Azərbaycan kimdən nə alır və kimə nə satır? Xarici ticarətinin mənzərəsi
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 93 ölkəyə məhsul ixrac olunub, 148 ölkədən idxal olunub.
Xarici ticarətin həcmi
Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən, 2017-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 7000,8 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 4835,8 mln. dollar, idxalın dəyəri 2165,0 mln. dollar təşkil edib. Nəticədə 2670,8 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,8% artıb, real ifadədə isə 15,2%, o cümlədən ixrac 6,8%, idxal 27,6% azalıb.
İxracda İtaliya, idxalda Rusiya
Ticarət dövriyyəsinin 39,4%-i Avropa İttifaqı ölkələri, 12,1%-i MDB üzvü dövlətləri, 48,5%-i isə dünyanın digər ölkələrinin payına düşüb. İxracın dəyərinin 23,2%-i İtaliyaya, 10,8%-i Türkiyəyə, 5,4%-i Çinə, hər biri 5,2%-i olmaqla Portuqaliya və İsrailə, 4,9%-i Tayvana (Çinin əyaləti), hər biri 4,4% olmaqla, Almaniya və Kanadaya, 4,3%-i Gürcüstana, hər biri 3,4% olmaqla, Rusiya və Hindistana, qalan 25,4%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
İdxal olunmuş məhsulların dəyərinin 18,8%-i Rusiyanın, 16,6%-i Türkiyənin, 9,8%-i Çinin, 5,0%-i Almaniyanın, 4,5%-i Ukraynanın, 4,4%-i ABŞ-ın, 3,8%-i İtaliyanın, 3,7%-i Birləşmiş Krallığın, 3,3%-i İranın, 2,5%-i Qazaxıstanın, 1,8%-i Fransanın, 25,8%-i isə digər ölkələrin payına düşüb.
İdxal və ixrac etdiyimiz məhsullar
Hesabat dövründə 408,2 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 22,6%, real ifadədə isə 20,5% çoxdur.
Bu ilin yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 62,3%, təzə tərəvəz – 74,6%, tütün – 49,5%, çay – 22,1%, meyvə və tərəvəz şirələri – 49%, təbii üzüm şərabları və üzüm sulosu – 15,0%, meyvə və tərəvəz konservləri – 14%, polietilen – 0,3%, pambıq lifi – 5,8 dəfə, bentonit gili – 3,4 dəfə artıb, şəkər ixracı isə 2,1%, bitki yağları – 2,5%, kartof – 27,9%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,5%, emal olunmamış alüminium – 31,5%, qara metallardan borular – 22,3%, qara metallardan yarımfabrikatlar – 67%, pambıq ipliyi – 37,5% azalıb.
2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 2017-ci ilin yanvar-aprel aylarında təzə meyvə idxalı 10,7%, çay – 4,1%, quş əti və onun əlavə məhsulları – 2,2 dəfə, mal əti – 2,2 dəfə, minik avtomobilləri – 7,4%, polad prokatı – 6,3%, hesablama maşınları, blok və qurğuları – 2,4 dəfə, mebel – 34%, qara metallardan çubuqlar – 0,3%, rezin şinlər – 73,1%, mineral gübrələr – 4,3 dəfə, qara metallardan künclüklər – 38,4%, paltaryuyan maşınlar – 2,2 dəfə, məişət kondisionerləri – 2,3 dəfə, yük avtomobilləri – 81,1%, avtobuslar – 13% artıb, buğda idxalı isə 47,6%, xam şəkər və şəkər – 0,9%, bitki yağları – 30,1%, kərə yağı, digər süd yağları və pastaları – 3,7%, kartof – 16%, təzə tərəvəz – 35,7%, qara metallardan borular – 74,6%, polietilen – 30,8%, sement və sement klinkerləri – 92,1%, məişət soyuducuları – 44,6% azalıb.(oxu.az)
NUH.az
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
