“Çingiz otağa girən kimi Cəfər şalvarına batırdı” - Çovdarov

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov "8-ci kilometr" bazarı epizodu üzrə ifadə verib: "Bizə şikayət daxil oldu, araşdırılması mənə tapşırıldı. Çingizi və oğurlanan qardaşını çağırıb ifadəsini aldım. Ardıyca da Cəfəri çağırdıq, dedi bazarı almışıq, Çingizin qardaşını da oğurlamamışıq. Dedim yaxşı. Qonşu otaqda da Çingiz Əəsədov qardaşı ilə birlikdə gözləyirdi. Çingiz otağa girən kimi Cəfər şalvarına batırdı, bizdən icazə alıb gedib tualetdə təmizlədi. Sonra Çingiz hər şeyi onun üzünə dedi.
Çingiz bizə dedi ki, bazarı istəmirəm, amma bunlardan alınsın, bunlar da həbsə getsin. Rəhbərliyə məruzə etdim, onlar da daha yuxarı ilə danışandan sonra mənə dedilər ki, bu işin içindən başqa hörmətli adamın adı çıxır, işi saxlayın. Mən də Çingizə bunları dedim, o da məsələni başa düşdü. Amma dedi ki, necə olur olsun, bazar onlardan alınsın. Mənə dedi ki, bazarı siz alıb işlədin. Cəfər bazarı qaytarmağa razı idi, amma borcu olduğu üçün 300 min pul istədi. Biz də rəhbərliyə məruzə etdik, dedilər halallıqla Çingizdən alın. Mən də qohumuma dedim, Çingiz Əsədova 150 min verdik, Cəfərə də 300 min notariusda verdik. Cəfər gəlib mənə yalvardı, kürəkənimdən xahiş etdim, o, Cəfərin qardaşına və bacısına da ayda 400 manat verirdik. Bazar alınan gündən bəri hər ay Çingizə 5 min pul verilib.
Bizə demişdilər ki, bu məsələ sülhlə həll edilsin. Çünki cinayət işi aça bilmirdik. Həmin adamın adı hallanacaqdı, mətbuat yazacaqdı. Mən istəyirdim ki, cinayət işi açılsın, Fərhad və Rafiq Əliyev qardaşları ilə Səfərov qardaşlarının əməllərini ifşa etdiyimiz üçün bizə də ən azı təşəkkür və ya medal verilərdi. Ondan əvvəl Fərhad Əliyev, Əli İnsanov və Hacı Məmmədov işini aparmışdıq. Qısa müddətdə bu da 3-cü əməliyyatımız olacaqdı. Hacı Məmmədovun adam öldürməsi ilə bağlı prokurorluğa şikayət daxil olmuşdu, amma heç nə edə bilmirdilər. Bu işi biz etdik.
2006-cı ildən Cəfərin adından şikayət ərizələri gəlməyə başladı. Çağırıb soruşduq ki, nə məsələdi, Cəfər dedi hər şeyi atamla qardaşlarım mənim adımdan yazır, nəzərə almayın. Sonra bizə məlum oldu ki, bu ərizələri o vaxt MTN-də işləyən bir yoldaş yazdırıb. Salman Səfərovla Çingiz Əsədov arasında telefon danışığında o ad dəfələrlə çəkilib, cinayət işi materiallarında var, mən ad çəkməyəcəyəm.
İttihamda yazılıb ki, bazarın qiyməti 5 milyon dollar olib, biz 450 min dollara hansısa yollarla almışıq. O vaxt bu qiymətə əmlak yox idi. 2005-ci ildə kürəkənim 5 otaqlı evi 17 min dollara aldı. Bazar alınanda orda tikili yox idi, konteynerlərdən ibarət idi".
Prokuror Çovdarova sual vermək istəyəndə general onu qabaqlayıb: "Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar, səs yazıları var, niyə cinayət işi açmırsız? O vaxt o adam sağ idi, biz edə bilmədik, edə bilirsizsə, siz edin".
Zərərçəkən C.Səfərov deyib ki, Çovdarov yalan danışır.
Məhkəmə prosesi iyunun 21-də davam etdiriləcək.
NUH.az
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
4 sentyabr 2025 13:56
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
3 sentyabr 2025 14:40
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
3 sentyabr 2025 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
3 sentyabr 2025 11:17
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin CAVABI
3 sentyabr 2025 14:30
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
3 sentyabr 2025 10:31
- Arzular çin oldu, həm də Çində oldu
3 sentyabr 2025 09:57
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin CAVABI
03 sentyabr 11:13
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57