“Bu içkiləri içən heyvanlaşır” - Şok iddia
Havaların isindiyi bir vaxtda xüsusilə sərinləşdirici içkilərə tələbat artıb. Reklamlara inansaq, bu içkilərin içərisindəki xüsusi bir növ sərinləşdirməklə bərabər, insanı həm də “qanadlandırır”.
Modern.az xəbər verir ki, “Red Bull” adı ilə bazara çıxarılan içkinin enerji bərpa etdiyi və alkoqolsuz olduğu bildirilir. “Red Bull” hazırda “GmbH” şirkəti tərəfindən istehsal olunaraq 140-dan çox ölkəyə idxal edilir. “Red Bull” Tailandda istehsal olunan enerji içkisi vasitəsi ilə meydana gəlib, sözün tay dilindən hərfi tərcüməsi “Krating Daeng”dir.
“Red Bull Energy Drink”in əsası ilk dəfə avstriyalı Ditrix Mateşiç və Çaleo İovidya tərəfindən qoyulub. Onların hər biri 500.000 dollar investisiya ayırmaqla yeni yaranmış şirkətdən 49 faiz mənfəət əldə ediblər. Qalan 2 faiz mənfəət isə Mateşiçin şirkətə rəhbərlik etməsi şərti ilə oğlu Çaleo Şalemə ötürülüb. Və beləliklə, məhsul ilk dəfə olaraq 1987-ci ildə qazlı içki görünüşündə bazara çıxarılıb. Sahibkarların sənaye məqsədilə istifadə etməyə qərar verdiyi “Red Bull” hazırda energetik içki bazarının 70 faizini əhatə edir.
“Red Bull”un tərkibində su, taurin, arginin, kofein, B qrupu vitaminləri, şəkər, qlükoza, aspartam, natrium sitrat, heksoza maddələri var. Bu içkinin bazara daxil olmasından sonra “Pitbull”, “Rox”, “Hell”, “Jaquar”, “Blue”, “Reo Line”, “Monster” kimi yeni eneregtik içkilər istehsal olunmağa başladı.

Energetik içkilərin tərkibindəki qlükoza tez bir şəkildə qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə energetik içkilər məsləhət görülmür. Məhz buna görə Fransa, Danimarka və Norveçdə energetik içkilər rəsmi şəkildə qadağandır, adı çəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satılır.
Mütəxəssislərin bildirdiyinə görə, sutka ərzində iki şüşədən artıq energetik içki içmək olmaz. Hamilə qadınlara, uşaqlara, yeniyetmələrə, yaşlılara, hipertoniya, ürək xəstəlikləri və yuxu pozğunluğundan əziyyət çəkənlərə istifadə məsləhət görülmür. Heç bir halda energetik içkini spirtli içki ilə qarışdırmaq olmaz. Çünki kfein qan təzyiqini qaldırır, spirt isə hipotenziv təsiri gücləndirir. Nəticədə, bu məhlul ürəyə mənfi təsir göstərir.
“Su İstehsalçıları Birliyi”nin sədri Dövlət Məmmədov sayta deyib ki, energetik içkilər gənclərimizi bəlaya sürükləyir: “Energetik içkilər narkotikin bir növüdür. Bu içkidə heç bir enerjidən söhbət getmir. İçkilərdən istifadə zamanı beyin-qan dövranı sürətlə işləyir, orqanizmdə qan təzyiqi qalxır və bədəndəki enerji istifadə olunmağa başlayır. 3-4 saat sonra insan həmin enerjini bərpa etmək üçün mütləq ya yatmalı, ya da istirahət etməlidir. Energetik içkilərin tərkibindəki maddələrin böyük əksəriyyəti insan orqanizminə zərərlidir. Əbəs deyil ki, Avropanın bəzi ölkələrində energetik içkilərə qadağa da qoyulub. Bəzi ölkələrdə isə yalnız apteklərdə satılır. Çindəki super marketlərin çoxunda bu içkilər tamamilə yığışdırılıb. Energetik içkidən 2-3 banka arxa-arxaya içdikdə insan sanki havalanır, göyə qalxır. 3 banka energetik içki 1 litr arağa bərabərdir”.

Mütəxəssisin sözlərinə görə, içkidən istifadə zamanı insanın fikirləri dağılır, özünü güclü hesab edir: “Əgər avtomobili 80km/sürətlə idarə edirsə, ona elə gəlir ki, 20-30 km/sürətlə gedir. Eyni zamanda energetik içkilər sonsuzluq xəstəliyi yarada bilər. Rusiya mətbuatında dəfələrlə imtahanlardan əvvəl energetik içkilərin içilməsi tövsiyə olunur. Guya bu, abituriyenti daha zəkalı, daha sürətli edir. Reallıq göstərir ki, bu içkilərdən istifadə edən gənclər ya özlərini yüksək mərtəbədən atıblar, ya da başlarına hansısa fəlakətlər gəlib”.
D.Məmmədov bildirir ki, energetik içkilərin adları əsasən heyvan adlarından götürülüb: “Energetik içkilərin adına baxsaq, görərik ki, onların adı heyvan adıdır. “Hell” “Cəhənnəm” deməkdir. Hətta bankanın üzərində də şeytanı əks etdirən şəkil vurulub. Əgər şeytanın şəkli də vurulubsa, bunun reklamının aparılması, mağaza və marketlərin şüşələrinə vurulması nə deməkdir?! Heyvan adı verilən içkilər o deməkdir ki, bunu içən heyvani hal yaşayır. Bütün bunları Avropadan Azərbaycana gənclərimizin beyinlərini xarab eləmək üçün xüsusi insanlar yeridiblər. Yeridiblər ki, gənclərimizin başı xarab olsun. Bu içkiyə müraciət edənlər əsasən, 12, 14, 16 yaşlı uşaqlardır. Əslində isə bu içki yaşı 18-dən yuxarı olanlar üçün satılmalıdır. Yaşlı kişilərə, hamilə qadınların energetik içkidən istifadə etməsi olmaz. Bu həm narkotikə, həm də sonsuzluğa yol açır.
Hesab edirəm ki, respublikamızda energetik içkilərin bu qədər geniş yayılmasının səbəbi həkimlərdir. Çünki bizim həkimlər nə yemək, nə içmək lazımdır kimi maarifləndirici məlumatlar vermirlər. Əgər biz gənclərimizin sağlam olmasını arzulayır və ərzaq təhlükəsizliyi haqqında proqramı fikirləşiriksə, insan orqanizmi üçün zərərli olan malların sərbəst satışına qadağa qoyulmalıdır”.
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
6 fevral 2026 08:45
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
