AMEA-da ev davası: Bu dəfə gənclər qoşuldu
AMEA-da bir neçə gündən bəri davam edən ev davasına gənclər də qoşulub.
“Aspirantlar” yataqxanasının 25-dən çox gənc sakinləri Birinci vitse -prezident Mehriban Əliyevaya və İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya müraciət ünvanlayıb. Gənclərin Cebhe.info-ya verdiyi məlumata görə, iyunun 13-də Yasamal rayonu, Şərifzadə-12 ünvanında mənzil bölgüsü zamanı hüquqları pozulub. Onlar valideynlərinin çıxılmaz vəziyyətə qalmasından narahat olduqlarını bildirib. Xatırladaq ki, yataqxanada yaşayan 118 ailə 5 il bundan öncə prezidentə müraciət edib. Müraciətdən sonra prezidentin göstərişilə həmin ünvanda yaşayan 118 ailənin mənzillə təminatına dair iş başlayıb. “Evro Story-S” MMC ilə AMEA arasında 2012-ci il noyabrın 14-də podrat müqaviləsi imzalanıb. Bakı Şəhər İcra Hakimiyyətinin dekabrın 19-da 2012-ci il 564 saylı sərəncamı ilə Yasamal rayonu, Şərifzadə - 12 ünvanında yerləşən “Aspirantlar” yataqxanasının həyətindəki 0.66 hektar torpaq sahəsi “Evro Story-S” MMC-yə bu yataqxanada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və onların hər birinin 65 kvadratmetrdən az olmayaraq, mənzillə təmin olunmaları şərti ilə 4 ədəd 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilib. Qeyd edək ki, sözügedən bina tikilib başa çatsa da, ev bölgüsü zamanı AMEA ilə sakinlər arasında narazılıq yaranıb. Belə ki, iyunun 13-də AMEA-nın bir qrup əməkdaşına həmin binadan mənzil verilməsi barədə rəsmi məlumat yayıldı. Mənzil alan alimlərin sayı 54-dür, ancaq onların adları açıqlanmır. 50-dən çox ailənin mənzil bölgüsündən kənarda qaldığı bildirilir. Cebhe.info gənclərin müraciətini təqdim edir: “Hörmətli Birinci vitse-prezident Mehriban xanım! AMEA-nın mərhum prezidenti akademik Mahmud Kərimovun və yataqxana sakinlərinin müraciətlərinə cavab olaraq prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhəri, Şərifzadə -12 ünvanında yerləşən AMEA-nın “Aspirantlar” yataqxanasının həyətində sakinlərin mənzil şəraitini yaxşılaşdırılmaq məqsədilə bina tikilib. Çətin şəraitdə yaşayaraq yaşı 40-50- ni keçmiş valideynlərimiz elm fədaisi olaraq bizim kimi cəmiyyətə yararlı, gələcəyin qurucuları olan gəncləri yetişdiriblər. Bu gün ağır şəraitdə yaşamağımıza baxmayaraq, biz gənclər dövlətçiliyimizi gücləndirən bütün fəaliyyətlərdə yaxından iştirak edərək öz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetiririk. Cəmiyyətdə yer tutmağa çalışan biz gəncləri yetişdirən valideynlərimizin mənzil problemi ilə bağlı çıxılmaz vəziyyətdə qalması biz gəncləri də çox narahat edir. Bir çox uğurlara imza atmış, cəmiyyət üçün yararlı övladlar tərbiyə etmiş və buna davam edən valideynlərimiz başqa nə etməlidirlər? Bizim və bizim valideynlərimizin bir insan kimi yaşamağa haqqı yoxdurmu? Müharibə şəraitində olmasına baxmayaraq, regionun ən inkişaf etmiş dövləti olan Azərbaycanın ziyalısının və onların övladlarının bu çətin problem qarşısında aciz qalması acınacaqlı və ağlasığmazdır. Ümid edirik ki, “Aspirantlar” yataqxanasında qanuni yaşayan, mənzil bölgüsündən kənar qalan sakinləri, yəni bizim valideylərimizi bu çıxılmaz vəziyyətdən qurtaracaq və yataqxana sakinləri üçün tikilmiş binada bizim ailələrimizə ayrılan mənzillərin tezliklə verilməsinə köməklik edəcəksiniz. Biz gənclər dövlətimizə inanır və arxalanırıq. İnanırıq ki, AMEA “Aspirantlar” yataqxanasında yaşayan gənclərin səsini eşidəcək, valideynlərimizin və bizim pozulmuş hüquqlarımızın bərpasına kömək edəcəksiniz”. Yeganə Oqtayqızı Cebhe.info
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
