Mətbuatımızın siması olmuş qəzetlər: onlar indi yoxdur (SİYAHI)
Əsası “Əkinçi” qəzeti ilə qoyulan Milli Mətbuat Gününün 142-ci ildönümünü qeyd edirik. Bu tarixin 25 ili müstəqil Azərbaycan mediasının səhifələri təşkil edir. Bu illər ərzində parlayıb sönən çox qəzet oldu. Bu qəzetlər bu gün çıxmasalar da adları yaddaşda qalıb. Son 25 il ərzində Azərbaycanda populyarlıq qazanan, lakin müxtəlif səbəblərdən bağlanmaq məcburiyyətində qalan qəzetləri yada salmaq istədik. Yaxın keçmişdə ölkə mediasının simasına çevrilmiş həmin qəzetlər hazırda Ədliyyə Nazirliyinin reyestrində olsa da, dərc olunmur, qapanıb. Və bir daha çıxacaqlarına da güman yoxdur. Lakin bu qəzetlərin yetişdirdiyi jurnalist imzaları ölkədə peşəkar media ənənələrinin formalaşmasında öz töhfələrini verib.
Gəlin onları bir də xatırlayaq:
“Azərbaycan” qəzeti – 1989-cu ildə nəşrə başlayan bu qəzet Azərbaycan müstəqil KİV-lərinin ilk qaranquşu sayılır. Xalq şairi Sabir Rüstəmxanlının baş redaktor olduğu qəzet o dövrün ictimai-siyasi həyatında böyük rol oynayıb.
”Aydınlıq” qəzeti. 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tanınmış jurnalust Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri Məmməd Nazimoğlu, Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” olub.
”İstiqlal” qəzeti. 90-cı illərin əvvəlində Azərbaycan Sosial-Depokrat Partiyasının sabiq həmsədri Zərdüşt Əlizadə tərəfindən buraxılırdı.
“Panorama” qəzeti. 1996-2000-ci illərdə gündəlik olaraq iki dildə (Azərbaycan və rus) çıxan bu qəzet media bazarında kifayət qədər nüfuz qazanmışdı. “Panorama”nın populyarlıq qazanması onun baş redaktoru Araz Zeynalovun əməyinin məhsulu idi. “Panorama”da medianın xeyli tanınmış imzası cəmlənmişdi. Həmin imzaların sahibləri indi müxtəlif yerlərdə çalışırlar, Araz müəllimin özü isə rusdilli “vesti.az” saytına rəhbərlik edir.
“Bu gün” qəzeti. Azərbaycanın qəzet bazarına sürətlə daxil olan “Bu gün” 1996-2003-cü illərdə özünəməxsus mövqeyi, kəsəri ilə seçilirdi. Hətta bir dönəm tirajına görə bütün ciddi qəzetləri üstələyərək 28 min nüsxə ilə çap olunan “Bu gün”ün həmin rekordunu bundan sonra çətin ki, hansısa yazılı medıa orqanı qıra bilsin. “Bu gün”ün baş redaktoru Nəsib İsmayılov deyir ki, qəzeti bundan sonra nəşr etmək haqqında əsla düşünmür.
”Press-fakt” qəzeti. 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində nəşr olunan və az vaxtda media aləmində özünə yer tutan “Press-fakt” da mətbuata bir sıra tanınmış imzalar verib. Tanınmış jurnalist, indi AzTV-də çalışan Məqsəd Nurun təsis etdiyi “Press-fakt”ın yenidən işıq üzü görəcəyi yəqin baş verməyəcək.
”Avropa” qəzeti. 2000-ci il fevral ayının 5-də yaradılan və 2003-cü ilin sonlarınadək çap olunan “Avropa” media bazarının sözü kəsərli qəzetlərindən idi. Həftəlik nəşr olunmasına baxmayaraq ciddi oxucu auditoriyası onun hər sayını maraqla qarşılayırdı. Fəxri Uğurlunun rəhbərlik etdiyi “Avropa” maliyyə probleminin qurbanı oldu.
”7 gün” qəzeti: 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində Azərbaycanda uzun müddət geniş oxucu auditoriyası olmuş qəzetlərdən biri idi. Bu qəzetin sonradan rusca «7 dney» adlı nəşri də çap olunurdu. Amma indi həmin qəzetlər işıq üzü görmür. «7 gün»ün baş redaktoru Emin Eminbəyli rəhbərlik etdiyi qəzeti bağlayandan sonra bir müddət «Şəfa» stadionunun direktoru vəzifəsində çalışdı. Bu vəzifədən getdikdən sonra isə bizneslə məşğul olmağa başladı. Mətbuat sahəsi üçün bir o qədər də darıxmadığını deyən keçmiş baş redaktor Modern.az-a “mənim bir daha mətbuata qayıtmaq istəyim yoxdu” deyib.
”Rezonans” qəzeti. Tanınmış vəkil Adil İsmayılovun təsis etdiyi və Mehman Cavadoğlunun baş redaktoru olduğu “Rezonans” qəzetinin də bir populyar zamanı vardı. Açıldı, tanındı, oxundu, sonra da qapandı… Deyəsən birdəfəlik…
“Yeni yüzil” qəzeti. 2001-2002-ci illərdə tanınmış jurnalist Gündüz Tahirlinin baş redaktorluğu ilə dərc olunan “Yeni yüzil” cəmi altı ay yaşadı, amma tanındı, ciddi dairələrdə ciddi qəbul olundu. Qəzetdə tanınmış imza sahiblərindən ibarət yaxşı kollektiv yığılmışdı: Adil Qaçayoğlu, Etibar Cəbrayıloğlu, Afaq Vasifqızı, Müsəllim Həsənli, Qurban Yaquboğlu, Vüqar Bayramov, Vəfa Allahverdiyeva, Məmməd Süleymanov, Natiq Cavadlı, Aynur Camalqızı, Əfqan Qafarlı, Laura Cəbrayıllı, Faiq Novruzlu, Xatirə Qasımova, Səbuhi Məmmədli… Amma “Yeni yüzili”in yaşaması təkcə tanınmış imzalardan asılı deyilmiş…
”Avrasiya” qəzeti. Türkiyədə və Azərbaycanda tanınmış jurnalist İrfan Sapmazın buraxdığı bu gündəlik qəzetin də bizim media məkanında öz yeri və oxucusu vardı… 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində çıxan “Avrasiya” bir sıra jurnalistlərin yetişməsi üçün məktəb oldu.
“Dövran” qəzeti. Həftədə bir dəfə nəşr olunan “Dövran” iqtidaryönlü qəzet idi. 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində nəşr olunan qəzetin baş redaktoru publisist, jurnalist Salman Vilayətoğlu idi. S.Vilayətoğlu 2009-cu ildə 47 yaşında dünyasını dəyişib.
”Çağ” qəzeti. Baş redaktoru Bahəddin Həziyev olan bu qəzetlə bağlı məşhur qalmaqal yaddaşlardan silinməyib. Hüquq-mühafizə orqanlarının qəzet redaksiyasında apardığı araşdırma nəticəsində kompüterdən tapılan “Müxalifətin mitiniq taktikası” yazısı “Çağ”ın sıradan çıxmasının bünövrəsini qoydu.
“Dedektiv” qəzeti. Mərhum jurnalist Elçin Səlcuqun nəşr etdirdiyi “Dedektiv” daha çox cinayət aləminin bizə qaranlıq məqamlarına işıq salırdı. Əvvəlcə “Dedktiv” bağlandı, üstündən bir neçə il sonra baş redaktor Elçin Səlcuq rəhmətə getdi….
“Millətin səsi” qəzeti. Həftədə br dəfə köşklərdə olan “Millətin səsi” tanınmış naşir Şahbaz Xuduoğlunun rəhbirliyi altında qısa vaxtda media məkanına səs sala bildi. Amma bu qəzetin ömrü çox da uzun sürmədi…
“Avtoritet” qəzeti. Tanınmış jurnalist İlqar Əlfioğlunun baş redaktorluğu ilə çap olunan “Avtoritet” “oğru dünyası”ndan yazdığı maraqlı materialları ilə qısa zamanda populyarlıq qazanmışdı. Qəzet geniş oxucu auditoriyası da toplaya bilmişdi. Hər şeyin bir zamanı olduğu kimi, “Avtoritet”in də zamanı oldu, keçdi və bağlandı….
“Günaydın” qəzeti. 90-cı illərin sonlarında çıxan bu qəzeti indi mətbuatda çalışan bir qrup jurnalist özləri üşün məktəb, onun o vaxtkı baş redaktoru Şahvələd Çobanoğlunu isə müəllimləri sayırlar.
“Elita” qəzeti. 1996-2000-ci illərdə çıxan həftəlik ictimai-siyasi qəzet idi. 1998-99-cu illər qəzetin fəaliyyətində yüksəliş dövrü olub. Redaktor Məsiağa Məhəmmədinin rəhbərlik etdiyi kiçik kollektiv “Elita”nın qəzet bazarında duruş gətirməsinə nail ola bilsə də, sonradan maliyyə problemi bu mətbu nəşrin sıradan çıxmasıa səbəb oldu.
”Ulus” qəzeti. Fəaliyyəti dövründə bir neçə dəfə məhkəmələrə verilən, təsisçisi və başredaktoru həbs olunan “Ulus” qəzetini eks-spiker Rəsul Quliyevin maliyyələşdirdiyi bildirilir.
“Bizim əsr” qəzeti. Media Holdinq şirkətinin təsis etdiyi “Bizim əsr” həftəlik ictimai-siyasi qəzet idi. 1999-cu il may ayının 5-də yaradılmışdı. Media Holdinq şirkəti həm də “Lider” TV-nin təsisçisidir. “Bizim əsr” qəzeti burada çalışan bəzi jurnalistlər üçün “Lider” TV-yə keçmək üçün bir tramplin rolunu oynadı.
“Günay” qəzeti. İş adamı, Demokratik Sahibkarlar Partiyasının sədri Mahmud Məmmədovun təsis etdiyi “Günay” qəzeti böyük formatda (A2), rəngli çıxırdı. Qəzetin baş redaktoru indi ANS-də çalışan tanınmış jurnalist Orxan Fikrətoğlu idi.
”Şans” qəzeti. 90-cı illərin sonunda açılan keçmiş bu qəzeti Dövlət Əmlak Komitəsinin sabiq rəhbəri Nadir Nəsibovun maliyyələşdirdiyi bildirilir. Tanınmış imza sahiblərinin cəmləşdiyi bu qəzetin ömrü çox da uzun sürmədi. Maliyyə problemi “Şans”ı da “yedi”. Qəzetin baş redaktoru tanınmış jurnalist Azər Hüseynbala olub.
“Teleskop” qəzeti. Baş redaktoru Zəminə Əliqızı, baş məsləhətçi Eldəniz Elgün olan müstəqil qəzet 1999-cu ildən nəşr olunurdu. Bir il fəaləyyət göstərən “Teleskop” rekadsiyanın kollektivi arasında baş verən qalmaqaldan sonra qapadıldı.
“Gün səhər” qəzeti. 2005-ci ilin fevral ayında yaradılıb. Tanınmış jurnalist, “Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin təsis etdiyi “Gün səhər” də uzun müddət yaşamadı. Amma mətbuat aləmində adından söz etdirə bildi.
“Monitor” jurnalı. Rus dilində həftəlik ictimai-siyasi jurnal olan “Monitor” 2000-ci ildə yaradılıb. Jurnal ayrı-ayrı məmurlar barədə kəskin yazıları ilə fərqlənirdi. 2005-ci ildə “Monitor” çapını dayandırıb. Buna səbəb baş redaktor Elmar Hüseynovun həmin ilin martında öz evinin qarşısında güllələnərək qətlə yetirilməsi oldu.
”Gündəlik Azərbaycan” qəzeti. 2005-ci ilin avqust ayında təsis edilən qəzet 2007-ci ilin may ayınadək nəşr olunub. Səs-küylü məqalələri ilə yadda qalan, qanqster Hacı Məmmədovun heç yerdə dərc olunmayan şəkillərini verən “Gündəlik Azərbaycan” bir sıra dairələri əməlli-başlı silkələyə bilmişdi. 2007-ci ilin mayında təsisçi və baş redaktor Eynulla Fətullayevin həbsi ilə “Gündəlik Azərbaycan”ın da nəşri dayandı.
”Xəzər” qəzeti. 2005-ci ilin mayında fəaliyyətə başlayan bu qəzetin baş redaktoru BBC-nin Azərbaycan xidmətinin sabiq rəhbəri İslam Atakişiyevdir. Qəzet bir il gündəlik nəşr olundu, sonradan həftəliyə keçdi. 2009-cu il aprelin 1-də “Xəzər”i bağladılar. Amma onun rus dilindəki variantı – “Kaspiy” indi də çıxır. Həm də gündəlik…
”Milli yol” qəzeti. “Milli yol”u 2010-cu ildə avtomobil qəzasında dünyasını dəyişən mərhum jurnalist Şahin Ağabəyli buraxırdı. Onun ölümündən sonra bu müxalifətyönlü qəzet də fəaliyyətini dayandırdı.
Elçin Şıxlinskinin rəhbərlik etdiyi “Ayna-Zerkalo” qəzetini də bu siyahıya əlavə etmək olar. Azərbaycanın peşəkar jurnalist ənənələrinin yaranmasında, parlaq imzaların tanınmasında bu qəzet misilisiz rol oynayıb.
Bu qəzetlər bu gün yoxdur, amma izi hələ uzun illər qalacaq!
Mənbə: pia.az
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
