Gəlini faciəvi şəkildə ölən şairə haqda - Ciddi ittihamlar
May ayında Bakı şəhərinin Nəsimi rayonunda yaşadığı binadan özünü ataraq intihar edən Susana Şərifovanın anası hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edib.
Lent.az xəbər verir ki, Lənkəran rayon sakini olan Şərifova Olqa Alekseyevna iddia edib ki, qızı əslində intihar etməyib, öldürülüb. O, nəvələri Nərgizin və Nəzrinin onun himayəsinə verilməsini də xahiş edib:
“Mən Şərifova Olqa Alekseyevna. Mənim qızımı Şərifova Susana Şakir qızını öldürüblər. Onun qatilləri Baxşıyev Əbülfəz Yusif oğlu və Baxşıyeva Simuzər Abdulla qızıdır. Onlar qızımı azyaşlı qızı Nərgizin gözü önündə dəfələrlə vəhşicəsinə döyüblər, təhqir ediblər, şərəf və ləyaqətini alçaldıblar. Əbülfəz Nərgizi aparıb küçələrdə narkotik almaq üçün uşağı guya xəstə kimi qələmə verirdi, Susana bunlardan narazı qaldığı üçün döyülürdü. Simuzərin təşkili ilə Əbülfəz azyaşlı Nərgizin gözü önündə Susananın zorla saçını qayçıyla qırxıb. Onu və uşaqları evdə dustaq ediblər. Qızım hüquqlarını müdafiə etmək üçün onlara deyib ki, sizdən hüquq mühafizə orqanlarına şikayət edəcəm. Amma Simuzər ona qorxudub ki, “Sizin üçün bura Avropa və ya Rusiya deyil, bura Azərbaycandır, mən məşhur şairəyəm, məni hamı tanıyır. Qızlarım İsveçrədə yaşayır, onların bir zəngi bəsdir”".
Olqa Şərifova qeyd edib ki, qızı üzləşdiyi əməllərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: “Qızım özünün və uşaqlarının hüquqlarının müdafiəsi üçün bir il ərzində hüquq-mühafizə orqanlarına döyülmələri barədə, tibbi rəylərlə birgə müraciət edib. Uşaqların onlardan alınması üçün məhkəməyə iddia ərizəsi verib. Amma Simuzərin dedikləri düz çıxıb, qızımın müdafiəsi üçün heç bir köməklik göstərilməyib. 15 may tarixində isə Simuzər və Əbülfəz Sunananı yenə vəhşicəsinə döyərək, saçlarını zorla kəsib. Daha sonra onlar qızımı Bakı şəhəri, Nəsimi rayonu Mərdanov Qardaşları, ev 20, mənzil 20 ünvanının eyvanından itələyərək atıb öldürüblər. Mənim, ailə üzvlərimin və nəvələrimin insan hüquqları pozulur. Əbülfəzi sanksiya ilə 3 aylıq həbs ediblər, amma Simuzəri cinayətə cəlb etməyiblər. Qızımın uşaqlarını həmin qadın bizdən gizlədir. Həmin qadında uşaqların qalması çox təhlükəlidir. O, uşaqlara qorxu gəlir, onların psixologiyasını pozur. Xahiş edirəm, uşaqları bu insanların ümidinə buraxmayın”.
Şikayətçi əlavə edib ki, əlində qızının ölüm anını əks etdirən video-görüntü var: “Biz o videonu Nəsimi rayon Prokurorluğuna yollasaq da, bununla əlaqədar heç bir tədbir görülməyib”.
Lent.az hüquq-mühafizə orqanlarına təqdim edilmiş həmin video ilə maraqlanıb. Hüquq-mühafizə orqanlarından bildirilir ki, görüntülərdə Susana Şərifovanın qayınanası Simuzər Baxşıyevanın eyvandan düşmək üzrə olan gəlinin yanında olduğu, lakin onu itələmədiyi əks olunur. S.Baxşıyeva isə ifadəsində deyib ki, həmin vaxt özünü eyvandan atan Susanaya kömək etməyə çalışıb, lakin bunu bacarmayıb.
Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. S.Şərifovanın həyat yoldaşı Əbülfəz Baxşıyev şübhəli şəxs qismində tutulub və barəsində istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib




- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
