Ərəblər gəldi, ət yenidən bahalaşdı: 14 manat oldu
Təxminən 2 ay əvvəl 1 manat - 1 manat 50 qəpik ucuzlaşan ət yenidən bahalaşıb. Belə ki, Bakıda mal əti 11 manat 50 qəpik, qoyun əti 12-13 manat, quzu əti 14 manata təklif edilir.
Ekspertlər Azərbaycanda ətin bahalaşasına ot və ərəb faktorunun təsiri olduğunu vurğulayılar. Belə ki, mövsümü olmasına baxmayaraq ot bağlamasının qiymətlərində də artım müşahidə olunur. Bahalaşma bu il yonca əkin sahələrinin azalması ilə əlaqələndirilir. Bir müddət əvvəl 2 manat 50 qəpiyə qədər ucuzlaşan ot bağlamasının qiymətinin hazırda 4 manat olduğu bildirilir. Bu isə küləş bağlamalarına tələbatı artırıb. Ona görə də yemin qiyməti 70 qəpiyə satılan bu yemlər hazırda 1 manat 12 qəpiyə qədər bahalaşıb.
Məlum olduğu kimi, heyvandarlıqda yem xərcləri bütün xərlcərin təxminən 50-60 faizini təşkil edir. Təbii ki, yem qıtlığı yaşanan kimi, bu dərhal ətin də qiymətində özünü göstərir. Ancaq bu ajiotajdan öncəki situasiyada qiymətlər cüzi olaraq dəyişirdi. Ot bahalaşsa da, ətin qiyməti kəskin artmırdı. Çünki alıcılıq qabiliyyəti aşağı idi və bu qiyməti artırmağa imkan vermirdi. Yerli əhali ətə kənardan baxıb köks ötürsə də, ərəblərin bazara girişməsi alıcılıq qabiliyyətinin yüksəlməsinə və tələbatın artmasına gətirib çıxarıb.
Bəzi iddialara görə, son vaxtlar Azərbaycana tez-tez səfər edən zəngin ərəb şeyxləri və şahzadələri burada yedikləri qoyun ətini ölkələrindəki ətlə müqayisə edərək, belə qənaətə gəliblər ki, azərbaycanlıların təklif etdikləri ət daha dadlıdır. Və bundan sonra onların Azərbaycandan ərəb ölkələrinə qoyun ixrac etmək qərarına gəldikləri bildirilir. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda qoyun-quzu ətinin bahalaşmasında ərəblərin xüsusi payı var.
Xatırladaq ki, ötən ilin sentyabr-oktyabr aylarında Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun oğlu- Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum və onun 100-ə yaxın adamı ov etmək üçün Azərbaycana gəlmişdi.
Buna qədər isə ərəblər 2015-ci ilin mart ayında da Saatlı və İmişli rayonlarında, Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsindəki ovalıqlarda dincəlmişdilər. O zamankı ov həvəskarları keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olmuşdu. Həmin vaxt ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, Mil düzündə çadırlar quraraq orada qalırdılar. Yerli təbiət və sadə kənd adamları zəngin ərəblərə o dərəcədə xoş təsir bağışlamışdı ki, onlar burada hətta torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətirmişdilər. Pulunu ödəyib yer kiraləyən, ov ovlayan, quş quşlayan ərəb şeyxləri Azərbaycanda yedikləri qoyun ətinin dadına da doya bilməyiblər. Elə bu səbəbdən də bu ilin aprel ayından qoyunları ərəb ölkələrinə ixrac etməyə başlayıblar. Bu ixrac əməliyyatlarının nəticəsində Azərbaycanda qoyuna tələbat artıb və qiymət avtomatik bahalaşıb.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Modern.az-a deyib ki, qoyunların və qoyun ətinin ixrac olunması sırf kommersiya məsələsidir:
“Bu, rentabellik baxımından da əlverişlidir. Hazırda qoyun əti kiçik partiyalarla, sınaq məqsədilə ərəb ölkələrinə ixrac olunub. Amma kütləvi qaydada ərəb ölkələrinə qoyun ixracı yoxdur. Bəlkə kimsə müəyyən səbəblərdən, yol xərclərini hesablamaq üçün aparıb. Bu, istisna edilmir”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov saytımıza bildirib ki, ölkədə alıcılıq qabiliyyəti ərəblərin hesabına artıb. Bu da öz növbəsində ətə tələbatı artırdığından qiymətlər bahalaşıb.
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
