Azərbaycanda daha bir qorxunc həkim səhvi
Bakıdakı Respublika Perinetal Mərkəzində müalicə olunan hamilə qadına səhv qan köçürülüb.
Bu barədə xəstəxananın Doğum şöbəsinə yerləşdirilən xəstə Sevinc Məmmədlinin atası Məhəbbət Məmmədov modern.az-a məlumat verib. O bildirib ki, qızı iyunun 4-də Respublika Perinetal Mərkəzində qeysəriyyə əməliyyatı olunub.
Atanın dediyinə görə, həkimlər qızına +II yox, səhvən –II qan köçürüb və onun vəziyyəti ağırlaşıb: “Biz o xəstəxanaya 1000 manat pul ödədik. Əməliyyat olan gün axşamtərəfi getdim, qızıma baş çəkəm, amma onu meyit vəziyyətində gördüm. Onda daxili qanaxma baş verib, həkim də orada olmayıb. Tibb bacısı həkimlə əlaqə saxlayıb və qanaxma haqda ona məlumat verib. Soruşub ki, xəstəyə qan vursun, ya yox? Həkim də deyib ki, qan vursun. Qızımın qan qrupu +II RH ola-ola, ona -II RH rezuslu qan vurublar. Həmin qan da qızımın daxili orqanlarını zədələyib. Daxildəki bütün kapilyar damarları partlayıb. Mən 8 gün həmin xəstəxananın qarşısında zülm çəkdim. Daha sonra həmin xəstəxananın baş həkimi vasitəsilə qızımı Baku Medical Plaza klinikasına köçürdük”.
M. Məmmədov deyir ki, qızının müalicəsinin davamı üçün artıq imkanları çatmır: “İyunun 9-dan qızım Baku Medical Plazada müalicə olunur. Respublika Perinatal Mərkəzi Baku Medical Plazaya 13500 manat pul ödədi. Sonra isə dedilər ki, onların vəsaitimi yoxdur, ödəmirlər. Daha sonra isə qızımın sağlamlığını düşünərək, pulu özüm ödəməyə başladım. Hər gün xəstəxanaya 240 manat pul ödəyirəm. Artıq borc etmədiyim yer qalmayıb. Respublika Perinatal Mərkəzi mənə həm maddi, həm də mənəvi ziyan vurub. Mən çıxılmaz vəziyyətdə qalmışam. Bilmirəm ki, dərdimi hara və kimə deyim. İmkanlı şəxslərdən xahiş edirəm ki, qızımı ayaq üstə qaldırmağıma mənə maddi kömək etsinlər”.
Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova Lent.az-a bildirib ki, mərkəzdə olan qan –II yox, +II qan qrupuna aid olub: “Həmin qan Qan Bankından alınıb. Bizdə ağır xəstələr olduğu üçün həmişə Qan Bankından qan alıb ehtiyat üçün saxlayırıq. Ehtiyat qanları mütəmadi olaraq yoxlayıb, yeniləyirik. Həmin xəstəyə də +II RH qan köçürülüb. Bizim Qan Bankından alıb soyuducuda saxladığımız qan +II RH olub. Yəni əlimizdə olan qan paketinin üzərinə Qan Bankında vurulan pasport, ştampa görə, içərisindəki qan +II RH-dır. Həmin qan paketinin içində müsbət yox, mənfi qan olmasını isə tibbi ekspertiza müəyyən edə bilər”.
Direktor bildirib ki, xəstəyə vurulan qanı saxlayıblar, pasportu, sertifikatı da üzərindədir: “Gəlsinlər, aparıb ekspertiza etsinlər ki, içindəki qan müsbətdir, ya mənfi. Əgər üzərində Qan Bankının +II RH möhürü vurulan qan paketinin içərisindən –II RH qan çıxırsa, bu zaman məsuliyyət Qan Bankının üzərinə düşür”.
S.Məmmədova bildirib ki, qan köçürmə prosesi qaydalara uyğun icra edilib və birinci bioloji sınaq qoyulduğu zaman heç bir fəsadlaşma qeydə alınmayıb: “Qan köçürən həkim işi qaydalara uyğun icra edib. Yəni qan Qan Bankından alınıb, qanın sertifikatı var, qanın toplanması, qanın saxlanması pasportu həmin qan paketinin üstündə var, o qan heç bir insandan birbaşa götürülüb vurulmayıb. Qan sertifikasiya olunub və istifadədən əvvəl bioloji sınaq qoyulub. Bioloji sınağın nəticələri fiksasiya olub. Qanın köçürülmə texnikasının bütün bəndlərinə uyğun olaraq qan köçürülüb. Bu qan köçürülüb və xəstənin qanı eyni qruplu qana normal reaksiya verib. Eyni zamanda qadında kəskin qan azlığı olduğu üçün qan köçürməklə bağlı göstəriş olub”.
Mərkəz direktorunun sözlərinə görə, əgər xəstənin qanı -II RH olsaydı və biz ona +II RH qan köçürsəydilər, o zaman çox təhlükəli ola bilərdi: “Xəstənin qanında artıq antigenlər var idi. –II qan isə təmiz qandır və tərkibində antigen yoxdur. Ona görə təmiz antigensiz qanı hətta +II-ə köçürmüş olsaq da, təhlükəli reaksiya verməzdi. Xəstədə digər səbəbdən qan gemolizə uğrayıb, yəni qan damarlarda parçalanmağa başlayıb. Bu, qanköçürmə zamanı baş verə biləcək bir fəsaddır və bu hal ölümlə nəticələnmir”.
Mərkəzin direktoru qeyd edib ki, ilk 5 gündə xəstəyə Perinatal Mərkəzdə yardım edilib və sonra Baku Medical Plazaya köçürülüb: “İlk günlərdə lazım olan bütün tibbi yardımı göstərdik. Aparatlara qoşduq, qan, qan plazma ilə xəstəni ağır durumdan çıxartdıq. Sonra xəstəyə geniş profilli aparat və nəzarət lazım olduğundan valideynlərin razılığı ilə Baku Medical Plazaya köçürtdük. Həmin xəstəxanaya da 17 min pul köçürtmüşük. Ailə imkanının olmadığını dedi və biz də 19 yaşlı bir ananın ölməsinə razı ola bilməzdik. Bu pul Mərkəzin hesabına yığıldı. Baku Medical Plazada üç gün sonra xəstənin durumu yaxşı olduğundan indi ikinci mərhələdə reabilitasiya müalicəsi alır. Hər gün durumu ilə maraqlanırıq. Əslində, biz danışmışdıq ki, xəstənin vəziyyəti yaxşı olandan sonra bizə qaytarılsın və yerdə qalan müalicəsini biz dövlət hesabına təmin edək. Ancaq atası razı olmadı və onlar özəl xəstəxanada daha yaxşı tibbi xidmət göstəriləcəyini düşündülər”.
S.Məmmədova onu da qeyd edib ki, xanımda hamiləliyin özünün fəsadlaşması olub və hamiləlik zamanı müayinələrə çox getməyib: “Sonuncu müayinədə qadında anemiya olduğu müəyyən edildi. Həm də dar çanaq, anemiya və bətndaxili hipoksiya olduğundan qeysəriyyə etməli olduq. Oğlan övladı dünyaya gəlib. Uşağa 15 gün biz baxdıq. Pampers, yeməklə təmin etdik və durumu yaxşıdır. Heç bir xəstəliyi yoxdur”.
NUH.az
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 2024 12:47
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
9 may 2024 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
9 may 2024 12:11
- Azərbaycanda Qələbə Günü qeyd olunur
9 may 2024 11:57
- Azərbaycanda yeni idman növü yaradıldı
8 may 2024 12:50
- İşdən çıxarılan məşhur cərrah danışdı
8 may 2024 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
8 may 2024 00:22
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
7 may 2024 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
7 may 2024 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
7 may 2024 11:42
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11