5 milyonluq məktəbli bazarı işbazların əlində

Yeni tədris ili yaxınlaşdıqca vahid məktəbli formalarının qiyməti də bahalaşır. Hər il məktəbli geyimlərinin qiyməti ən azı 10-15 manat bahalaşır. Bakı Tikiş Evinin rəhbərliyi bildirir ki, bahalaşmaya səbəb məktəbli formalarının tikilməsində istifadə olunan materialların Türkiyədən dollarla alınmasıdır.Bir sözlə, məktəbli geyimlərinin qiymətləri dolların məzənnəsindən asılı olaraq tənzimlənir. Hər il bahalaşan məktəbli formalarının valideynlər tərəfindən alınması çətinləşir.Ümumiyyətlə isə ekspertlər Azərbaycanda məktəbli bazarının həcminin 5 milyon dollar yaxın olduğunu bildirir və bunun işbazlara böyük məbləğlər qazandıracağını deyir.
Məsələ burasındadır ki, orta məktəblərdə Bakı Tikiş Evinə aid geyimlər tələb edilir. Yoxlama zamanı Bakı Tikiş Evinə aid olmayan geyimlərə görə şagirdlər danlanır və valideynlərə müəyyən xəbərdarlıqlar göndərilir. Bu tələb valideynlərin çiddi narazılığına səbəb olub.Əksəriyyət Bakı Tikiş Evinin istehsalı olan geyimlərin keyfiyyətsiz olduğunu düşünürlər.Hətta hesab edirlər ki, forma üçün istifadə edilən parça və digər materiallar Türkiyədən deyil, Çindən gətirilir.
Ekspertlərin fikirincə isə məktəbli geyimlərinin tikilməsinin yalnız bir müəssisəyə tapşırılması monopoliyadır.Bu rəqabət mühitinin formalaşdırılmasının qarşısını alır.Geyimin bir müəssisə tərəfindən təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Bu təkliflə zaman-zaman millət vəkili Siyavuş Novruzov da çıxış etmişdi. O, demişdi ki, ölkədə süni inhisarçılığın qarşısını almaqdan ötrü məktəbli formalarının tikilməsi bir neçə sexə və ya tikiş evinə tapşırılmalıdr. Belə müəssisələrin sayı ölkədə çox olmalıdır.Azərbaycanda məktəbli formasının biznesə çevrildiyini deyən millət vəkili məktəbli geyimlərinin satışında da ciddi problemlərin olduğuna diqqət çəkib. Bu arada deputat həmkarının fikirlərini dəstəkləyən millət vəkilləri də olmuşdu. Məlahət İbrahimqızının sözlərinə görə, məktəbli formaları sintetik tərkibli materiallardan istehsal olunur.Belə ki, bu da həm keyfiyyətə, həm də onu geyinən uşaqların orqanizminə mənfi təsir göstərir. Spiker Oqtay Əsədov isə vahid məktəbli formasının tətbiqində məqsədin şagirdlərin geyim bərabərliyinin təmin olunmasını bildirmişdi.
Ekspertlər hesab edirlər ki, məktəbli geyimlərini valideynlər istənilən sexdən ala bilərlər.Onlara hər hansı məhdudiyyətin qoyulması düzgün deyil.Əgər belə sexlər paralel fəaliyyət göstərərlərsə, rəqabət mühitinin formalaşmasına zəmin yaranır.
Millət vəkili Fazil Mustafa məsələnin yenidən parlamentin gündəliyinə çıxarılacağını deyib:
“Parlament oktyabr ayında başlayır. Məktəbli forması isə sentyabr ayında satılır.Bu yağış yağandan sonra bəndi bərkitməyə bənzəyir.Məktəbli forması, dərslik məsələləri zənginliyi ilə öyünən bizim ölkədə valideynin üzərinə qoyulmamalıdır.Dövlət özü buna maraqlı olmalıdır ki, uşaq oxusun, geyinsin, hər hansı problem yaşamasın.Təəssüf ki, Azərbaycanda bu məsələlər valideynin üzərinə bir yük kimi qoyulur.Çox zaman da bunun mənfi effektini sonra görürük.Təhsil elə bir məsələdir ki, burda işə əl qoyulması ölkənin yaşıllaşdırılmasına bənzəyir.Yəni, su verməyəcəksənsə, ağaclar solacaq və ekoloji fəlakət baş verəcək. Əslində təhsilə diqqətin bu formadan bir qədər az olması müəyyən dərəcədə intellektual fəlakətin başlaması üçün səbəb olur. Ona görə də hansı sahədən xərclər azaldılırsa azaldılsın, mədəniyyət və təhsil sahəsindən bu xərcləri azaltmaq olmaz.Dediyim kimi, bu məsələlər yük olaraq valideynin üzərinə qoyulmamalıdır.Dövlətimiz bu məsələdə daha fərqli bir siyasət yürüdərək, vətəndaşların təhsillə bağlı sıxıntılarını ortadan qaldırmalıdır”. edək ki, Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov hazırda manatın məzənnəsi stabilləşdiyindən məktəbli formalarının qiymətində dəyişiklik gözlənilmədiyini bildirib. Amma milli valyutanın məzənnəsində baş verə biləcək dəyişiklikdən sonra qiymətlərin bahalaşacağını da istisna etməyib.
Mənbə: Cəbhə.info
- Xaricdə işləmək istəyənlərin nəzərinə
15 iyun 2025 11:40
- Məktəbli qız onuncu mərtəbədən yıxılıb öldü
10 iyun 2025 23:07
- Moskvada azərbaycanlıların çalışdığı bazara hücum...
10 iyun 2025 13:47
- 3 aydır itkin düşən məktəbli qızın meyiti tapıldı
9 iyun 2025 13:31
- Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
9 iyun 2025 12:20
- Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
9 iyun 2025 09:27
- Biz başqalarını düşünsək…
9 iyun 2025 07:31
- Dünyanın müxtəlif ölkələrində 1 dollara nələr almaq olar? - Bəs Azərbaycanda
8 iyun 2025 18:33
- ABEL MƏHƏRRƏMOV MƏNİ KÖVRƏLTDİ... - Sabiq millət vəkili Etibar Əliyev
8 iyun 2025 16:04
- Sabunçu bazarı yanır - VİDEO
8 iyun 2025 10:33
- İran İsrailin hərbi hava bazasını vurdu
17 iyun 02:07
- Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib
17 iyun 00:59
- Özbəkistanda cinsini dəyişdirənlər adlarını da dəyişə biləcəklər
17 iyun 00:10
- 1897-ci il: Rusiyanın ikinci ən böyük xalqı türklər…
16 iyun 11:09
- Pənah Hüseyn partiya sədrliyindən getdi
16 iyun 10:44
- Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək – MI6 tarixində İLK DƏFƏ
16 iyun 09:26
- İranlılar Türkiyə sərhədinə axışır – kütləvi köç təhlükəsi
16 iyun 09:10
- Bağırsaq sağlamlığını yaxşılaşdırmaq üçün bir nömrəli OT
16 iyun 00:20
- Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi
15 iyun 23:31
- İsraildən 200 qırıcı havaya qalxdı – İranı dəhşət gözləyir
15 iyun 23:13
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 20:02
- Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi
15 iyun 17:35
- Şərurlu İsfəndiyardan gündəm olacaq AÇIQLAMA - VİDEO
15 iyun 15:13
- 3 km dərinlikdə 78 MİLYARD dollar dəyərində nəhəng qızıl yatağı tapıldı
15 iyun 14:53
- Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi... (VİDEO)
15 iyun 13:51
- Skuterlə aktrisanı vuran şəxs saxlanıldı - VİDEO
15 iyun 12:36
- Xaricdə işləmək istəyənlərin nəzərinə
15 iyun 11:40
- Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA
15 iyun 11:23
- Güləşçimiz erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
15 iyun 09:16
- İsrail Xameneini də vuracaq - rəsmən elan edildi
15 iyun 08:43
- Yerin fırlanması yavaşlayır... gələcəkdə 1 sutka 25 saat olacaq
15 iyun 08:27
- Daha bir general öldürüldü
15 iyun 02:34
- Xumar -Vəhşi kimi- oxudu... - Video
15 iyun 02:17
- İsrail Tehranı bombalamağa başladı
15 iyun 01:55
- İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15 iyun 01:50
- Cəmi 20 qəpiyə damarlarınızı təmizləyin-MÖCÜZƏ SU
15 iyun 00:38
- Stalindən geri qalmayan Xruşov - repressiya yarışında o da minlərlə insanı məhv edib
15 iyun 00:18
- VƏHDƏT Partiyasının növbədənkənar VI Qurultayı keçirildi – Yeni SƏDR seçildi
14 iyun 23:04
- İran İsrailin daha bir F-35 qırıcısını vurdu - PILOT ...
14 iyun 22:43
- Həkim sevgilisini videoları ilə şantaj edən DEPUTATLIĞA NAMİZƏDƏ HÖKM oxundu
14 iyun 13:13