Nazir prezidentə hesabat verdi
"Azərbaycanda ümumi daxili məhsulun dəfələrlə artmasına baxmayaraq, tullantılar xeyli azaldılıb"
NUH.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, son 15 ildə meşə fondu ərazilərində 144,5 min hektar sahədə 101,5 milyon ağac əkilib: "Sizin tapşırığınıza əsasən yaşıllaşdırma işləri geniş vüsət alıb, son 6 il ərzində arid sahələrdə yeni yaşıllaşdırma layihələri həyata keçirilib, 4150 hektardan artıq ərazidə 5,2 milyondan çox ağac əkilib, 11 min kilometr uzunluğunda damcılı suvarma sistemləri qurulub. Nazirliyin nəzdində yaradılmış “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin xidməti ərazisində 2 min hektar sahədə zeytun bağları salınıb, burada becərilən zeytun ağaclarının sayı 1,3 milyonu keçib. Bu bağlardan 2016-cı ildə ilk dəfə 100 ton məhsul götürülüb. Məhsuldarlığın ildən-ilə artaraq 2017-ci ildə 1000 tona, 2025-ci ilədək isə 15 min tona çatması gözlənilir.
Bundan başqa, 2017-2021-ci illər ərzində əlavə olaraq 5396 hektar ərazi müəyyənləşdirilib ki, orada da zeytun plantasiyasının salınması, o cümlədən yaşıllaşdırma aparılması nəzərdə tutulur. Mövcud və növbəti 5 ildə salınması nəzərdə tutulan bağlardan alınacaq məhsul gələcəkdə zeytun yağı və digər zeytun məhsullarına daxili ehtiyacın ödənilməsini təmin etməklə bərabər, ildə təxminən 50 milyon ABŞ dolları məbləğində ixrac potensialının yaradılmasına səbəb olacaq".
H.Bağırov qeyd edib ki, zeytun tinglərinə olan tələbatı xaricdən gətirməklə yox, daxili imkanlar hesabına ödəmək üçün “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin tinglik sahələrində vaxtilə İtaliya və Türkiyədən gətirilmiş elit sortlar hesabına, çilikləmə və toxumla yetişdirmə yolu ilə 2 milyon 250 min zeytun tinginin yetişdirilməsi nəzərdə tutulur: "Bunun da 800 min ədədi artıq 2016-cı ildə təmin edilib, 2017-ci ilin yazında əlavə olaraq 450 min ədəd çilik kökləndirilib və bu payızda artıq biz standarta uyğun 300 min ədəd zeytun materialını əkinə yönəldəcəyik.
Ekoloji sahəyə göstərdiyiniz xüsusi diqqət sayəsində Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin də marağına səbəb olub. BMT-nin sifarişi ilə məşhur Yel və Kolumbiya universitetləri tərəfindən xüsusi bir elmi mərkəz yaradılıb və həmin mərkəz 2016-cı ildə Ekoloji Fəaliyyətin Effektivliyi İndeksini hazırlayıb. 180 ölkəni əhatə edən indeksə görə Azərbaycan 31-ci sırada qərarlaşıb. Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ikinci, MDB ölkələri arasında isə birinci olub".
Nazir deyib ki, meşələrlə bağlı qiymətləndirmə üzrə Azərbaycan dünyada ilk beş ölkə sırasına daxil edilib. Bu yüksək göstəricinin qazanılmasına yeni meşə əkinlərinin salınması nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi səbəb olub:
"Həmin qiymətləndirməyə əsasən Azərbaycan iqlimə təsir edən faktorların azaldılması və enerjidən istifadənin ətraf mühitə təsiri baxımından ikinci, həmin bölmənin atmosferə atılan istixana qazlarının azaldılmasındakı nailiyyətlərə görə isə birinci yerdə qərarlaşıb. Ümumi daxili məhsulun dəfələrlə artmasına baxmayaraq, tullantılar 1990-cı ildəki 73 milyon tondan 51 milyon tona qədər azaldılıb. Buna davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi, ekoloji təmiz sənayenin və bərpa olunan enerji sektorunun inkişafı, enerji effektivliyinin artırılması, ən əsası isə Azərbaycanın bütün bunlara öz resursları hesabına nail olması səbəb olub.
Hörmətli cənab Prezident, 2016-cı ilin yanvarında keçirilmiş müşavirədə postneft dövrünün başlanması ilə bağlı tərəfinizdən yeni prioritetlər müəyyən edildikdən sonra nazirliyin daxili imkanları hesabına müvafiq addımlar atılıb. Sizin tapşırığınızla torpaq ehtiyatlarının potensial imkanlarından səmərəli istifadə edilməsi məqsədilə meşə fonduna aid 41 min 384 hektar açıq sahələrin iri aqroparkların yaradılması ilə məşğul olan təşkilatların ixtiyarına verilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub, bu istiqamətdə işlər gedir. Meşə ilə örtülü torpaqların açıq sahələrlə əvəz olunması üçün bələdiyyələrin hüdudları daxilində və təsərrüfatların istifadəsindəki dövlət mülkiyyətində olan sahələr müəyyən edilib. 75 min hektar təşkil edən meşə ilə örtülü bu ərazilərin meşə fonduna təhvil verilməsi, çox vacib olardı ki, gələcəkdə qorunması daha yüksək səviyyədə təmin olunardı. Bundan əlavə, meşə fondunda olan nisbətən kiçik sahəli açıq talalarda meşə növ ağaclardan yox, meşələndirmədə də əhəmiyyətlilik daşıyan meyvə verən ağaclardan aqromeşə massivlərinin salınmasına başlanılıb. Bu torpaqlarda 2017-ci ildən başlayaraq artıq 2200 hektar ərazidə 1,1 milyon ədəd tut, qoz, fındıq, nar, badam, şabalıd, zeytun və digər tinglər əkilməklə meyvə bağları salınıb".
Nazir əlavə edib ki, qarşıdakı beş ildə aqroparkların yaradılması ilə bağlı dövlət büdcəsindən əlavə vəsait cəlb edilmədən 23 çeşiddə 87,6 milyon ədəd, o cümlədən 8,2 milyon tut, 6,6 milyon qoz, 10,5 milyon fındıq, 2,9 milyon şabalıd, 3,7 milyon innab, 2,5 milyon zeytun və digər tinglərin yetişdirilməsi nəzərdə tutulub ki, artıq bunlardan 3 milyon 633 mini yetişdirilib. Bundan başqa, 2017-ci ilin 6 ayı ərzində müxtəlif meyvə ağaclarından 17 ton toxum tədarük edilib, fidan yetişdirmək üçün 14,3 hektar sahədə toxum səpilib, 2 milyon 262 min ədəd çilik basdırılıb, qapalı kök sistemi ilə 654 min 445 ədəd meyvə tingi yetişdirilib. İpəkçiliyin prioritetlərdən biri kimi göstərildiyini nəzərə alaraq, 2016-cı ildə 192 min ədəd standart tut tingi müxtəlif rayonlarda tut bağlarının salınması üçün ödənişsiz paylanılıb və bu istiqamətdə işlər davam edir:
"Nəzərə alsaq ki, salınacaq aqromeşə massivlərinin bir hissəsi Abşeron, Salyan və Qaradağ kimi arid ərazilərə düşür, burada suvarma ilə bağlı məsələlər də öz həllini tapıb. Belə ki, tapşırığınıza əsasən inşa edilmiş və ətraf ərazilərdə salınmış yaşıllıqların suvarılmasında istifadə edilən Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan iki dəfə artırılaraq sutkada 2 min kubmetrə çatdırılıb. Eyni zamanda, Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların istehsal gücü də iki dəfə artırılaraq sutkada 5 min kubmetrə çatdırılıb. Hazırda həmin ərazilərin 1186 hektarında aqromeşələrin salınması üçün hazırlıq işləri aparılır və müvafiq olaraq şorakət suların yararlı hala gətirilərək suvarmada istifadəsi layihəsi hazırlanır.
Möhtərəm cənab Prezident, bioloji müxtəlifliyin qorunub saxlanılması fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Sərəncamınıza əsasən Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğun yaradılması istiqamətində iş aparılır. Eyni zamanda, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək dəniz akvatoriyasını əhatə edən Milli Parkın yaradılması məqsədilə zəruri tədbirlər görülür. Yeni qorunan ərazilərin yaradılması işi başa çatdıqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcək ki, bu da ən qabaqcıl Avropa ölkələrinin səviyyəsi deməkdir".
H.Bağırovun sözlərinə görə, son dövrlərdə proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri demək olar ki, başa çatdırılıb. Təkcə son bir il ərzində əlavə 30 ədəd ən müasir avtomat meteoroloji stansiya quraşdırılıb və onların sayı 68-ə çatıb. Bu stansiyalardan biri işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində qurulub:
"Bundan başqa, iqlim məlumatlarının idarə olunması sistemi və müasir telekommunikasiya sistemi quraşdırılıb. Bununla da hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100 faizə çatdırılıb. Hidrometeorologiya sahəsində modernləşdirmə işlərinin nəticəsi olaraq, meteoroloji proqnozların özünü doğrultması səviyyəsi 97 faizə çatdırılıb.
Bir neçə il ərzində Milli Monitorinq Sistemi faktiki olaraq sıfırdan yaradılıb və ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması həyata keçirilib. Müxtəlif bölgələrdə, o cümlədən qonşu dövlətlərin ərazisində son dərəcə çirklənməyə məruz qalan transsərhəd çayların üzərində analitik tədqiqat laboratoriyaları fəaliyyət göstərir. Xızıda quraşdırılmış atmosferin yüksək qatları ilə ölkəyə daxil olan transsərhəd çirkləndiriciləri təyin edən müasir atmosfer havasının fon monitorinqi stansiyası ilə yanaşı, Bakıda atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqi məqsədilə ən yeni nəsil avtomatik stansiyalar kompleksi qurulub. Radiasiya, səs-küy, vibrasiya, toz və qazların ölçülməsi məqsədi ilə çoxsaylı avtomatik laboratoriya quraşdırılıb və atmosfer havasının vəziyyəti barədə məlumatların saatbasaat onlayn qaydada ictimaiyyətə çatdırılması təmin edilib.
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Sərəncamınıza əsasən 2017-ci ildə əlavə 15 rayonun 77 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli qurğuların quraşdırılması məqsədi ilə bütün layihələndirmə işləri başa çatdırılıb. Hazırda 47 obyekt üzrə tikinti işləri həyata keçirilir. Bu işlər tamamlandıqdan sonra ümumilikdə 484 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 700 mini keçəcək".
NUH.az
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 2025 16:06
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 2025 22:09
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 2025 23:10
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 2025 11:49
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Seçkilərə hazıram… –Zelenski Trampa cavab verdi
9 dekabr 2025 23:22
- İlham Əliyevin Robert Fiko ilə təkbətək görüşü oldu (YENİLƏNİB)
9 dekabr 2025 20:01
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
8 dekabr 2025 22:55
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
