Azərbaycanın cənnətində soyqırım - təcili reydlər başlayıb
Oğuz rayonunun Xalxal kəndinin adı çoxumuza tanışdır. Bura həm də turistlərin ən çox üz tutduqları məkanlardandır. Təbiət mənzərələri, yaşıl meşələr görənləri valeh edir. Amma bu yaşıllığa qənim kəsilənlər var.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, yol boyu gözlə görünən mənzərə insanı şoka salır. Kəsilmiş ağacların hələ yarpaqlarının qurumaması meşəyə qənim kəsilənlərin iç üzünü göstərir. Naməlum şəxslər, səbəbi bilinmədən dağ döşündəki ağaclara divan tutur, təbiəti talan edirlər.
Sakinlər, əslində belə mənzərə ilə tez-tez rastlaşdıqlarını və artıq heç bir qurumun buna məhəl qoymadığını vurğulayırlar. Ağaclara, nəticədə ekologiyaya balta vuranlar sakinlərin narazılığına səbəb olub. Yol kənarında onlarla kəsilən ağacların kötüyü isə vəziyyətin ciddiyyətindən xəbər verirdi.
Məsələ ilə bağlı Xalxal kənd bələdiyyəsinə müraciət etdik. Hər halda, bu dağlardan gələn motorlu mişarın səsini eşitməmək qeyri-mümkündür.
©
Sputnik / Ilham Ahmadov Kəsilmiş ağaclar
Ərazidə olduğumuz zaman ağacların kəsilməsi faktının araşdırılması ilə bağlı tədbirlərə başlandığını öyrəndik. Kəndin bələdiyyə sədri Nəriman Ramazanov bildirdi ki, dağ əraziləri meşəbəyiliyə aiddir. O, ancaq bələdiyyəyə məxsus olan ərazilərə cavabdeh olduğunu və ancaq bu ərazilər barədə məlumat verə biləcəyini qeyd etdi. Bununla yanaşı, bələdiyyə sədri problemlə bağlı artıq məsul orqanların məlumatı olduğunu və yerli ekologiya idarəsi tərəfindən baxış keçirildiyini də vurğuladı.
Məsələ ilə bağlı Meşə Mühafizəsi və Bərpası İdarəsi ilə əlaqə saxladıq. Baş meşəçi Asim Cumayev bildirdi ki, meşə fonduna aid olan ərazidə qanunsuz ağackəsmə faktı aşkar olunub və hazırda cavabdeh şəxslər barəsində müvafiq sənədləşmə işləri aparılır.
O, günahkar şəxslərin barələrində ən ciddi intizam tədbiri görüldüyünü, onların tutduqları vəzifədən azad edildiklərini qeyd etdi: “Yeni kəsilmiş ağaclarla bağlı yenidən reyd keçirilib və aidiyyatı sənədləşmə aparılaraq hüquq mühafizə orqanlarına verilməsi təmin ediləcək”.
Amma ağacların hələ solmayan yarpaqları onu göstərir ki, aidiyyatı qurumların araşdırma apardığı müddətdə belə, ağaclar kəsilir. Buna görə də, ağac kəsənlərin kim olduğu mütləq müəyyən edilməlidir. Əks halda onlar təbiətə qarşı soyqırımı davam etdirəcəklər.
mənbə :
Sputnik
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
