“Eldar Baxışın son görüntülərini Mirşahin apardı” - MÜSAHİBƏ
Bu gün - iyunun 22-si görkəmli Azərbaycan şairi Eldar Baxışın doğum günüdür. Yaşasaydı 70 yaşı tamam olacaqdı. Kulis.az bu münasibətlə onun bacısı Ceyran xanımla şair haqqında söhbəti təqdim edir.
- Eldar Baxış sizdən böyük idi deyəsən…
- Biz dörd övlad olmuşuq. Böyüyümüz Eldar idi. Onda sonra Elmar, Şahmar... Üç qardaş, bir bacı... Qardaşların hamısı rəhmətə gedib.
- Eldardan əvvəl, ya sonra?
- Sonra...
- Niyə belə bəs? Atanız da cavan ölüb. Nəslinizdə kişilər qısaömürlüdür?
- Atam çox cavan yaşda dünyadan köçüb. 34 yaşında... Amma babam 50 yaşacan yaşayıb. Bəy olub, sovet vaxtı varidatını əlindən almışdılar. Varidatını verib üzə çıxıb, vəzifə veriblər ona. Ölən günə qədər sovet sədri işləyib.
- O tərəfin adamları adətən sərt olur. Necə idi? Sizi incitmirdi?
- Eldarmı? Heç vaxt! Məni çox istəyirdi.
- Bəzi qadağa qoymaq-filan...
- Mənə deyirdi, orta məktəbi, universiteti bitirmədən ailə həyatı qurmayacaqsan (gülür). Oxuyan olduğumu bilirdi, deyirdi, sən mütləq universitetə girəcəksən. Gözəl-göyçək qız idim, məni tənbeh eləyirdi ki, birdən evlənərsən. Həm də o dövrdə qız oxutmaq çətin idi. Mən Eldarın sözündən tutdum. Məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul oldum. Eldar da tarixi bitirib, getmişdi əsgərliyə. Batumiyə...
- Bir qardaş kimi necəydi Eldar?
- O, mənim təkcə qardaşım deyildi. Həm anamıydı, həm atamıydı. Baxmayaraq, anam da var idi. Sirdaşım idi mənim. O, bacım idi, qardaşım idi. Hərdən anamla sözümüz üst-üstə düşməyəndə deyirdi, Ceyranla işin olmasın, o, mənim arxamdır. Deyirdi, Ceyran məni dəfn eləyə bilər, mən onu eləyə bilmərəm. Yəni hər şeyim idi, hər şeyim... Hətta deyirəm, dörd övladım var, onlar gedərdi, Eldar qalardı...

- Eldar Baxışın çoxlu sevgi şeirləri var. Çox sevdiyi biri olub?
- Olubdu, amma alınmayıb.
- Kim idi?
- Universitetdə olanda istəyiblər bir-birilərini. Qızın atası bilmirəm, polkovnik idi, ya hərbi kafedrada işləyirdi universitetdə. Eldarın söhbəti yadımdadır, deyirdi, mənim iki uşağım var, amma o hələ ailə qurmayıb.
- Eldara görə?
- Hə, Eldara görə...
- Bəs niyə alınmayıb?
- Mamam qoymadı.
- Eldar sevgi şeirlərini o qıza yazmışdı?
- Bəlkə də. Bu barədə mənə heç nə demədi. Onu sevən bir qadın vardı, iki il əvvəl əvvəl rəhmətə getdi. O qadın da yazardı, Yazıçılar Birliyinin üzvüdü. Məleykə xanımdı adı. İnfarktdan öldü. Dil-ədəbiyyat müəlliməsi idi. Razində yaşayırdı. Bir-iki il qabaq bir hüzur yerində o qadınla təsadüfən rastlaşdıq. Məni görəndə ağladı. Birinci kursda oxuyanda Eldar onu istəyirmiş. Özü danışdı mənə. Boyunbağısını açdı göstərdi. Bir tərəfdə Eldarın, o biri tərəfində özünün cavanlıq şəkli. Artıq onun gəlini vardı, nəvələri vardı. Boyunbağını göstərəndə gözlərimə inana bilmədim. Məleykə dedi ki, mən Eldara 40 gün yas saxladım. Dedi, o boyunbağını ərim də, oğlanlarım da görmüşdü. Gizlin-gizlin qəbrinə gedibmiş. Qadın öləndə yasına getdim. Eldarın xatirinə. O ki bu sevgini daşıyıbmış içində...
- Həyat yoldaşı ilə evliliyi necə olub? Qohumluqla?
- Qohumluq xətti ilə evlənib. Yoldaşı anamgil tərəfdəndi. Düzdü, Edar istəmirdi. Anam da deyirdi, evlənməlisən, çünki mənə baxan gəlin lazımdır. Eldar da dedi, mən Bakıda yaşayacam, sən də Bakıda yaşamaq istəmirsən. Anaları da bilirsiniz, bir az əsdi-coşdu, Eldar da razılıq verdi. Mən getdim qızı istədim. Getdim, Eldarın elçiliyini elədim.
- Onda neçə yaşınız vardı?
- İyirmi beş. Sonra qız tibb texnikumuna girdi.
- İşləməyə qoymadı amma.
- Hə, qoymadı. Götürdü qaçdı Eldar onu.
- “Hə”sini alandan sonra?
- Hə. Heç qızı görməmişdi Eldar.
- Kimin köməyi ilə qaçırdıb? Tək olmur bu işlər...
- Bilmirəm.
- Maraqlıdır, niyə qaçırdıb bəs?
- Eldar hər gün mənə zəng eləyirdi. Hər gün. Radioda işləyəndə İbrahim Göyçaylı ilə bir kabinetdə otururdular. Mənə zəng elədi ki, İbrahim səninlə danışmaq istəyir. Dedim, ver danışaq. İbrahim dedi, sənə xoş xəbərim var; Eldar qız qaçırdıb. Mən əvvəl-əvvəl başqa cür düşündüm. Fikirləşdim ki, yəqin ayrı bir qızı qaçırıb. İstəmirdi axı onu. Soruşdum, kimi qaçırdıb. Dedi, “hə”sini aldığını...
- Eldar Baxış çox içən idi. Heç demirdiniz ki, içmə?
- Eşitmirdi. Deyirdi, dərdimdən içirəm. Dərdin nədir bəs? Millət dərdi.
- Ceyran xanım, siz nə vaxt bildiniz ki, Eldar şairdir?
- Mən dördüncü sinifdə oxuyurdum onda. Eldar Qubadlıda, şəhərin özündə oxuyurdu. Çardağımız vardı, yayda orda yatırdıq. Eldar bir gün gəldi. Mənim adımı deməzdi heç vaxt, “Dumduru” deyərdi mənə.
- Dumduru?
- Hə... (gülür) Mən də ağlayırdım ki, bu nə sözdü belə. Eldar da mənnən çimdik götürərdi. Mən də qışqırardım. Ay mama, ay mama! İstəyirdim, mamam gəlsin hayıma. Sonra böyüyəndə bilmişdim ki, bu ayaması mənə sevgisindən yaranıb.
- Maraqlıdır...
- Hə, biz çardaqda Eldarla bir yerdə yatırdıq. Mən atamı heç görməmişdim, öləndə 3 yaşım vardı. Eldar onda 10 yaşındaydı. Atamı xatırlayırdı. Dedi, mən şeir yazıram, rayon qəzetinin baş redaktorunun yanına getmişdim. Gülməyim gəldi, dedim, nə şeir e... O qədər dəcəl idi ki... Anam deyirdi, səhər açılanda görən hardan eşidəcəm ki, Eldar yumurtaları sındırıb, ya da kiminsə bağına oğurluğa girib.
- Uşaqları da döyürdü?
- Dəhşət! Onun qədər dəcəli yox idi. Şeir yazıram deyəndə, mənə qəribə gəldi. Dedim, sən hara, şeir hara? Sən cüvəllağı adamsan, səndən şair olar? Mən şairləri həmişə ağır təbiətli görmüşəm. Dedi, istəyirsən qağamla bağlı - biz atamıza qağa deyirdik - şeir yazmışam, onu deyim sənə? Heç yerdə çap olunmayıb. Mən yuxu kimi xatırlayıram o şeirin bir hissəsini.
- Deyin də mümkünsə.
- Atam ölən zamandan,
Məzara qoyulandan,
Saatlar, günlər keçib
Aylar, fəsillər keçib.
Amma ki ürəyimə
atam öldüyü gündən
Düşən o xal qalacaq
Yalnız, yalnız öləndə
Soyuq məzarda o xal
çürüyüb yox olacaq.
- O yaş üçün qeyri-adidir.
- Hə. Onda bildim ki, Eldar şeir yazır. Amma dedi, anama deməzsən.
- Niyə?
- Anamdan qorxurdu. Dəcəliydi, anam da onu döyürdü. Bir dəfə Eldar bağa girib. Payız təzəcə gəlib. Eldar Bahadır adlı kişinin bağına üzüm oğurluğuna gedib. Çıxıb üzüm yeyəndə görüb, Bahadır kişi deyinə-deyinə gəlir. Eldar dənələri atırmış yerə, bu da elə bilirmiş ki, quşlar gəlib dimdikləyir. Adam olduğunu bilmirmiş. Bahadır kişi də laltəhər kişiymiş. Deyirdi, üzümün dənəsini atırdım başına. Bizdə “qürre-qürre” deyirlər ki, üzümü yeyən quşlar uçub getsin. Bahadır kişi də Eldarı quş sanıb “qürre-qürre” eləyirmiş. Sonra da deyib ki, uşaqlara gərək deyim, ağacda qalan üzümləri yığsınlar. Eldar deyir, belə deyəndə əsəbiləşdim, özümü saxlaya bilmədim, üstündə beş-altı dənə olan salxımı atdım bunun başına. Onda Bahadır kişi adam olduğunu bilib, tüfəngi sazlayanda Eldar o biri tərəfdən özünü arxa atıb. Suyla üzə-üzə gəlib çıxıb evə. Mamam görüb ki, maykası qapqara olub. Elə bilib, Eldarı bıçaqlayıblar, ya da döyüblər. Əlində ağac budağı salıb bunu otağa, deyib, kim səni bu kökə salıb. Eldarın bir sözü vardı: “Mama, tövbə!”. Deyib, tövbə, bir də kiminsə bağına girməyəcəm.

- Ən vacib sualımız budur. Sizcə, Eldar Baxışı doğrudan da zəhərlədilər, yoxsa bu bir təsadüf idi?
- Zəhərlədilər. Amma kimin elədiyini bilmirəm.
- Həkim ona deyibmiş ki, içsən öləcəksən...
- Onu bilirsiniz nə vaxt dedi? Zəhərlənmədən ayılandan sonra dedi. Dedi, sən bundan sonra içsən öləcəksən. Amma zəhərlənmədən sonra Eldar nə vəziyyətdəydi ki, içsin. Ayağa qalxa bilirdi ki.
- O məclisdə kimlər olub, bilirsiniz?
- Hadisə “Tural” kafesində olub. Şüuru özünə gələndən sonra özüm Eldardan soruşmuşdum, intervü eləmişdim ondan və söhbətimiz lentə yazdırmışdım. Öləndən sonra Mirşahin gəldi bizə, məndən müsahibə aldı, Eldarla söhbət olan kaseti götürüb apardı. Kaset o gedən getdi, bir də üzünü görmədim. Dəfələrlə müraciət eləsəm də, nəticəsi olmadı.
- Orijinalı niyə verirdiniz ki?
- Eldar ölmüşdü, dünyamız uçmuşdu, başımız üstümüzdə idi ki?!
![]()
- Nə danışmışdı orda?
- İşdən sonra, dostu zəng eləyib onu qonaqlığa çağırır. Heyf, indi o adamın adı yadımdan çıxıb, Zəngilandan idi. Eldarla 18 ilin dostuydular. Nə olmuşdusa o məclisdə olmuşdu. Kafedə başqa adamlar da olub, bunlara qoşulublar. Eldar tanımırdı o adamları. Araq kənarda rumkalara süzülüb süfrəyə gətirilirmiş. Dedim, Eldar, dədənin evi onda yıxılıb!
- Həkim dedi ki, zəhərlənib?
- Hə. Həkim yoxladı, dedi, yatmalıdır, zəhərlənib. Eldar həmişə axşam gələrdi mənim yanıma, yeməyini yeyib qalxırdı öz ailəsinin yanına. Səhər də gəlib bir stəkan süd içib getməliydi. Həmin günü gəlmədi. Bir binada qalırdıq. Günortadan sonra qızı ağlaya-ağlaya gəlib dedi ki, mama, atam yaxşı deyil. Dedim, işə getməyib? Yox, dedi. Ayaqyalın qaçdım yanına. Gördüm qonşular yığılıb Eldarın başına. Eldar çarpayıda uzanıb, ağzından köpük gəlir. Dizimi qoydum yerə. Üç dəfə çarpayının başına fırlandım ki, nəyi varsa gəlsin mənə. Həkim diaqnozunu zəhərlənmə qoydu. Sonra mənə dedilər, Maqalov adında bir yəhudi həkim var, onu gətirin. Mən zəng elədim yazıçı Anara. Dedim, sənin də iki bacın var, mən də onun bacısıyam, Eldar əldən gedir, bizə kömək elə. Anar dedi, mən sizə kömək edəcəm. Elədi də. Maqalov gəldi. Analiz götürüldü Eldardan. Bir-bir analizlərinə baxdı. Mənə dedi, deyirsən, onun hər şeyiyəm, ona görə diqqətlə qulaq as. Buna zəhər veriblər. Ağır zəhərlənib. Özü də bədənini nəzərə alıb veriblər. Yəni zəhər uzun müddətə təsir edəcək ki, heç kimdən şübhələnməyəsiniz. Tədricən öləcək. Elə də oldu. 8 ay çəkdi. Eldar o müddətə yaman arıqladı. Maqalov dedi ki, İsrailə aparsan, Almaniyaya aparsan bəlkə sağala bilər. Ancaq Maqolov onu da dedi ki, bir gün bu zəhər ya beyninə vuracaq, ya bir yerini şikəst edəcək. Sonu da elə oldu. Ayaqlar da tutuldu, beyin də pozuldu. Qulu Ağsəs çəkmişdi son görüntülərini. Ondan üç gün sonra keçindi.
- O vəziyyətdə çəkilməyinə niyə razılıq verdiniz?
- Qulu gəldi bizə. Onda Eldar heç onu tanıya da bilmədi. Qulu ağladı, dedi, bəs mənim elçiliyimi sən eləyəcəkdin, Eldar Baxış. Dedim, Qulu, mətbuata getməsin bu video. Çək özündə saxla, arxivdi. O da söz verdi. Sonradan mənə zəng elədilər ki, artıq o çəkiliş televiziyada getdi. “Yol” verilişi idi deyəsən.
- O gün Eldar Baxışı işdən aparan o zəngilanlı dostuyla əlaqəniz oldumu sonralar?
- O özünü elə aparırdı ki, ürəyi yanmış kimi... Eldarın huşu özündə olmayanda gəlib ayaqlarından öpürdü.
- Sizə son olaraq nəsə dedimi? Vəsiyyət kimi...
- Eldar ölümdən danışanda ağzını yumurdum. Deyirdim, sən mənim atamsan, anamsan. Bir dəfə Bəxtiyar Vahabzadə gəlib demişdi ki, bəxtəvərsən, sənin belə bacın var, səni çiyninə alıb ordan-ora daşıyır. Durdu ayağa, Bəxtiyarın qolundan tutdu, dedi, bircə bacımdır, elə deməyin, ona bir şey olar. Ölümü nəzərə almırdı Eldar. Bircə dəfə demişdi ki, məni Xırdalanda basdırarsınız, biz tərəflərə oxşayır. Bir də demişdi ki, Qubadlı alınsa sümüklərimi ora aparıb, atamın yanına basdırarsınız. Belə şeylər danışanda ağzını yumurdum ki, sən məni çiynində aparmalısan, mən səni yox. Öləcəyinə inanmırdım. O özü də inanmırdı.
- Son anını necə xatırlayırsınız?
- Son anıyla bağlı şəklimiz də var. Başını qucaqlamışam. Dişləri tökülmüşdü. Bir dişi də qalmamışdı. Dilini, dişlərini, bədənini zəhər yemişdi. 140 kiloluq adam nə günə düşmüşdü. Ərimişdi. Üç gün özündə olmadı.
- Neçə yaşı var idi öləndə?
- 48. 49 yaşına bir ay qalmışdı. Mayın 22-i keçindi, iyunun 22-si ad günü idi.
- 70 yaşı olur. Yubileyi ilə bağlı nə düşünürsünüz?
- Mən Yazıçılar Birliyinə müraciət etmişdim ki, yubiley keçirsinlər. Ayın 7-dən bu söhbət var. Onlar da deyir, bəs gündəliyə salmışıq, gözləyirik bacısı gəlsin, gün təyin eləsin. Sən özün gün təyin elə, vaxtını de, mən də gəlim, gəlməsəm məni günahkar bil.
- Yəni yubatdılar və yubileyi keçirmədilər.
- Hə, yubatdılar.
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
