- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
Azərbaycanın ən gözəl biznes ledisi rumın əri ilə necə tanış olub? (MÜSAHİBƏ/FOTO)

Müsahibəyə həyat yoldaşı Rumıniya vətəndaşı Aleks Apetrei ilə birgə gəlmişdi. Müsahibimiz ALZA gəlinlik və ziyafət geyimləri mağazasının direktoru, Wowoman platformasının yaradıcısı və rəhbəri, idarəçilik, liderlik və şəxsi inkişaf, vaxtın idarə edilməsi mövzusunda treyner olan Zara Apetrei Hüseynovadır. Onunla karyerasında xüsusi yer tutan həyat yoldaşı Alekslə tanışlığından başladıq…
– Universitetə daxil olanda orada AIESEC-in sıralarına qəbulla bağlı elanla rastlaşdım. Gördüm ki, sözügedən təşkilata qoşulsam, könüllü kimi xaricə gedib işləyə biləcəyəm, qoşuldum. Sözügedən təşkilatın Bakı üzrə prezidenti seçildim. Azərbaycan üzrə prezident isə Aleks idi. O, Rumıniyadan gəlmişdi. Məhz Aleks məni AIESEC-ə seçdi, sonra da mənim mentorum (yol göstərən, istiqamət verən – L.M.) oldu. Biz daim bir yerdə işləyirdik. Karyera barədə çox düşündüyümdən ətrafımdakılar zarafatla “evdə qalacağımı” bildirirdilər. 19 yaşımda ailə qurmaq istədiyimi deyəndə hamı şokda idi. Alekslə işləyə-işləyə bir-birimizi yaxşı tanıdıq. O evlilik təklif edəndə, əvvəlcə razılaşmadım, ailə qurmaq fikrində olmadığımı dedim, həm də ailəmin Aleksi qəbul etməyəcəyini düşünürdüm. Bir müddət keçəndən sonra fikirləşim ki, bu, mənim həyatımdır və məni nə xoşbəxt edəcəyini özüm daha yaxşı bilirəm. Valideynlərimin də razılığı ilə Alekslə ailə qurdum. Seçimimlə çox xoşbəxtəm.
– Zara, bir az təhsiliniz barədə danışardınız…
– Neft Akademiyasını ingilis dilindəki qrupda idarəçilik üzrə bitirdim. Amma orada bir şey öyrənə bilmədim, öyrəndiklərimi təcrübəmə borcluyam. 2013-cü ildə Amerika səfirliyinin keçirdiyi proqramla Azərbaycandan seçilən 5 nəfər 1,5 ay Amerikaya oxumağa getdik. Massaçuest Universitetində sosial sahibkarlıq və ictimai idarəetmə proqramı üzrə oxudum.
– Bal rəqsləri üzrə dəfələrlə Azərbaycan çempionu olmusunuz. Amma bu sənəti davam etdirməmisiniz…
– 6 yaşımdan 16 yaşıma kimi bal rəqsləri ilə professional səviyyədə məşğul olmuşam. Beş dəfə partnyorumla birgə bal rəqsləri üzrə Azərbaycan çempionu olmuşuq. Azərbaycanı dünya çempionatında təmsil etmişik. IX sinifdə universitetə hazırlaşmalıydım. 10 ildən sonra bal rəqslərini buraxmaq mənim üçün çox çətin idi. Onu da deyim ki, heç vaxt fikirləşməmişdim ki, həyatımı bu istiqamətdə quracağam. Başqa bir sahə üzrə təhsil alacağımı bilirdim. Valideynlərimin hər ikisi hüququ bitirdiklərindən düşünürdülər ki, mən də sənədlərimi hüquqa verəcəyəm. IX sinifdə başa düşdüm ki, hüquq mənlik deyil və iqtisadiyyatla bağlı nə isə etmək istəyirəm. Amma onu da deyim ki, rəqs mənə çox şey, əsasən nizam-intizamlı olmağı öyrətdi. Biznesdə nizam-intizam çox vacibdir. 11 yaşımda 50 dəfə jum edirdim. Heç vaxt yadımdan çıxmaz. Elə olurdu, 50 dəfə etməli olduğum jimi 44, 45-ə qədər edir, davamını gətirə bilmir, ağlayırdım. Məşqçim deyirdi ki, 50-yə çatmadığımdan yenidən başlamalıyam. O vaxt bu prosesə çox nifrət edirdim. Amma həmin nifrət etdiyim hadisə hazırda mənə kömək edir. İndi məndə nəsə alınmayanda ruhdan düşmür, geri çəkilmirəm. Axıra kimi getməsəm, mən deyiləm. Hər gün səhərlər günlük plan tutur və axşam bunların hamısına “+” qoymasam, gecə yata bilmərəm.
– 18 yaşınızdan biznesə başlamısınız. Bu, həyat yoldaşınızın dəstəyi iləmi oldu?
– Aleks olmadan özümü bugünkü mövqeyimdə təsəvvür edə bilmirəm. İşdə hər şeyi özüm etsəm də, onun dəstəyi olmasaydı, biznesimin olub-olmayacağını deyə bilmərəm. Həmişə treninqlərdə tələbələrə deyirəm ki, sahibkar olmaq istəyirlərsə, özlərinə dəstək sistemi yaratsınlar. Sahibkarlıq tənha işdir, problemlə çox qarşılaşırsan və onları dəf etmək üçün mütləq mənəvi dəstək olmalıdır.
– Necə oldu ziyafət paltarları, gəlinliklərlə bağlı biznesə başlamaq qərarı verdiniz?
– Universitetdə oxuyanda nə edə biləcəyim barədə düşündüm. AIESEC-də idarəçilik, liderlik, sahibkarlıq barədə çox danışırdıq. Uşaqlıqdan bal rəqslərinə getdiyimdən ziyafət paltarları, gəlinliklər mənə yaxın gəlirdi.
– Gənclərin çoxu bizneslərini qurmaq üçün pul lazım olduğunu, məhz pul olmadığına görə iş qura bilmədiklərini deyirlər. Siz biznesə nə qədər pulla başlamısınız?
– Məktəbə gedəndə anamın verdiyi pulun yarısını xərcləyib yarısını saxlayırdım. Belə-belə 200 manat yığdım. 18 yaşımda komandamı da formalaşdırdım və 200 manatla rahat şəkildə öz biznesimə başladım. Komandamın üzvləri 11-ci sinifdə oxuyan qızlardan ibarət idi və ayda onlara simvolik olaraq 20 manat verirdim. Onlar mənimlə maaşa görə deyil, təcrübə yığmaq üçün işləyirdilər. Beləcə, hər şeyi sıfırdan başlamağı AIESEC-də öyrəndim və biznesdə də bunu istifadə etdim. Qeyd edim ki komanda işindən çox şey asılıdır, heç bir biznesi bir nəfər qurmur, komanda qurur. Bu baxımdan ALZA-nın uğuru təkcə mənim deyil, bizim hamımızındır. Mən öz komandamla fəxr edirəm.
Bizim gənclər fikirləşirlər ki, super ideyaları var, onu nə vaxtsa həyata keçirəcəklər. Amma anlamırlar ki, ən azı 100 nəfər başqa adamda da belə ideya var. Fərq odur ki, 100 nəfərdən 99-u ideyası barədə danışır, biri isə işə başlayır. Bizimkilər danışmağı çox xoşlayırlar. Amma hərəkət lazımdır.
– Bəs necə oldu, online işi mağazaya “köçürdünüz”?
– Əvvəl mağaza açmağa vəsaitim olmadığından online satışdan başladım və mən də, komandamın üzvləri də evdən işlədik. Evimizin yarısını anbar kimi istifadə edirdim. Satışlar artdıqca qazancdan istifadə edərək ofis götürüb orada işlədik. Daha sonra isə mağaza açdıq. Hazırda şəhərin mərkəzində 110 kvadratlıq yerdə 500-dən çox geyimi satışa çıxarırıq.
– Gənclərimiz düşünür ki, sahibkar olsalar, özləri özlərinin ağası olacaq, harasa gedəndə müdirdən icazə almayacaqlar və s. Sahibkarlığın çətin tərəfləri hansılardır?
– Hər bir işin müsbət və mənfi tərəfləri var. Bəziləri fikirləşir ki, biznesə başlasalar, azadlıq əldə edəcək, istədikləri vaxt işə gedib işdən çıxa biləcəklər. Bir sözlə, saat 9.00-dan 18.00-a kimi işləmək istəmirlər. Amma başa düşmürlər ki, sahibkar olanda həftədə 7 gün 24 saat işləyirsən. Sahibkarlığa başlamaq istəyənlər bunun məsuliyyətini, ağırlığını başa düşməlidirlər. Sahibkarlıqla məşğulsansa, hər gün nəsə olacağını göz önünə almalısan. Burada biznes-planlar işləməyəcək. İşə başlayanda mənim heç bir biznes-planım yox idi. Əsas hərəkətdir.
– Biznesə başlamaq üçün nələr lazımdır?
– İşə başlamaq üçün üç komponent olmalıdır. Birincisi, iş sənin xoşuna gəlməlidir, ikincisi, istedadına, bacarığına uyğun olmalıdır. Ya da səndə çatışmayan xüsusiyyətin cəmləşdiyi komanda üzvlərini ətrafına yığmalısan ki, tamlıq yaransın. Üçüncüsü, düşündüyün ideya marketə uyğun olmalıdır.
– Bəs uğurlu biznes qurmaq üçün nələr lazımdır?
– İlk növbədə qarşında konkret məqsəd olmalıdır, hara gedəcəyini bilməlisən. İkincisi, bu məqsədə necə, hansı yolla çatacağını planlaşdırmalısan, yəni hərəkət planın olmalıdır. Üçüncüsü, vərdiş çox vacibdir. Bütün uğurlu insanlar yuxudan tez oyanır, idman edir, sağlam qidalar yeyirlər; bunlar insanın enerjisinə təsir edir. Təkcə vaxtın idarə edilməsi ilə iş bitmir. Enerjinin idarə edilməsi də vacib şərtlərdəndir. Hər bir insanda aşağı və yüksək enerji səviyyələri olur. Bunları idarə etmək lazımdır. Çünki insan yaxşı yemir, yatmır, idman etmirsə, enerji səviyyəsi aşağı düşür. Bu, o deməkdir ki, bir saata görə biləcəyi işi üç saata görür. Bu zaman vaxt effektivliyindən danışmağa dəyməz. İnsan yorğun olanda ona kreativ ideya da gəlmir.
– Çoxları Azərbaycanda biznesə başlamağın çətin olduğunu deyirlər…
– Hər bir ölkənin marketində biznesin öz xüsusiyyətləri, çətinlikləri var. Həmişə bizimkilər əlavə xərclərinin çıxdığını deyib şikayətlənirlər. Amma onu deyim ki, bizdə vergi faizi başqa ölkələrə baxanda çox aşağıdır və bu, üstünlükdür. Bəhanələrə ehtiyac yoxdur, hər sistemin bir yolu var və hər bir çətinliyi həll etmək mümkündür. Ümumiyyətlə, sahibkarlıq çətindir. Hər gün hansısa problemlə rastlaşırsan. Hər şey bu problemi necə həll edəcəyin səndən asılıdır. Ya problemlə qarşılaşanda ağlayacaq, ya da problemin həlli yollarını düşünəcəksən. Təzə başlayanda mənə də çox çətin idi. Problemlər mənə böyük gəlirdi və pis olurdum. Başımı Aleksin çiyinlərinə qoyanda rahatlaşırdım. Buna görə deyirəm ki, dəstək çox vacibdir. Aleks də, valideynlərim də mənə ürək-dirək verir, dəstəkləyirdilər. Deyirdilər ki, çətinliklərlə qarşılaşıb öyrənir, təcrübə toplayıram. İndi əvvəlki problemlərə problem kimi baxmıram.
– 18 yaşınızdan biznesə başlamısınız. Yaşınızla bağlı getdiyiniz görüşlərdə, kollektivdə probleminiz olmayıb ki? Yəni sizə qulaq asmaq, dinləmək baxımından…
– Kollektivdə heç vaxt problem yaşamamışam. Amma hansısa tədbirə, görüşə gedəndə yaşıma görə məni bəzən ciddi qəbul etmirlər. Bu, 10 dəqiqə çəkir. Danışandan sonra başa düşürlər ki, qarşılarındakının başı nədənsə çıxır və ciddiyə almağa başlayırlar.
– Zara, puldan başqa, biznes sizin üçün nədir?
– Sən milyonlar qazana bilərsən. Amma bunu bölüşmək üçün yanında kimsə olmasa, o milyonlar mənasızdır. Yanında öz ailən olmalıdır ki, kimin üçün, nə üçün işlədiyini biləsən. Biznes təkcə qazanc üçün deyil, insanlara kömək etmək üçün mənə lazımdır. Hər ay qazancımdan 10 faiz yardıma gedir və bundan xoşbəxt oluram.
Xanımlar çox vacib mərasimlərə, nişan, xınayaxdı, toy, yaxınlarının toyunda iştirak etmək üçün bizdən ziyafət paltarları alırlar. Gündəlik idman geyimi, cins, ket geyinən qızları ziyafət paltarında, öz gözəlliklərinə inamlı görəndə çox sevinirəm. Çünki bu zaman şahzadəyə oxşayırlar, görürsən ki, içərilərində qadınlıq hissi var. Xanımlarımıza xanım kimi görünmələrində, vacib tədbirlərdə geyim seçə bilmələrinə kömək edə bildiyimiz üçün özümü çox xoşbəxt hiss edirəm.
– Wowoman adlı platformanız da var. Nə işlə məşğulsunuz?
– Wowoman qadınların inkişafı üçün platformadır. Qadınların professional və şəxsi inkişafı üçün tədbirlər düzənləyirik. Hər qadının bir uğurlu hekayəsi var. Biz biliklərimizi, təcrübəmizi bölüşəndə bir-birimizdən öyrənə, bir-birimizi ruhlandıra bilərik. Demək olar, hər şənbə-bazar bizdə hansısa tədbir olur. Pulsuz layihələr həyata keçirir, qadınlarımıza yoqa, zumba dərsləri, idarəçilik, jurnalistika kursu və digər sahələrlə bağlı kurslar keçirik.
– Həm də treynersiz. Azərbaycanda və beynəlxalq tədbirlərdə treyner kimi iştirak edirsiniz. Çıxışlarınız əsasən hansı mövzularda olur?
– Əsasən idarəçilik, liderlik və şəxsi inkişaf, vaxtın idarə edilməsi mövzusunda treynerlik edirəm.
– Uğur sirriniz…
– Mənim şüarım budur: imkansız şey yoxdur. Hər bir insanın məqsədi olmalıdır, müəyyənləşdirməlidir ki, onun üçün uğur nədir. Sonra bu uğura çatmaq üçün hərəkət etmək lazımdır və inanmaq lazımdır ki, mümkünsüz şey yoxdur.
Mənbə: "Kaspi" qəzeti
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
2 iyul 2025 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
2 iyul 2025 00:53
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
2 iyul 2025 00:11
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
1 iyul 2025 22:10
- Zelenski İlham Əliyevə başsağlığı verdi
1 iyul 2025 20:18
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
1 iyul 2025 18:42
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
1 iyul 2025 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
1 iyul 2025 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
1 iyul 2025 13:57
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
02 iyul 00:10
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19