- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Mehriban Əliyeva ilə görüşdən sonra Proxanov: “Ermənilər fikirləşirsə ki, Laçına hücum planı gətirmişəm...”
Bu gün səhər məşhur rusiyalı yazıçı Aleksandr Proxanovun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü keçirilib. Xatırladaq ki, artıq bir neçə gündür müasir Rusiyanın ideoloqlarından biri, məşhur yazıçı və siyasətçi Aleksandr Proxanov Azərbaycanda səfərdədir. Bu günlərdə nüfuzlu rusiyalı qonaq Qarabağ icmasının liderləri, ziyalıların nümayəndələri ilə görüşüb, İvanovka kəndinə səfər edib, rəsmi şəxslərlə və Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Bakıda səfəri çərçivəsində A.Proxanov bir sıra sensasion bəyanatlar verib.
Görüşdən dərhal sonra A.Proxanov virtualaz.org-la Mehriban Əliyeva ilə görüşü barədə təəssüratlarını bölüşüb.

- Bu gün sizin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşünüz barədə məlumat verildi. Bu görüş barədə təəssüratlarınızı və keçirilən danışıqların bəzi təfərrüatlarını öyrənmək istərdik.
- Mən bu qadına valeh oldum – onun məlahəti, gözəlliyi, düşünülmüş fikirləri, bü günümüzün mürəkkəb təzahürləri barədə dərin düşüncəsinə heyranam. Söhbətimizin əvvəlində o, mənim bəşəriyyətin hazırda yaşadığı dəyişikliklərə münasibətdə mövqeyimlə maraqlandı. Yeni bəşər hansı hissləri doğurur və hansı taleyin müjdəçisidir. Bu, nə dərəcədə təhlükəli və hansı dərəcədə gözəldir? Söhbətimizin ilk 15 dəqiqəsini biz onunla bəşəriyyətə gələn və köhnə ideyaları silib aparan yeni ideyalar – düşmənçilik, nifrət, rəqabət və dominantlıq barədə fikir mübadiləsində keçirdik.
Mən eyni zamanda ondan soruşdum ki, hazırda nə ilə məşğuldur və nələrlə maraqlanır. Cavab verdi ki, yeni vəzifəsinin onun üzərinə qoyduğu xeyli sayda qayğılara baxmayaraq, mütaliə edir. Belə ki, bu yaxınlarda Lev Nikolayeviç Tolstoy və onun həyat tarixçəsi barədə kitabı oxuyub. Onu məşğul edir ki, nəyə görə bu cür nəhəng insan bütün işlərini ataraq, evindən, ailəsindən didərgin düşüb, nə axtarırmış?
Biz onunla çox maraqla və dərin şəkildə bu dünyada birlik, bütün varlıqların birliyini axtaran Tolstoy barədə müzakirə apardıq. O, Tolstoy və insanda inkişaf etmiş bu həyat ideyası barədə çox maraqla danışırdı.
Sonra biz onunla yeni Azərbaycan dövlətinin təşəkkülü barədə danışdıq. Bu məsələdə olduqca vacibdir ki, insanlarda yeni iradə, yeni ideya, yeni daxili mədəniyyət yaransın. Belə ki, Azərbaycan dövlətinin inkişafı yeni millətin, yeni, mütləq mənada müstəqil və süveren, lakin dünyaya açıq Azərbaycan dünyagörüşünün inkişafı ilə paralel şəkildə getsin. Ki, o bu gün bəşəriyyətin həyatında baş verən bütün xeyir əməllərə açıq olsun.
Mən ona Bakıda İzbor klubumuzun filialının açılması barədə arzumu çatdırdım ki, bu yolla Azərbaycan və Rusiya ziyalılarının özünəməxsus birliyini yaradaq. Və belə birgə mənəvi yaradıcılıqda Rusiya və Azərbaycan düşüncəsi arasında daimi əlaqələr yaradaq.
- Dünən siz Azərbaycan prezidenti İlham Əliyevlə, bu gün isə birinci xanım, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşmüsünüz. Siz Birinci vitse-prezidentlə dövlət başçısının tövsiyəsi əsasında görüşdünüz? Bu görüşlər hər hansı şəkildə bağlıdır?
- Düzünü deyim, məndə belə bir təəssürat yaranıb ki, bu bir görüş idi və iki hissəyə bölünmüşdü. Bir görüşün bu iki hissəsini bir sutkalıq zaman fasiləsi ayırdı. Prezident İlham Əliyevlə görüş zamanı hiss etdiyim o səmimiyyət bu gün xanım Əliyevanın iqamətgahında təkrarlandı.
Bu, bir insanla görüşə bənzəyirdi. Lakin biri hansısa məqamda prezident, digəri isə vitse-prezident rolunu yerinə yetirirdi. Bu insanlarla ünsiyyət məndə isti təəssürat yaratdı. Söhbətlərimiz çox mürəkkəb və təhlükəli mövzuları əhatə etsə də, onlar mənə ailə çevrəsində söhbəti xatırlatdı. Bu, protokol söhbəti deyildi, müşavirə deyildi, düşüncələrin gizlədilməsi ilə bağlı bir şey deyildi. Bu açıq həyəcanlar, ən kəskin və həmsöhbət üçün xoşagəlməz təzahürlər barədə fikirlər idi. Bugünkü dünya çox sirli və mübhəmdir. Və bu sirri açmaq üçün çox ehtiyatlı olmalısan ki, səhv etməyəsən və dünyaya zərər verməyəsən. Bu görüşlərdən təəssüratlarım bu cürdür.
- Söylədiniz ki, Birinci vitse-prezidentlə görüşdə sülh və hərb məsələlərini müzakirə etmisiniz. Bəs həmin görüşdə konkret olaraq Qarabağ münaqişəsi və erməni və azərbaycanlı xalqları arasında müharibənin tənzimlənməsi məsələləri müzakirə edildimi?
- Əlbəttə, bu məsələ həm prezidentlə, həm də vitse-prezidentlə müzakirə edildi. Məni sevindirən və heyrətləndirən odur ki, həm prezidentin, həm də vitse-prezidentin düşüncələrində nifrət duymadım.
Xanım Əliyeva dedi ki, heç vaxt yol verməz ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın. Vaxt var idi ki, bu xalqlar birlikdə yaşayırdı, bir masa arxasında əyləşərək şərab içirdi. Həmin zaman geri dönməlidir.
Mehriban Əliyeva anlayır ki, qan tökmək yolverilməzdir. Çox küskünlüklər toplanıb. Lakin bununla birlikdə, o hesab edir ki, bu, yüksək humanitar prinsiplər əsasında həll ediləndir. O prinsiplər ki, bütün insanlar və xalqlar özündə insaniyyəti artırmalıdır. Və xalqlarda insaniyyət nə qədər çox olarsa, onlar bir-birinə o qədər yaxın olacaqlar.
Görüş vaxtı cənab prezident müharibə vəziyyətində olan dövlətin başçısına xas tərzdə geosiyasi, hərbi strategiya və rəqabət kateqoriyaları üzrə düşünürdüsə, onun xanımı humanizmdən danışırdı, müəyyən qədər Lev Tolstoy kimi.
- Aleksandr Andreyeviç, Azərbaycana səfəriniz çərçivəsində özünüz üçün doğma olan İsmayıllı rayonunun İvanovka kəndini ziyarət etdiniz. Orada rus əhali kompakt şəkildə yaşayır. Rusiyada son dövrlərdə postsovet ölkələrində rus və rusdilli əhalinin problemləri barədə çox danışılır. Azərbaycanda bununla bağlı vəziyyət nə yerdədir və səfər zamanı özünüz üçün hansı nəticələri çıxardınız?
- Bilirsiniz, mən hələ də Ukraynada cərəyan edən bugünkü hadisələrin təəssüratı altındayam. Mən dəhşətə gəlirəm və üzgünəm ki, ukraynalılar özlərinin yeni dövlətini rusofobiya üzərində qururlar. Lakin bu yaxşı heç nə gətirmir və yeni fəlakərlər törədir.
Azərbaycan isə yeni dövlətini rus və sovet varlığını dağıtmadan, harmoniya tapmağa çalışaraq qurur. O, Azərbaycanla Sovet İttifaqı arasında, yaxud ümumi tariximizin 70 ilindən əvvəlki azərbaycanlılarla ruslar arasında bütün parlaq, vacib və mədəni olanı saxlamağa can atır.
Və bu nəticələrini verir. Mərhum Heydər Əliyevin, eyni zamanda hazırkı prezident İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın yanaşması belə olub və belədir. Öz dövlətini nifrət, antaqonizm, zor üzərində qurmaq olmaz.
Bildiyiniz kimi, mən molokanam və doğma İvanovka kəndim rusca gözəl danışır. Mən molokanlardan müasir və düzgün rus dilini öyrənmək istəyirəm. Azərbaycanda rus məktəblərinin necə işlədiyini və rus dilinin necə qorunduğunu görürəm.
- Siz indiyə qədər Azərbaycanla Rusiya arasında münasibətlər, onların perspektivləri və inkişafı barədə danışdınız. Yaxın illərdə iki ölkənin münasibətlərinin gələcəyini necə görürsünüz?
- Rusiya özünün yeni dövlətini qurur və mən bacardığım qədər bunda iştirak edirəm. Azərbaycan da özünün yeni dövlətini qurur. Vacibdir ki, rus və Azərbaycan dövlət quruculuğu paralel getsin. Onlar diqqətlə bir-birini izləsinlər və bir-birini nəzərdən itirməsinlər. Vacibdir ki, qonşunun dövlət quruculuğundakı hər bir addım dərs kimi qavranılsın.
Mənim İzbor klubunun Bakıda şöbəsinin yaradılması ideyam vardı və bu ideyanı prezident də, vitse-prezident də dəstəklədi. Bu isə özü-özlüyündə rusuiyalı və azərbaycanlı dövlətçilərin görüşüdür və onlar dövlətlərimizin təşəkkülü maraqlarından çıxış edərək münasibətlər qursunlar. Və bu, nəsə abstrakt bir şey olmasın, təcrübə mübadiləsi aparılsın, görüşlər və şübhələr paylaşılsın. Biz iki qardaş dövlət olmaq üçün hər şeyə malikik.
- Aleksandr Andreyeviç, sizin Azərbaycana hazırkı səfəriniz çox sıx proqramı ilə seçilir. Bunu yalnız Azərbaycanın daxilində maraqla deyil, qonşu Ermənistanda da ehtiyatla izləyirlər. Sosial şəbəkələrin erməni seqmentində və bəzi KİV-də yazılar peyda olur ki, onların müəllifləri səfərinizin pərdəarxasını axtarıb tapmağa çalışırlar...
- Ümumiyyətlə, şübhə və ehtiyat insanlara xas xüsusiyyətlərdir. Əgər ermənilər hesab edirsə ki, mən Azərbaycana bir neçə Rusiya diviziyası, S-600 kompleksləri, yaxud Laçına yeni hücum planı gətirmişəm, çox yanılırlar. Mənim arxamda nə Baş qərargah, nə də FTX var. Mən rusiyalı ziyalı, intellektual və yazıçıyam. Bura gəlmişəm ki, Bakıdakı dostlarımı qucaqlayım, təsdiq edim ki, Bakını, azərbaycanlı dostlarımı sevirəm. Mən bura Kalaşnikov avtomatı ilə yox, gül-çiçəklə gəlmişəm.
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
1 may 2026 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
1 may 2026 21:31
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
1 may 2026 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
1 may 2026 13:19
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 2026 23:26
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 2026 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
