Məscid bol olarsa, basılmaz vətən..?
NUH.az-ın baş redaaktoru
Kamran Məhərrəmli
( Mövzunun aktuallığını nəzərə alaraq yenidən paylaşdım )
“Yeni Müsavat” qəzetinin baş redaktoru hörmətli Rauf Arifoğlu ilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev arasında “məscidlərin sayı” ilə əlaqədar “polemika” barədə eşitsəm də təfsilatı ilə bu gün tanış ola bildim. Azinform.az-ın bu gün yaydığı videoya baxandan sonra münasibət bildirmək qərarına gəldim. Sözün düzü, məni nə Rauf bəyin, nə də Adil müəllimin personası deyil, “məscidlərin say” məsələsi maraqlandırır. Yəni bu xırda yazını hər iki hörmətli şəxsə cavab kimi qəbul etmək lazım deyil. Məni narahat edən “məscid bumu”dur.
Videogörüntüyə baxanda bəlli olur ki, Rauf bəy məscidlərin sayının daha çox olmasını və ən əsası bunun cəmiyyətimiz üçün faydalarını xüsusi olaraq qeyd edir...
Doğrudanmı, məscidlərin sayının az qala həndəsi silsilə ilə artması cəmiyyətimiz üçün bu qədər əhəmiyyətlidir..?
Məlumdur ki, əgər sovet dövründə Azərbaycanda onlarla məscid vardısa, indi respublikamızda demək olar ki, hər kənddə, hər yaşayış məntəqəsində məscid var. Onların sayı on minlərlədir. Yəni bu gün ölkəmizdə “tikinti-göydələn bumu”na bənzəyən “məscid bumu” yaşanır.
Axı, unutmaq lazım deyil ki, kəmiyyət artımı heç də həmişə keyfiyyət artımı ilə müşahidə olunmur. Son 20 ildə məscidlərin, mədrəsələrin, hacıların, məşədilərin sayı artdıqca korrupsiyanın, rüşvətxorluğun, əxlaqsızlıq yuvalarının, qadın alverinin, narkomanların, uşaqbazların, evlərimizi tele-efir vasitəsi ilə zəbt etmiş və əksəriyyəti “hacı-məşədi” titulu daşıyan, millətə “ağsaqqallıq-ağbirçəklik” dərsi keçən şou əhlinin sayının həndəsi silsilə ilə artmasını, büt(s)pərəstliyin və digər neqativ halların “çiçəklənməsini” necə izah edək? Bəlkə bunların arasında bir əlaqə var?
Müstəqillik dövründə məscidlərimizin sayı “onlarla” dan “on minlərə”dək artıb. Yəni 1000 dəfə. Bəs, mərhəmətin, ədalətin payı cəmiyyətimizdə heç olmasa 5-10 faiz artıbmı? Bəlkə əksinə, azalıb?
Məscidlərin tikildiyi kəndlərdə görəsən əxlaq, mənəvi dəyərlər, böyük-kiçiklik heç olmasa 20-25 il əvvəlki səviyyədə qalıbmı? Adına “Allahsız dövlət” dediyimiz, məscidlərin sayının çox az olduğu sovet dönəmindəkiləri heç olmasa qoruya bildikmi? Budurmu, bizim “Allahlı, məşədili, hacılı cəmiyyətimiz?”.
Mən sıradan bir müsəlman olaraq məscidlərin tikilməsinin əleyhinə deyiləm. Ancaq məscidlərin sayını aybaay, günbəgün artırmaq nə vaxtdan məqsəd olub? Pambıq, üzüm planıdır, məgər?
Vaxtilə məlum səbəblərdən məscidlərin olmadığı kəndlərdə kitabxanalar, mədəniyyət ocaqları var idi. Şəhərlərimizdə zavodlar, fabriklər işləyirdi. Və ən əsası kənddə-şəhərdə az-çox həyat qaynayırdı. Bəs bu gün vəziyyət necədir? Sanki cəmiyyətdə təhsil və mədəniyyət işçilərinin rolu arxa plana keçib. Və onların yerini mollalar tutub.
Görəsən, bu barədə hörmətli Rauf bəy nə düşünür?
NUH.az
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 2026 10:36
- Prezidentdən qurultay iştirakçılarına - Müraciət
23 aprel 2026 13:30
- Zahid Oruc : Əsl enerji təkcə yerin altında və Göylərdə deyil, insanların ideallarında, iradəsində və birliyindədir
22 aprel 2026 23:40
- General Bərxudarov 50-yə çatdı !
20 aprel 2026 11:40
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 2026 19:56
- Qəbiristanlıqda meyiti tapılan Qarabağ qazisi tələbə imiş - Foto
15 aprel 2026 11:59
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 2026 11:11
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 2026 11:57
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 2026 11:35
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
