Generalın villasından çemodanla oğurlanan qızıllar: qulluqçu kimlərin güdazına gedir?
Generalın evindən 2015-ci ildə edilən oğurluqla bağlı aparılan araşdırmalar dalana dirənib. Generalın evindən çemodanlı qızıl oğurlamaqda təqsirləndirilən qulluqçunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ancaq məhkəmə prosesi qeyri-müəyyən səbəblərə görə uzanır.
musavat.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin evindən çemodandakı qızılları oğurlamaqda təqsirləndirilən şəxs həmin villada qulluqçu işləmiş Sədaqət Məmmədovadır. 2015-ci ildə hadisədən bir neçə gün sonra şübhəli şəxs qismində saxlanılan S.Məmmədova barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilmiş, sonra isə ev dustaqlığına buraxılmışdı. Çünki onun törətdiyi deyilən oğurluq əməlini sübut edən kifayət qədər faktlar yox idi.
Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinən S.Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesinə hakim Rahib Salmanov sədrlik edir.
Generalın villası...
Oğurluq hadisəsi general Qambay Əliyevin anası Böyükxanım Əkbərovanın adına olan İzzət Həmidov küçəsi ev 7, mənzil 8-də baş verib. General da anasının adına olan bu villada yaşayır.
Qeyd edək ki, generalın anası oğurluq hadisəsindən bir neçə ay sonra dünyasını dəyişib. Mərhuma məxsus mənzildən ümumi dəyəri 160 min manata yaxın qızıl-zinət oğurlandığı qeyd edilir. Oğurlanan qızıl zinət əşyalarının mərhuma məxsus olduğu bildirirlir.
Hazırda oğurluqda təqsirləndirilən S.Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi bir ildən artıqdır ki, davam edir. Məhkəmə prosesi qeyri-müəyyən səbəblərə görə dəfələrlə təxirə salınıb.
Sonuncu dəfə may ayında baş tutan qısa prosesdə hakim məhkəmə istintaqının yekunlaşmasını təklif etmişdi. Ancaq dövlət ittihamçısı iş üzrə şahid qismində tanınmış bir nəfərin məhkəməyə gəlmədiyini və onun dindirilməsinin vacibliyini qeyd edib. Dövlət ittihamçısı söyləyib ki, Sədaqət Məmmədova evdən çıxarkən taksiyə minib. Və bu zaman onun əlində çanta olmasını görən, bu haqda danışa biləcək taksi sürücüsü İbrahim Mərdanov məhkəmədə mütləq dindirilməlidir.
Taksi sürücüsü nə görüb?
Bildirək ki, ittihamda yazılır ki, S.Məmmədova işlədiyi villadan qızılları götürdükdən sonra çağırdığı taksi ilə hadisə yerindən uzaqlaşıb. İttihama görə, taksi sürücüsü S.Məmmədovanın əlində olan çantaları görüb.
Prokurorun bu təklifindən sonra məhkəmə prosesinin təxirə salınması ilə bağlı qərar qəbul edilib. Bu qərardan sonra məhkəmə prosesi iki ayrı günə təyin edilsə də baş tutmamışdı.
Növbəti məhkəmə prosesi isə iyunun 5-nə təyin edilib.
Günahkar kimdir?
Sədaqət Məmmədova isə oğurluq hadisəsində generalın kürəkəni Ramin Qədirovdan şübhələnir. S.Məmmədova məhkəmə prosesində də bunları dilə gətirmişdi. S.Məmmədova əsas olaraq isə göstərir ki, oğurluq hadisəsindən əvvəl Ramin Qədirov Böyükxanım Əkbərovadan 200 min pul istəyib. Generalın anası isə Ramin Qədirova 4 min manat verib. Həmçinin Ramin Qədirov arvadının ondan xəbərsiz ev aldığından xəbər tutub və intiqam almaq istəyib.
S.Məmmədova həbsdən azad edildikdən sonra mətbuata açıqlamasında deyib ki, generalın adını bu işdə hallandırmamağa çalışırlar. Onun iddiasına görə, oğurlanan qızıllar generalın olsa da anasının adı çəkilir.
Generalın əmlakları...
S.Məmmədova generalın qızı tərəfindən rüşvət təklifi aldığını və həmçinin hədələndiyini də bildirib: “Kürdəxanıda saxlanılanda generalın qızı Sevinc gəlib dedi ki, 150 min verəcəm, amma ərimin adını çəkmə. Sonra generalın adamı Rauf Mehiyev mənə işi boynuma almağımı təklif elədi. Həmin müddətdə mən də ailə üzvlərim də hədələndik”.
Bildirək ki, bu işdə zərərçəkmiş tərəfin vəkilləri generalın və ailə üzvlərinin adının hallanmaması üçün çalışırlar.
Hazırda həbs edilmək təhlükəsi ilə üz-üzə qalan Sədaqət Məmmədova musavat.com-a danışarkən daha bir maraqlı faktın üstünü açmışdı. Onun sözlərinə görə, bu işdə generalın adını çəkmək istəməsələr də, bütün əmlaklar, yaşadıqları villa, oğurlanan qızıllar ona məxsusudur. Ancaq mərhum anasının və övladlarının adına rəsmiləşdirib.
“Notariusun işçiləri evə gəlirdi. Villaları, mülkləri Böyükxanım xanımın adına rəsmiləşdirirdilər. Növbəti dəfə isə həmin mülkləri guya Böyükxanım xanım pay olaraq nəvələrinə, övladlarına verib. 400 manat təqaüdlə hər gün bu əmlaklar necə alınırdı?”- deyə S.Məmmədova açıqlamasında bildirmişdi.
S.Məmmədova həmçinin məhkəmədəki ifadəsində evdən oğurlnadığı iddia edilən qızılların bir neçə msilini də gördüyünü məhkəmədə demişdi. O, qeyd edirdi ki, generalın mərhum anası çemodanda olan qızılları tez-tez ona təmizlədərək yerinə yığdırırmış.
Qeyd edək ki, bu iş üzrə şahid qismində generalın kürəklənləri və qızları da məhkəmədə şahid qismində ifadə verib. Ancaq generalın qızları dindirilərkən məhkəmə prosesi qapalı keçirilmişdi. Məhkəmənin qapalı keçirilməsi ilə bağlı təklifi isə zərərçəkmiş tərəf irəli sürmüşdü.
NUH.az
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
7 fevral 2026 13:28
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
