“Bu diplomatik etikadan kənardır” - XİN-dən açıqlama
“Rusiya Federasiyası Xarici işlər Nazirliyinin təkrarən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasi məsələsinə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblü və başa düşülən deyildir.”
“Qafqazinfo”ya daxil olan məlumata görə, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.
“Bu xüsusda Rusiya tərəfinin təqdim etdiyi qeyri-dost münasibət heç bir halda iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir.
Ümumiyyətlə, Rusiya və Azərbaycan arasında diplomatik əlaqələr qurulduqdan sonra 25 il ərzində son dövrə qədər bu məsələ heç bir zaman gündəmə gəlməyib. İndiki zamanda Rusiya tərəfinin bu məsələdə həddən ziyadə fəallıq göstərməsini izah etmək çətindir.
Əvvəlcədən məlumatlandırma və xəbərdarlıq rejimi əsasında Azərbaycan tərəfindən müvafiq olaraq erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə girməsi üçün şərait yaradılıb. Burada da hər hansı bir problem olmayıb. Bu günə qədər artıq yüzlərlə erməni əsilli Rusiya və digər ölkələrin vətəndaşlarının müvafiq ön xəbərdarlıqla Azərbaycan ərazisinə daxil olması təmin olunub. Dərin multikultural ənənələrə sahib müxtəlif etnik mənşəyə malik olan insanların azad birgəyaşayış məkanı olaraq Azərbaycan beynəlxalq və milli qanunvericiliyə əsasən öz milli və təhlükəsizlik maraqlarından çıxış edərək, xarici ölkə vətəndaşlarının öz ərazisinə buraxılıb buraxılmamasına dair özü qərar verir.
Rusiya tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq yaxşı bilir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş işğal və təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib və işğal edilmiş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədilib. 1 milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün həyatını yaşayır.
Xocalı faciəsini xatırlatmaq istərdik ki, erməni əsilli digər ölkə vətəndaşlarının da bilavasitə iştirak etməsilə Ermənistan silahlı qüvvələri tərəfindən bütün Xocalı sakinləri bir gecənin içində soyqırıma məruz qalmışlar. Bu ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələrinin mülki Azərbaycan əhalisinə qarşı törətdiyi hücumlar və təxribatlar nəticəsində bir qadının və onun 2 yaşlı nəvəsinin ölməsi faktı Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı bu kimi terror-təxribat siyasəti aparılmasının daha bir sübutudur. Xüsusən də belə bir həssas dönəmdə Rusiya tərəfindən bu məsələyə bu cür diqqətin yetirilməsi ciddi sualların yaranmasına səbəb olur.
Ümumiyyətlə, məsələnin həssaslığını nəzərə alaraq heç bir ölkə tərəfindən bu məsələ qaldırılmadığı halda, Rusiya tərəfindən, sözügedən məsələyə bu dərəcədə diqqətin yetirilməsi heç bir halda başa düşülən deyildir. Təəssüflər olsun ki, ata və anasının qəbrini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı Rusiya tərəfindən biganəlik göstərilir.
Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və biz də gözləyirik ki, Rusiya Federasiyası öz üzərinə düşən məsuliyyətdən çıxış edərək münaqişənin tezliklə həll olunması istiqamətində səylərini daha da artıracaq və Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılacaqdır. Nəticədə regionda davamlı sülh və təhlükəsizlik təmin olunacaqdır. Ondan sonra insanların da sərbəst gediş gəlişi üçün imkan yaranmış olacaqdır. Azərbaycan tərəfinin bu mövqeyi dəfələrlə müvafiq şəkildə Rusiya XİN-in diqqətinə çatdırılıb”.
- Ərdoğandan Misir prezidentinə hədiyyə
5 fevral 2026 00:53
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 2026 17:24
- Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama
19 yanvar 2026 17:10
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 2026 12:52
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- AZAL-ın təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ: Qazaxıstan AÇIQLAMA YAYDI
9 dekabr 2025 15:06
- Gələn il Pakistanın Ermənistanda səfirliyi açılır
3 dekabr 2025 23:57
- Azərbaycanın Təbrizdəki yeni Baş konsulu fəaliyyətə başladı
3 dekabr 2025 23:23
- Zelenski İlham Əliyevə zəng etdi
14 noyabr 2025 17:12
- Rəsul Quliyevdən açıqlama: Bir həftəlik Bakıya gələcəm
10 noyabr 2025 00:30
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
