Ölüm ucuz, qiymət baha... - Faciə baş verən Green house-dan fotolar
Azərbaycanda istirahət mərkəzlərinin birində ölümlə nəticələnən faciə həmin məkanlarda təhlükəsizlik məsələsini bir daha gündəmə gətirib.
“Qafqazinfo” xəbər verir ki, belə ki, ötən gün İsmayıllının “Green house” istirahət mərkəzində hovuzda çimərkən elektrik cərəyanın vurması nəticəsində iki nəfər dünyasını dəyişib, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, faciəyə səbəb hovuzun içərisində rəngli işıqların və su motorunun olduğu, cərəyanın da həmin qurğuların nasaz naqilləri vasitəsilə suya birləşməsidir.
Bu məqamda qeyd edək ki, Azərbaycanda İstirahət mərkəzlərində dincəlmək üçün qiymətlər baha olsa da, cavabdeh şəxslər təhlükəsizlik məsələsini həmişə arxa plana atırlar. Mediada bir neçə dəfə məşhur istirahət mərkəzlərində elektrik cərəyanından dünyasını dəyişənlər haqqında xəbərlər yayılıb. Elə bir neçə il əvvəl Nabran istirahət mərkəzində də ölüm faktı baş vermişdi. Bu ilin may ayında Masallıdakı “İstisu” istirahət mərkəzində də eyni səbəbdən ölüm halı baş vermişdi. Eyni zamanda, 2014-cü ildə Masallıda "Qamo" istirahət mərkəzindəki hovuzda 10 yaşlı uşaq boğulmuşdu.

“Green House” istirahət mərkəzində isə ölüm çox ucuz olsa da, qiymətlər heç də elə deyil. Bir günlük iki nəfərlik istirahət 60 manata, 4 nəfərlik istirahət isə 80 manata başa gəlir. Maraqlıdır ki, xərcləri belə yüksək olan otel turistlərinin təhlükəsizliyinə biganə yanaşıb. Nasaz elektrik naqillərini vaxtında təmir etməməsinə görə iki nəfərin ölümünə və daha iki nəfərin isə yaralanmasına səbəb olub.
“Qafqazinfo” məsələ ilə bağlıə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlayıb. O bildirib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, hadisə nəticəsində Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Adıgözəlov Emin Zakir oğlu, Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Quliyev Gülhüseyn Xaliqverdi oğlu dünyasını dəyişib. Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Ömərov Eltəkin Məhəddin oğlu və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Əliyev Zakir Mahir oğlu təcili yardım avtomobili ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
***
Vəkil Ceyhun Yusifov “Qafqazinfo”ya bildirib ki, burada obyektin istismar qaydalarının pozulmasından söhbət gedir: “Bu da Cinayət Məcəlləsində özü bir norma təşkil edir. Sözügedən məsələdə isə ölümlə nəticələnən səhlənkarlıq hadisəsi baş verib. Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin tərkib hissəsidir. Bu maddə adı altında eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
NUH.az


- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
