Eldar Mahmudovun 22 milyon istədiyi iş adamı kimdir?

“MTN çetesi”nın qanunsuz əməlləri barədə daha bir epizod üzə çıxıb. Bu dəfə MTN özbaşınalıqlarını ləğv edilmiş nazirliyin sabiq əməkdaşı danışıb.
Ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq vəzifəli şəxslərinin cinayət əməllərinin qurbanları olanlar haqda istintaq orqanına danışan Abbasov Emin Seyid Ağa oğlu maraqlı faktlar açıqlayıb.
Musavat.com xəbər verir ki, Emin Abbasov Xəzər rayon icra başçısının birinci müavini olmuş Ələkbər Heydərov və Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini olmuş Rauf Sultanovdan hədə-qorxu yolu ilə külli miqdarda pul alınması epizodu üzrə ifadə verib.
İş üzrə şahid qismində dindirilən Emin Abbasov kimdir?
O, 1992-ci ildən 2010-cu ilin aprel ayınadək ləğv edilmiş MTN-nin Hərbi Əks Kəşfiyyat Baş İdarəsində müxtəlif vəzifələrdə işləyib, polkovnik-leytenant rütbəsində olub. Sonuncu vəzifəsi Hərbu Əks Kəşfiyyat Baş İdarəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunların və Ədliyyə Nazirliyinin hərbi qurumları üzrə şöbənin rəisi olub. Həmin vaxt Baş idarənin rəisi 2005-ci ildən general-mayor Nizami Şirinov olub.
Sabiq MTN zabiti E.Abbasov ifadəsində göstərib ki, 2007-ci ildə Nizami Şirinov öz xidməti otağında Vüqar Ağayevi iş adamı kimi ona təqdim edib və həmin şəxslə münasibət qurmağı, dostluq etməyini tapşırıb.
“Vüqar Ağayevin tikinti şirkətləri və torpaq sahələri var idi. Onun iş adamı və bacarıqlı sahibkar olduğunu gördüm. Bir gün təklif etdim ki, qardaşım Elxanla bir yerdə iş qursunlar. Qardaşım Şüvəlan qəsəbəsində fiziki şəxs kimi xırda buynuzlu heyvandarlıqla məşğul olurdu. Qala qəsəbəsində 5 hektar torpaq sahəsi var idi. Həmin torpaq sahəsini qardaşım 49 ilə Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan Zirə Südçülük sovxozundan icarəyə götürmüşdü. Qardaşımla məsləhətləşib ərazidə fərdi evlər tikməyi planlaşdırdıq. Bu işdə Vüqar da bizə dəstək verdi. Sonra Vüqar torpaq sahəsinə baxış keçirən zaman həmin yerdə hündürmərtəbəli bina tikməyin mümkün olduğunu söylədi. İşə başlamaq üçün 200 min dollar verəcəyini də dedi. Bir neçə gün sonra Vüqar Ağayev qardaşım Elxana 100 min dollar verdi” deyə Emin Abbasov ifadəsində bildirib.
İşlərin yaxşı getdiyi vaxtda rəisi Nizami Şirinovun onu yanına çağırdığını deyən E.Abbasov gözləmədiyi vəziyyətlə qarşılaşıb: “İşlər başlamışdı. Təxminən 1 ay sonra Nizami Şirinov məni çağıraraq Vüqarın verdiyi pulun onun olduğunu dedi. İşin içində özünün olacağını bildirdi. Təxminən 10-15 gündən sonra Vüqar yenidən qardaşına 100 min dollar verdi. Bundan sonra həmin ərazidə işlər intensiv şəkildə aparıldı, torpaq planirovka oldu, torpağın kadastr planı çıxarıldı. 2009-cu ilin aprel-may aylarında “Bakı Əyləncə Mərkəzi”ndə Vüqarla görüşdük. Dedi ki, özünə məxsus Nobel prospektində “Ağ şəhər” adlanan ərazidə torpaq sahəsini pula ehtiyacı olduğu üçün satmaq istəyir. Amma nazir Eldar Mahmudov və Nizami Şirinov buna imkan vermir. Vüqar torpaq sahəsinin Eldar Mahmudova veriləcəyini, lakin ona heç bir məbləğdə pul ödəmək niyyətində olmadıqlarını bildirdi. Vüqarla axırıncı görüşüm MTN-nin Nərimanov rayon idarəsinin yanında 2009-cu ilin avqust ayında oldu. Vüqar dedi ki, Eldar Mahmudovun yanından gəlir, Nizami Şirinov da orada imiş. Vüqar dedi ki, onlara külli miqdarda borcunun olduğunu deyərək əmlaklarını özlərinə götürmək istəyirlər”.
Sabiq MTN zabiti bildirib ki, Eldar Mahmudovla Nizami Şirinov iş adamı Vüqarın əmlakını tələb edərkən qardaşı Elxanın adına olan 5 hektar torpaq sahəsini tələb ediblər: “Vüqar sonuncu görüşdə dedi ki, bir müddət burada olmayacaq. Qardaşımın olan torpağı onlara verməməyimi tapşırdı. 2009-cu ilin sentyabr ayının ortalarında Nizami Şirinov məni otağına çağırıb qışqıra-qışqıra Vüqar Ağayevin qaçdığını dedi. Onun arvadını, bütün nəslini həbs etdirəcəyini dedi. Nizami Şirinov Vüqarın onunla naziri üzbəüz qoyduğunu, Vüqarın nazirə 22 milyon manat borclu olduğunu söylədi. Vüqar Ağayevin 20 hektar torpağının sənədini, həmçinin qardaşıma verdiyi 200 min manatı tələb etdi. Nizami Şirinov bölmə rəisi işləyən Daxili Qoşunlara nəzarəti həyata keçirən Qüdsi Maniyevi yanına çağırdı. Maşınımın şüşəsini sındırıb orada olan torpağa dair sənədləri götürməyini tapşırdı. Ancaq Qüdsi Maniyev buna etiaz etdi”.
E.Abbasov Nizami Şirinovun hədələrindən sonra qardaşının torpaq sahəsini və iş görmək üçün Vüqar Ağayevin verdiyi 200 mini ona qaytardığını bildirib: “Vüqarın qardaşıma verdiyi 200 min dolların əvəzində 200 min manatı Nizami Şirinovun hədə-qorxusu nəticəsində xidməti otağında ona verdim. 150 mini qardaşımdan, qalan hissəsini isə dostum Həmid Sultanovdan almışdım. Lakin Nizami Şirinov yenə də əl çəkmədi. Polkovnik-leytenant Elman Tahirov vasitəsilə qardaşıma məxsus 20 hektar torpaq sahəsinin sənədlərini gətirməyi, əks halda həbs olunacağını bildirdi. Məcbur olub 19 noyabr 2009-cu il tarixdə Nizami Şirinovun dediyi Eldar Mahmudovun qohumu olan İmanova Billurə Məmməd qızının adına Vüqarla şərik olduğu 5 hektar torpaq sahəsi ilə bağlı baş etibarnamə verdik. Bundan bir müddət sonra Nizami Şirinov yenə təhdid etməyə başladı. Əlavə 50 min istədi. İdarə rəisi işləyən polkovnik-leytenant Elman Tahirov vasitəsilə 2009-cu ilin noyabr ayının axırlarında 50 mini Nizami Şirinova verdim. Torpaq sahəsi də Elman Tahirovun iştirakı ilə nazirin qohumu olan qadının adına etibaranmə əsasında qardaşım tərəfindən verildi”.
Eldar Mahmudov işdən çıxarıdlıqdan sonra pulunun bir hissəsini geri aldığını deyən Emin Abbasov bunları deyib: “Elman Tahirovdan aldığı 50 mini tələb etdim. 2015-ci ilin noyabr ayının ortalarında Elman Tahirovla görüşdüm və MTN-nin Akademiyasının qarşısında 3 dəfəyə, 1-ci dəfə 10 min, 2-ci dəfə 10 min, 3-cü dəfə isə Ayna Sultanova heykəlinin qarşısında 3 min manat qaytardı”.
İfadəsinin davamında Emin Abbasov MTN-dəki digər özbaşınalıqlar barədə də danışıb.
Sabiq MTN zabiti bildirib ki, onda olan məlumata görə MTN-nin Anti-terror mərkəzi, Hilal Əsədovun rəhbərliyi altında Elçin Quliyev və İlqar Əliyevin iştirakı ilə Xəzər rayon icra başçısının müavini Ələkbər Heydərovun barəsində 2011-ci ildə guya saxta sənədlə bağlı əməliyyat keçiriblər. Bu zaman Ə.Heydərovdan 550 min manat alıblar. Bundan başqa həmin MTN dəstəsi Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestr idarəsinin Xəzər rayonu üzrə şöbəsini bağlatdıraraq heç bir bir rəsmiləşdirilmə aparılmadan həmin şöbənin rəisi Rauf Sultanovu saxlayıb ondan 150-200 min manat civarında pul alıblar.
NUH.az
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Araz Ağalarov barəsində icraat başladıldı
2 iyul 2025 23:12
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
2 iyul 2025 22:45
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
2 iyul 2025 21:29
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
2 iyul 2025 13:52
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
2 iyul 2025 00:11
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
1 iyul 2025 20:38
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
1 iyul 2025 15:18
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16