Azərbaycanda neçə Milli Park var?
Əslində bizim xaricdə istirahət məkanı, gözəl təbiət axtarmağa ehtiyacımız yoxdur. Azərbaycanın kifayət qədər zəngin təbiəti burada huzur dolu həyat sürməyə imkan verir. Bütün bunlar bizə bir hədiyyədir və bu gözəllikləri qoruyub saxlamaq və daha da çoxaltmaq borcumuzdur. Bu səbəbdən dövlətimiz qoruqlar və Milli Parklar yaradıb.
Hazırda Azərbaycanda mövcud olan 8 milli park ölkə ərazisinin 3 faizdən çoxunu təşkil edir. 11 iqlim qurşağından 9-nun mövcud olduğu Vətənimizin hər bir milli parkı zəngin biomüxtəlifliyə malikdir. Bu səbəbdən həmin 9 təbiət incisinə ayrılıqda səyahət etmək insan üçün hər dəfə yeni bir aləm açır.
Beləliklə, Azərbaycan ərazisində 11 dövlət təbiət qoruğu fəaliyyət göstərir, lakin onların ərazisinə giriş qadağandır. Turizm.fins.az bu dəfə sizə milli parklarımız haqda bəhs edəcək. Qeyd edək ki, Milli parklara giriş 2 AZN təşkil edir. Bu qiymətə bələdçi xidməti də daxildir.
Abşeron Milli Parkı
Milli Park Abşeron yarımadasının cənub-şərq qurtaracağında – Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkında 50-dən artıq quş və heyvan növlərinə rast gəlinir. Milli Parkda 25-ə qədər bitki növü mövcuddur. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində dünyada nadir hesab olunan Xəzər suitisinə rast gəlinir və bu suiti əsasən may-avqust aylarında Milli Parkın ərazisindəki suiti burnunda müşahidə olunur. Abşeron Milli Parkı paytaxt Bakıya ən yaxın olan təbii abidə, ekoturizm üçün ən əlverişli məkandır. Abşeron yarımadasında ən təmiz dəniz suyu məhz bu ərazidədir. Milli Park ən təmiz havası, su ilə birləşən ən ucqar quru ərazisi və flora və faunası ilə tamamilə vəhşi təbiəti olan məkandır.
Göygöl Milli Parkı
Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanıb. Ərazidə məskunlaşan heyvanlardan ikisinin -Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı Qırmızı kitablara düşüb. Qırmızı kitablarda Göygöldə yaşayan və qorunan farel balığının və bir çox quşların da adı var. Qeyd edək ki, Milli Park ərazisində gələn qonaqlar üçün tam turistik infrastruktur qurulub. Burada gecələmək üçün kotteclər və s. sizin xizmətinizdədir.
Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı
Ordubadda yerləşən Zəngəzur Milli Parkının ərazisinin çox hissəsi dağlıqdır. Su şəbəkəsini əsasən ərazidən axan çaylar təşkil edir. Zəngəzur Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlimə, relyefə və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi, turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.
Altıağac Milli Parkı
Altıağac Milli Parkı Xızı və Siyəzən rayonlarının inzibati ərazilərində yerləşir. Milli Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Burada adları Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş qartalkimilərin müxtəlif növləri diqqəti daha çox cəlb edir. Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası fəaliyyət göstərir.
Hirkan Milli Parkı
Milli Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini əhatə edir. Hirkan Milli Parkının ərazisinin çox hissəsini meşələr və şimal-qərbdən cənub-şərqə doğru uzanan sıra dağlar əhatə edir. Hirkan meşələrinin YUNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün layihə smeta sənədləri hazırlanaraq, Ümumdünya İrs Siyahısına göndərilıb.
Şahdağ Milli Parkı
Şahdağ Milli Parkı ərazisi Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqlarından ibarətdir. Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərib. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur. Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olub.
Ağgöl Milli Parkı
Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir. Göl əsasən qamışlıqlarla əhatə olunub. Ağ gölün suyunun səviyyəsi yay mövsümündə azalaraq, ən aşağı həddə çatır. Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilən quşların məskunlaşması ilə bağlıdır.
Şirvan Milli Parkı
Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.
Samur – Yalama Milli Parkı
Park Xaçmaz rayonunun inzibati ərazisində yerləşir. Xəzər sahili zona, Samur-Şabran ovalığı ərazisində yerləşən milli parkın ərazisinin əsasını meşə və düzən landşaft təşkil edir. Milli parkın ərazisinə daxil olan sahil suları balıqla zəngindir. Başlanğıc nöqtəsi olan Xudatdan Yalama qəsəbəsi, Nabran, Müqtəsir qəsəbəsi, Yaquboba kəndindən başlayaraq turist marşrutları boyu milli parkda müşahidə aparıla bilər.
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
