir. Pulu almayan və ehtiyac içində yaşayan Ə.M.Topçubaşov öz mənliyini və qürurunu qoruyan məzmunda Polşa rəsmisi Tadeuş Qolubkoya belə bir məktub yazır: "Sizə bu məktubu yazmaqda məqsədim dediyiniz pulu mənə verməyinizi xahiş etmək deyil. Məqsədim odur ki, biləsiniz ki, o pulu mən almıram".
2-ci məqam: Ən ağır vəziyyətdə olmasına baxmayaraq, Ə.M.Topçubaşov azərbaycanlı tələbələrin oxuması üçün ayrılan vəsaitə toxunmur və saxlayır.
Sonda. Bu şəxsiyyətlər yüksək xarakterli və iradəli insanlar idi.Onlar həm də siyasi təfəkkür baxımından da güclü şəxsiyyətlər idi.Onlar öz xarakterlərinə zəifliyi, ağlamağı və şikayətlər etməyi yaxın qoymadılar.Yaratdıqları Cümhuriyyətin də problemlərinin həllini beynəlxalq güclərə şikayətlərdə yox, özlərinin və bütövlükdə xalqın gücündə tapdılar. Odur ki, bu yazını da M.Ə.Rəsulzadənin özlərinin xarakterlərini açan maraqlı fikirləri ilə yekunlaşdırıram: "Ağlamaq dini vaqiələrdə,ruh və imanın paklıq və istirahəti üçün lazımı bir şey isə də, dünya işlərində fayda gətirməz.Təbiət olduqca qəddar və birəhmdir(rəhmsizdir).O, göz yaşlarına zərrə qədəri əhəmiyyət verməz.O, gülməyə, ağlamağa qarşı laqeyddir.Hələ ağlamaqdan bir az da zəhləsi gedir.Çünki ağlamaq acizlik əlamətidir.Acizlərin isə təbiət ən birinci düşmənidir.Qüvvətli olanları saxlar, zəif olanları əzər - budur onun rəftarı".
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 2026 21:34
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
- Mikayıl İsmayılovun oğlu məhkəmənin təyin etdiyi ekspertizadan NİYƏ QAÇIR..?
28 aprel 2026 00:06
- TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
27 aprel 2026 21:07
- İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
27 aprel 2026 13:09
- İlham Əliyev Sülh və Barışıq üçün Gernika mükafatı-na layiq görüldü
26 aprel 2026 16:27
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
