İcra başçıları arasında qarşıdurma- TƏFSİLAT
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla həmkarı, Daşkəsənin icra başçısı Əhəd Abıyev arasında gərginlik yaranıb. Masallı rayonunda həmişə söz sahibi olmağa çalışan Abıyevlər bu dəfə sərt təpkiylə üzləşiblər.
Gərginlik o həddə çatıb ki, Rafil Hüseyinov birinci müavini olan Nadir Abıyevin (Əhəd Abıyevin qardaşı) demək olar ki, bütün səlahiyyətlərini əlindən alıb. O hətta iki gün əvvəl Qurtuluş Günü ilə bağlı verilən konsertdə belə gözə dəyməyib.
Bundan əlavə, Abıyev Yeni Azərbaycan Partiyasının Masallı rayon şöbəsinin rəhbərliyindən də uzaqlaşdırılıb.
Məlumata görə, bir həftə əvvəl YAP Masallı rayon şöbəsinin konfransı keçirilib, yeni İdarə Heyəti və Şura formalaşıb. İcra hakimiyyətlərinin birinci müavinləri adətən YAP-ın həmin rayon şöbələrinin rəhbəri olduğu halda, Nadir Abıyev bu dəfə heç İdarə Heyətinə salınmayıb.
Rafil Hüseynovun birdən –birə Abıyevlərə qarşı sərt davranması barədə bir neçə versiya var. Deyilənə görə, icra başçısı onunla bağlı “yuxarılara” şikayətlərin və mediada bəzi tənqidi materialların məhz Abıyevlər tərəfindən təşkil edilməsi qənaətindədir. Elə buna görə də R.Hüseynov Masallıda vəzifədə olan Abıyevləri zərərsizləşdirməyə başladığı bildirilir.
Hətta onun bir neçə görüşlərdə üstüörtülü şəkildə Abıyevlərlə bağlı sərt ittihamlar irəli sürdüyü də gələn məlumatlar sırasındadır.
Daşkəsən rayon İcra Hakimiyyətini başçısı Əhəd Abiyev BakuPost.az-a açıqlamasında qardaşı Nadir Abiyevin YAP-ın Masallı rayon təşkilatının idarə heyətindən çıxarılması xəbərini təsdiqləyib: “Qardaşım bir müddət əvvəl təqaüdə çıxmaq istəyirdi. Dövlət qulluğundan çıxdığı uşun yüksək pensiya alacaqdı. Həm də özəl iş var, onunla məşğul olacaqdı. Deyirdi ki, yaşım da keçib, artıq təqaüdə çıxmağın vaxtıdır. Başçı isə imkan vermədi, dedi ki, “hələ qal, işlə”. Görünür, qardaşım indi tam qərarını verib.
Bir adam işdən çıxmaq, təqaüdə getmək istəyirsə, özəl yer açıb, onunla məşğul olmaq istəyirsə, onun İdarə Heyətində qalması və yaxud İcra Hakimiyyətindəki iş nəyinə lazımdır? Qardaşım 1993-cü ildən YAP-ın üzvüdür. Masallı rayon şöbəsinin yaradıcılardan biridir. İndi pensiyaya getmək istəyir, idarə heyətində qalsa, gərək, bütün iclaslara qatılsın. Yenə də partiyanın üzvü kimi orada fəallıq göstərəcək, iclaslarda iştirak edəcək, partiyamıza öz xidmətlərini davam etdirəcək… Məcburdur ki, siyasi şuranın üzvü olsun? 20 ildir, o, vəzifədədir. İndi də partiyanın fəal üzvü kimi işini davam etdirəcək. Cavanlara yer vermək lazımdır”.
Ə. Abiyev Rafil Hüseynovla münasibətlərinin pis olmasıyla bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Mənim başçıyla aram yaxşıdır. Münasibətimiz də var. Heç bir problem yoxdur”.
Qeyd edək ki, Abıyevlərin Masallının Rafil Hüseynovdan əvvəlki icra başçısı, hazırda Astara rayon icra başçısı Qəzənfər Ağayevlə də çox kəskin qarşıdurması baş vermişdi. Həmin vaxt yayılan xəbərlərə görə məsələ Prezident Aparatına qədər gedib çıxmış, sonucda Abıyevlərın Masallı hegemonluğuna demək olar ki, son qoyulmuşdu. Lakin R.Hüseynov başçı təyin edildikdən sonra Abıyevlərə münasibət bir qədər yumşalımışdı, Masallıda vəzifədə olan Abıyevlərin “donu” açılmışdı… (Bakupost.az)
NUH.az
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
